Dişlərin xəstəliyi
Orqanizmə kalsiumun və fosforun kifayət qədər daxil olunmaması nəticəsində dişlərin normal minerallaşması pozulur və sonralar kariyesin inkişafına əlverişli şərait yaranır.
Diş emaldan, dentindən, pulpadan və sementdən ibarətdir. Dentin və sement sümük toxumalarıdır. Dentin emalla, dişin kökü isə sementlə örtülüdür. Dentin 72%-i mineral maddələrdən, kalsium duzlarından, fosfatlardan, karbonatlardan, kalsium ftoritdən ibarət sıx toxumadır. Üzv hissəsi kollagen (hüceyrə forması) şəklindədir. Emal orqanizmdə ən bərk toxumadır: onun 85% mineral maddələr, 15%-i isə üzvü maddələrdir.
Ağız boşluğu xəstəliyi nəinki xarici mühitin ekzogen amillərinin pis təsirləri, habelə endogen amilləri nəticəsində baş verir. Ağız boşluğunun kariyes, parodentit, gipoplaziya, emalın giperplaziyası, emalın eroziyası kimi xəstəlikləri mədə-bağırsaq, bağırsaq, qandaşıyıcı və immun sisteminin fəaliyyətinin pozulmasına gətirib çıxaran amillərdir.
Kariyes xroniki infeksiyanın mənbəyi sayılır. Hər il kariyes daha da “cavanlaşır”. Uşaqların yarıdan çoxu kariyesin diekonpensir forması ilə qeydə alınır. Ən çox kariyesli proses 1-2 yaşlı uşaqlarda baş verir. “Tyanşi” BAƏ-lər süd və daimi dişlərin vaxtında çıxmasına, diş emalının möhkəmlənməsində, pulpitdə, stomatitdə, flyusda iltihabı çıxarmaq üçün istifadə olunur.
Dostları ilə paylaş: |