Tərkibi: beta-karotin, beşyarpaqlı kinostemma, C vitamini, teopolifenol. Məhsul qıtlığı zamanı həyatı xilas edən bitkilər" adlı qədim çin kitabında qeyd edilir ki, kinostemma bitkisi iltihabı proseslərin aradan götürülməsi, temperaturun aşağı salınması , infeksion hepatitinin müalicəsi, həmçinin qida zəhərlənməsi zamanı istifadə edilirdi. Məhsulsuz illərdə isə qidaya əlavə olunurdu.
Beşyarpaqlı kinostemma bitkisi (Gynostemma pentofilium) – Çinin dağlıq meşələrində bitən lianadır. Kinostemmanın tətbiqi yapon alimləri tərəfindən XX əsrin 70-ci illərində başlanmışdır. Həmin alimlər müəyyənləşdirmişlər ki, kinostemmadan ayrılan maddələr – saponinlər - orqanizmə jenşenəbənzər təsir göstərirlər. Lakin kinostemmada saponinlərin miqdarı jenşendən xeyli çoxdur: əgər jenşendə onların müxtəlif formalarının sayı 20-ə yaxındırsa, kinostemmada 84-dür. Məlumdur ki, saponinlər xüsusən hormonların sintezində iştirak edən təbii üzvü birləşmələrdir (qlikozidlərdir).
Kinostemma Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmişdir. Kinostemma saponinləri XXI əsrdə qan-damar xəstəlikləri, diabet, xərçəng, nevroz və QİÇS kimi xəstəliklərin müalicəsi üçün əsas aktiv maddəyə çevrilə bilər.
Müalicəvi kapsullar "TİENS" korporasiyası tərəfindən ən yeni texnologiyalar əsasında, dağlıq meşələrdə bitən kinostemmadan istehsal edilir.
Məhsulun əsas xüsusiyyətləri:
güclü antioksidant olaraq xərçəng prosesinin inkişafının qarşısını alır, artıq xərçəng xəstəliyinə tutulmuş toxumaların bərpa olunmasına kömək edir. Ağ ciyər, uşaqlıq boynu, qaraciyər, həmçinin melanoma xərçənginin inkişafını dayandırır (səmərəlilik 20-80%);
orqanizmin həyat tonusunu qaldırır, onun stresslərə, həmçinin meteoroloji şəraitin dəyişməsinə qarşı davamlılığını artırır;
qanda limfositlərin sayının artmasına kömək edərək, immunitetin səviyyəsini artırır;
maddələr mübadiləsində və orqanizmin uyğunlaşma reaksiyalarının formalaşmasında iştirak edərək, homeostazı – orqanizmin daxili mühitinin sabitliyini təmin edir;
jenşen kimi, lakin ondan daha səmərəli, cinsiyyət üzvlərinin funksiyasını, o cümlədən kişilərin potensiyasını artırır, böyrəklərin həyat tonusunu qaldırır;
kapillyarların elastikliyini artıraraq, toxumaların, o cümlədən, ürək əzələsinin və beynin mikrosirkulyasını yaxşılaşdırır, həmçinin trombların yaranmasının qarşısını alır;
qocalma və yorğunluğa qarşı orqanizmin davamlılığını artırır, ağ saçların əmələ gəlməsinin qarşısını alır;
yuxunu normallaşdırır, ağrı hissini götürür, ruhi vəziyyəti harmonizasiya edir;
zərərli maddələrin – xərçəng intoksikasiyası məhsullarının, mikrob və virus toksinlərinin,
kimyəvi preparatların qalıqlarının, sərbəst radikalların, radionuklidlərin orqanizmdən
çıxarılmasına kömək edir.
ağızda xoşagəlməz qoxunu aradan götürür, dişləri qoruyur və möhkəmləndirir;
ağ ciyərlərin ventilyasiyasını yaxşılaşdırır, oksigen aclığına orqanizmin davamlılığını artırır.
Dostları ilə paylaş: |