İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Trombositopenik purpura (



Yüklə 286,46 Kb.
səhifə142/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   138   139   140   141   142   143   144   145   ...   161
SALAMLIQHAQQINDADNCLR

Trombositopenik purpura (Verlqof xəstəliyi)
Trombositlərin miqdarı və keyfiyyətinin çatışmaması xəstəliyidir.

Trombositlərin çatışmamasına keçirilən infeksiyalar (ORVİ, qızılca, məxmərək), profilaktiki peyvəndlər, fiziki və əsəbi zədələr və başqa amillər səbəb ola bilər.

Əsəbin tipik simptomu dəri və selikli qata qan sızmasıdır. Uşaqlarda gemoroloji səpmənin xarakterik əlamətləri: polixromluluq (qırmızı  göy rəngdən yaşıl və sarı rəngə qədər), müxtəlif ölçülü səpmə, qeyri simmetriklilik sayılır. Burundan qan axma (profus), ağız boşluğunda damarın, dilin tonziektoniyası, dişlərin ekstraksiyası, daxili orqanların (mədə-bağırsaq), böyrək və yumurtalığın pozuntuları tipik simptomlar sayılır. Müalicənin stasionarda keçirirlər. Xəstəliyin kəskin forması dispanser nəzarəti altında 5 il ərzində keçirilir. Xroniki xəstəlikdə isə uşaq böyüklər üçün poliklinikaya keçməsinə qədər nəzarətdə olmalıdır.
Kəskin leykoz
Qan yaradan toxumaların bəd xasiyyətli xəstəliyidir və o, sümük beynində patoloji proseslərin birinci cəmlənməsidir.

Onkogen viruslar nəzəriyyəsinə (Hubler, 1970) görə əksər onurğa növləri hüceyrələrinin tərkibində onkogen viruslarının genetik materialı vardır və o, fəal olmayan formada yerləşir. Kimyəvi kanserogenlərin, radiasiyanın və başqa amillərin təsiri nəticəsində virus fəallaşır, leykozun inkişafına şərait yaradır.

Xəstəliyin ilkin dövründə müxtəlif simptomlar xarakterikdir. Xəstəliyin kəskinləşən dövründə bu simptomlar çox sayda olur və demək olar ki, orqanizmin vacib sistemlərini əhatə edir. Ancaq əsas simptomlar intoksikasiya, qan sızma və qan axma, anemiya, sümük toxumalarının zədələnməsi (əl və ayaqların şişliyi, sümüklərdə ağrının güclənməsi, poliartrit əlaməti, yerişin dəyişilməsi, sümüklərin sınması), habelə qaraciyərin, dalağın və bütün limfatik düyünlərin qruplarının böyüməsi. qanın ümumi analizində “leykemik uçurum” hallarıdır.

Sağalma dövründə (remisiya) kliniki simptomlar yoxa çıxır, periferik qanın göstəriciləri yaşa uyğun normada olur. Tam olmayan remisiya zamanı kliniki simptomlar yoxdur, ancaq periferik qanın göstəriciləri yaxşılaşır.

Residiv üçün qan tərəfindən dəyişikliklər və leykoz prosesinin kliniki qayıtması xarakterikdir. Terminal dövründə xəstəliyin bütün əlamətləri büruzə verərək daxili orqanlarda düzəlməyən dəyişikliklər baş verir. Uşaqlar ən çox qan axmadan ölürlər.

Müalicə xüsusiləşdirilmiş gematoloji şobədə keçirilir. Dispanser nəzarəti gematoloq və sahə uşaq həkimi tərəfindən keçirilir. İqlim şəraitinin dəyişilməsi arzu olunmazdır. Uşaq peyvənddən, idmanla məşğul olmaqdan azad olur. Onu fiziki gücdən. əsəbi zədədən, soyuqdəymədən, təsadüfi infeksiyadan qorumaq lazımdır.




Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin