İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə148/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   144   145   146   147   148   149   150   151   ...   161
SALAMLIQHAQQINDADNCLR

Uşaqlar üçü biokalsium  gündə 1 dəfə səhər yeməyindən 30 dəq. Qabaq 1 tam olmayan kofe qaşığı isti suda, sıyıqda həll edib qəbul etmək lazımdır. İçmə rejiminə riayət etmək üçün itburnu dəmini içmək daha yaxşıdır.

  • Biosink  axşam yeməyindən 1-1,5 saat sonra 2 kapsul qəbul edib, 100 ml su içmək lazımdır.

    III. Gün ərzində orqanizmdə mübadilələr prosesinin yaxşılaşması:



    1. Xolikan  günaşırı ac qarına 1 kapsul qəbul etmək

    lazımdır. 16 yaşına qədər uşaqlara ancaq həkimin

    məsləhətindən sonra verilə bilər.



    Sidik daşı xəstəliyi
    Urolitiaz sidik daşı xəstəliyi olub, bəzi rayonlarda daha çox müşahidə olunur. Uşaqlarda bu xəstəliyin yayılması iqlim, diyetik və sosial-iqtisadi amillərlə bağlıdır. Urolitiaz əsasən Orta Asiya, Şimali Qafqaz, Povoljye, Belorusiya, Qazaxıstan, Altay, Uzaq Şərq sakinlərində daha çox müşahidə olunur.

    Uşaqlarda daşların toplanması hiperkalsium, hiperparatireoz, turş sidikli biotez, A hipovitaminozu və D hipervitaminozu ilə əlaqədar ola bilər.

    Daş yaranmanın yerli amilləri sidik yollarında iltihablı prosesin yaranmasına, sidiyin xaric olunmasının pozulmasına şərait yaradır.

    Sidik daşı xəstəliyi uşaqların bütün yaşlarında  yeni doğulmuş və 15 yaşına qədər və yuxarı yaşlarda da təsadüf olunur. Xəstəlik məktəbli uşaqlarda daha çox olur. Oğlanlar qızlara nisbətən daha çox xəstələnirlər.

    Uşaqlarda böyüklərdən fərqli olaraq böyrək kolikinin tutmaları az olur. Kiçik yaşlı uşaqlarda böyrək koliki ürəkbulanma, qusma, güclü hərəkət narahatçılığı, ağrının əsasən göbək və qasıq nahiyəsində daha çox hiss olunması ilə müşahidə olunur. Yuxarı yaşlı uşaqlarda bəzən böyüklərin böyrək kolikinə oxşayan tipik şəkli biruzə verir.

    Belə xəstələrin sidiyində adətən qan (eritrositlər), leykositlərin, zülalın lazımı miqdarı, duzların kristalı ola bilər.

    Sidik daşı xəstəliyinin müalicəsində əsas rolu diyetoterapiya oynayır. Diyetoterapiya sidikdə duzun qatılığını azaldır. Bu, gün ərzində ifraz olunan sidik həcminin 2 litrə çatması və duzlarla zəngin yeməklərin məhdudlaşdırılması nəticəsində əldə olunur.

    Xəstə uşaqlar böyüklər üçün poliklinikaya keçənə qədər dispanser müşahidə altında olmalıdır. Sanatoriya  kurort müalicəsi məsləhət görülür.


    Sidik daşı xəstəliyində


    Yüklə 286,46 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   144   145   146   147   148   149   150   151   ...   161




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin