SÜmüklərin sınmasındavə skoliozda
“Tyanşi” BAƏ-nin qəbulu
I. 28 gün ərzində iltihabla mübarizə, immunitetin stimulyasiyası:
1. Xitozan 10 yaşına qədər uşaqlara axşamlar yeməkdən 30 dəqiqə qabaq 1/2 kapsul, 10 yaşdan yuxarı 1 kapsul. Kapsulun tərkibini 100 ml suda həll edib, 20 damcı limon şirəsi əlavə etmək, 5 dəqiqə gözləyib sonra içmək.
2. 7 yaşına qədər uşaqlara Spirulin gündə 3 dəfə həbin 1/2 əzilmiş hissəsi, 100 ml ilıq itburnu dəmi ilə içmək, dozanı gündə 3 dəfə 1 həb qədər artırmaq olar. 7 yaşından yuxarı uşaqlara Kordiseps 1/2 kapsul, 10-11 yaş 7 gün ərzində gündə səhər yeməyindən 30 dəqiqə qabaq 1 kapsul, 100 ml su içmək. Sonra dozanı 2 dəfə artırmaq olar.
II. 28 gün ərzində sümük və qığırdaq toxumalarda mübadilələr prosesinin tənzimlənməsi:
3. Uşaqlar üçün biokalsium gündə 2 dəfə səhər və axşam yeməyindən 30 dəqiqə qabaq 1 tam olmayan kofe qaşığı. İçmə rejiminə riayət etmək üçün itburnu dəmi içmək daha yaxşıdır.
4. Biosink axşam yeməyindən 1-1,5 saat sonra 2 kapsul, 100 ml su içmək.
Skoliozda il ərzində kurs 2-dən aşağı olmamalıdır.
Stomatit
Ağız boşluğunda selikli qatın iltihabı. Əsasən 3 yaşına qədər uşaqlarda müşahidə olur. Stomatitin yaranmasının əsas səbəbləri: kandid nəsildən olan göbələklər, viruslar, bakteriyalar. Bəzən stomatit uzun müddət antibiotiklərin qəbulu nəticəsində, habelə selikli qatın mexaniki qıcıqlandırılması nəticəsində baş verir. İlkin yaşlı uşaqlarda daha çox kataral, aftos (herpetik) və göbələk (südlü) stomatitlər müşahidə olur.
Kataral stomatit üçün hiperemiya, ağız boşluğunun selikli örtüyünün şişməsi, ağız suyunun axması xarakterikdir. Aftos stomatitində selikli qatda ardıcıl olaraq ləkə, suluqlama, afta əmələ gəlir. Aftalar selikli qatın üzərində əmələ gələn sarı-ağ nişanlardır. Ümumi vəziyyət pozulur: temperatur qalxır, intoksikasiya əlamətləri əmələ gəlir, limfatik düyünlər böyüyür. Süd yarası üçün dodaqların selikli qatında, dildə, yanaqlarda, çürümüş süd kimi yaralar xarakterikdir.
Qulluq etməyin xüsusiyyətləri: qida ağzın selikli qatını qıcıqlandırmamalıdır, duzlu, turş qida vermək olmaz. Qida süzgəcdən keçirilmiş, ilıq halda verilməlidir. Balaca uşağı qaşıqla ehtiyatla yedirtmək lazımdır.
Ağız boşluğunun antiseptik məhlullarla (furazilin məhlulu 165000, 3%-li hidrogen piroksid məhlulu, ağ çəhrayı manqan məhlulu, palıd ağacı qabığının qaynadılmış suyu, ada çayı, çoban yastığı dəmi) təmizləmək lazımdır. Məhlulların qatılığı kəskin dövrdə aşağı, sağalma dövründə isə yuxarı, temperatur 37-38 dərəcə C olmalıdır. Təmizləmənin gün ərzində 5-6 dəfə keçirirlər. Herpetik stomatitdə virusa qarşı “bonafton”, “riodoksol”, “florenal”, oksalin mazlarından istifadə olunur. Süd yarasında ağız boşluğu 2%-li natrium hidrokarbonat məhlulu, 1-2%-li anilin boyadıcıları məhlulu, 5-10%-li tetraborat natrium məhlulu ilə təmizlənir.
Dostları ilə paylaş: |