Gemoralı vaskulit
(kapilyarotoksikoz, Şenleyn-Genox xəstəliyi)
İnfeksiya allergiyalı xəstəlikdir və o, mikrotrombların yaranmasına səbəb olan kiçik damar divarlarının zədələnməsini xarakterik edir.
Orqanizmdə sensibilizasiya yaradan allergenlər: bakteriyalı infeksiya (skarlatina, angina, ORVİ), dərman preparatları (vaksinlər, B vitaminlər qrupu. Antibiotiklər, konservant tərkibli qida məhsulları) ola bilər. Xəstələrin çoxunda xroniki infeksiya mənbələri olur.
Xəstəlik adətən çox kəskin başlayır. Uşaqların əksəriyyətində bədənin temperaturu 38-39 C-yə qalxır, intoksikasiya simptomları əmələ gəlir. Xəstəliyin klinikasında bir neçə aparıcı sindromlar seçilir.
Dəri gemora sindromu əvvəlcə aşağı ətraflarda və yanlarda. Sonra isə yuxarı ətraflarda, qurşaqda, döşdə, boyunda, üzdə kiçik qırmızı ləkələr əmələ gəlir, bu ləkələr isə tezliklə gemora çevrilirlər. Gemoralı səpmə simmetrik olur, oynaqlar, yanlar, ətrafların əyilmə səthlərinin ətrafında cəmləşir. Oynaqların sindromu iri oynaqların zədələnməsi ilə müşahidə olunur.
Abdominal sindrom göbək ətrafında cəmləşən çox kəskin ağrılarla müşahidə olunur. Belə hallarda kliniki forma “kəskin qarın”ı xatırladır. Ağır hallarda qan qarışıq qusma. Qanlı qarın işləməsi ola bilər.
Böyrək sindromu başqalarına nisbətən az müşahidə olunur. O xəstəliyin 1/3 həftəliyində birləşir. Sidikdə müalicə nəticəsində yoxa çıxan zülal və qan əmələ gəlir.
Müalicə stasionarda keçirilir. Uşaqlar 5 il müddətində dispanser qeydiyyatında olurlar. Onları peyvənddən 2 il müddətinə azad edirlər.
Dostları ilə paylaş: |