İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə146/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   142   143   144   145   146   147   148   149   ...   161
SALAMLIQHAQQINDADNCLR

Qlomerulonefrit
Bu infeksiya  allergiyalı xəstəlik olub, əsasən böyrəklərin yumacıq aparatının zədələnməsi ilə müşahidə olunur. Xəstəliyin yaranmasında A qrupundan olan beta hemolitik streptokokk, stafilokokk, viruslar səbəb ola bilər. Buna zəmin yaradanlar isə peyvəndlər, infeksiyanın xroniki mənbələri, tez-tez baş verən ORVİ, allergiya, çətin irsiyyət ola bilər. Bədənin həddindən artıq soyudulması nəticəsində orqanizmin müqavimətinin azalması süni surətdə törədilən amil sayıla bilər.

Əsasən 7-12 yaşında, xüsusən də oğlan uşaqları bu xəstəlikdən əziyyət çəkirlər. Uşaqlarda bu xəstəlik kəskin surətdə başlayır. Əvvəl keçirilmiş infeksiya xəstəliyindən 1-3 həftə sonra baş ağrıları, əzginlik, ürək bulanma, qusma, yüksək temperatur halları baş verir. Uşaqlar əzgin olur, zəiflikdən şikayətlənirlər, iştaha azalır. Kəskin qlomerulonefrit triada sindromları ilə xarakterikdir.

Şiş sindromunda xəstə uşağın sifəti ağarır, qaşlar azca şişir. Şişlər gövdəyə və əl-ayaqlara da tez sürətlə yayıla bilər. Uşaqlar bəzən qurşaq nahiyəsində və qarındakı ağrılardan şikayətlənirlər. Sidik sindromunun əsas əlamətləri oliqouriya (sidiyin az olması), gematuriya (sidikdə qanın olması  sidik “ət suyu” rəngində olur), proteinuriya (sidikdə zülalın olması) sayılır. Hipertenziya sindromu zamanı təzyiq yüksəlir. Uşaqlar baş ağrılarından, ürək bulanmasından şikayətlənirlər, qusma ola bilər.

Xəstələr mütləq xəstəxanaya yerləşdirilməlidirlər. Xəstəliyin kəskin dövründə şişlərin yoxa çıxması, arterial təzyiqin normallaşması və sidik tərkibinin yaxşılaşmasına qədər 4-6 həftəlik yataq rejimi təyin edilir. Zülalın, duzun, mayenin məhdudlaşdırılması məsləhət görülür.

Dərman otlarının qəbulu yaxşı effekt verir. Mütləq infeksiyanın xroniki mənbələri sanasiya edilməlidir. Qlomerulonefritli uşaqlar 6 ay və daha çox müddətə idman məşğələlərindən azad edilirlər, sonra isə onlara ancaq xüsusi qruplarda məşğul olmağa icazə verilir.
Pielonefrit
Bu, böyrəklərin ləyəncik sistemində və interstisial toxumalarında mikroblu, iltihablı prosesdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə pielonefrit ORVİ-dən sonra 2-ci yeri tutur.

Müasir pediatriyanın problemləri arasında pielonefrit və onun diaqnostikasının çətinliyi, böyüməyə, ağır keçməsinə və xronikləşməsinə görə birinci yeri tutur.

Sübut olunub ki, böyüklərdə xroniki pielonefritin başlanğıcı uşaq yaşına aiddir. Son illər belə xəstəliklərin sayı həddindən artıq çoxalmış və bunun nəticəsində xroniki böyrək çatışmamazlığı, əlilik yaranır.

Xəstəliyin törədiciləri bağırsaq çöpü, streptokokk, stafilokokk viruslarıdır. Xəstəliyin qarışıq florası da mümkündür. Adətən bakterial infeksiya pielonefritə zəmin yaradır.

Pielonefrit 1 və 2-ci formada olur. 1-ci pielonefrit müstəqil xəstəlik kimi inkişaf edir. 2-ci böyrəklərin və sidik yollarının anomaliya fonunda yaranır. Kliniki halda bir neçə əsas sindromlarını qeyd edirlər. İntoksikasiya sindromu üçün temperaturun qalxması, zəiflik, əzginlik, baş ağrıları, ürəkbulanma, qusma xarakterikdir. Abdominal sindromda qarında, qurşaqda tutmalı ağrılar, müsbət pasternatski sindromu müşahidə olunur. Dizurili sindromda tez-tez və çox ağrılı sidiyə getmə, sidiyi saxlaya bilməmək baş verir. Sidik sindromu üçün sidiyin rənginin və şəffaflığının dəyişilməsi xarakterikdir. Həmçinin sidikdə leykositlərin, bakteriyaların kifayət qədər miqdarı əmələ gəlir. Sidikdə zülal (proteinonuriya) ola bilər. Kliniki inkişafına görə kəskin pielonefrit (6 aya qədər) və xroniki (6 aydan yuxarı) olur.

Xəstəliyin kəskin dövründə uşağı mütləq xəstəxanaya yerləşdirmək lazımdır. Yataq rejimi, pəhriz yeməkləri (tünd, duzlu yeməkləri ixtisar etmək lazımdır) təyin olunur. Çoxlu maye içmək məsləhətdir. Mayenin gündəlik miqdarını 2,5 dəfə artırırlar (qarpız, şirələr, qələvi mineral sular). Fitoterapiya çox yaxşı effekt verir.

Poliklinikada antibakterial müalicə 6 aydan aşağı olmayan müddətdə davam edir. Uşaqlar 6 ay və daha çox müddətdə idmanla məşğul olmaqdan azad edilirlər, sonra onların xüsusi qruplarda məşğul olunmalarına icazə verilir. Əgər kliniki laboratoriya nəticələri 3 il ərzində yaxşıdırsa, uşağı dispanser uçotundan çıxartmaq olar.

Sabitləşmə dövründə sanatoriya-kurort müalicəsi məsləhət görülür.


Sidik çıxaran yolların iltihablı xəstəliklərində


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin