İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014



Yüklə 286,46 Kb.
səhifə77/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   73   74   75   76   77   78   79   80   ...   161
SALAMLIQHAQQINDADNCLR

İstifadə qaydası:
- 12 yaşa qədər: 2 gündən 1 kapsul,

- 14 yaşa qədər: hər gün 1 kapsul,

- böyüklər: 2-6 kapsul.
Buraxılış forması:

Flakonda 150 kapsul.


Resveratrollu kapsullar (XOLİKAN)
Tərkibi: qırmızı üzüm sortunun və saplağından müasir biotexnologiya ilə alınmış təbii ekstrakt, resveratrol.

"TİENS" korporasiyası ÇXR-nın Səhiyyə Nazirliyinin qərarı ilə "Resveratorlu kapsullar"ın eksklüziv istehsalçısı elan edilmişdir.

Bu BAƏ-nin əsas təsiredici tərkibi, antoksidsnt xüsusiyyətləri uzun illər ərzində Avropa və ABŞ-da tətbiq edilən resveratorldur. 1969-cu ildən başlayaraq müəyyən edilib ki, öz antioksidant aktivliyi ilə tanınan selen, sink, A,E, A,E,C vitaminləri ə beta karotinə nisbətən qırmızı üzüm toxumlarındakı resveratrol sərbəst radikalların daha geniş spektrini zərərsizləşdirir.

Bütün dünyaya çoxdan məlumdur ki, Fransa qırmızı üzüm şərabının istifadəsi üzrə birinci yeri tutur. Bununla bağlı bir paradoks mövcuddur – həkimlər çoxdan müəyyən ediblər ki, əsas qida rasionu balı və dəniz məhsullarından ibarət olan ölkələri, məsələn Yaponiyanı istisna etməklə, fransızlar əksər ölkələrin əhalisinə nisbətən ürək-damar xəstəliklərinə daha az məruz qalır, baxmayaraq ki, onlar yağlı yeməklərə üstünlük verirlər. Hətta fransızlarda kardioloji xəstəliklərə amerikanlarla müqayisədə 2 dəfə az rast gəlinir.

Məhz bu fenomenə əsaslanaraq, həkimlər sərbəst radikalları və radionuklidləri orqanizmdən çıxarmaq qabiliyyəti haqqında əfsanələrə səbəb olan yaxşı üzüm şərabının bir badəsini faydalı sayır və onu gündəlik rasiona daxil etməyi məsləhət görür. Hal-hazırda məlumdur ki, möcüzəli effektin səbəbi resveratorldur. Bu resveratrollu kapsulun tərkibinə 2,5 mq reseveratrollu kapsulun tərkibinə 2,5 mq resveratrol daxildir. Müqayisə üçün: bir şüşə qırmızı üzüm şərabında bu maddənin miqdarı cəmi 2 mq olur.
Məhsulun əsas xüsusiyyətləri:
- resveratrolun bu cür valehedici effekti ilk əvvəl ona əsaslanır ki, güclü antioksidant kimi təsir göstərərək orqanizmdəki sərbəst radikalları zərərsizləşdirir.

Sərbəst radikallar (SR) müasir insanda bir çox xəstəliklərin səbəbi sayılan qeyri-sabit reaktiv birləşmələrdir. Onlar qida, su və hava vasitəsi ilə orqanizmə daxil olan zəhərli maddələrin, radiasiyanın, zərərli günəş şüalarının, tütün tüstüsünün təsiri altında əmələ gəlir. Orqanizmdə sərbəst radikallar nüvə partlayışı kimi öz yolunda hər şeyi məhv edir. SR hüceyrələrin membranlarını dağıdaraq onların fəaliyyətinə son qoyur, bu da müxtəlif orqanların qocalma prosesinin sürətlənməsinə gətirib çıxarır. Bundan başqa sərbəst radikallar bədənimizin strukturu haqqında əsas irsi informasiya daşıyıcısı olan DNT ilə reaksiyaya girir. Bunun nəticəsində mutant hüceyrələr yaranır. Bu da xoşxassəli və bədxassəli şişilərin inkişafına gətirib çıxarır. Sərbəst radikalların orqanizmə təsirinin daha bir təzahürü immunitetin səviyyəsinin kəskin azalmasıdır. Hal-hazırda elmə sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətinə malik olan bir sıra maddələr – antioksidantlar məlumdur. Lakin resveratrol effektinə görə E vitamini kimi güclü antioksidatdan 50 dəfə, C vitamindən isə 20 dəfə üstündür. Bundan başqa, resveratrol bütün vitaminləri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur. Resveratrolun bədxassəli şişlərə təsiri ABŞ-in İllinoys Universitetinin tibb elmləri doktoru Pezzuto tərəfindən tətbiq edilmişdir. Müəyyən edilmişdir ki, o, sağlam hüceyrələrə zərər vurmadan bədxassəli hüceyrələri məhv edib, xərçəng xəstəliyinin mənbəyini aradan götürür. Amerikanın bir çox elm mərkəzlərində (Nebraska, Corctaun və digər ştatlarda) aparılan tədqiqatlar təsdiq edir ki, "Viqor Rousing" (resveratrol) nəinki xərçəngin qarşısını alır, həm də xərçəng xəstəliyinə tutulmuş hüceyrələri məhv edə, eləcə də sağlam hüceyrələrin artmasını və həyat qabiliyyətini stimullaşdıra bilər. Bu elmi ixtira haqqında məlumat bir çox ABŞ telekanalları tərəfindən yayımlanmışdır. Süd vəzinin xərçəngi zamanı effekt 43-47%, qara ciyərin xərçəngində 37-48%, mədənin xərçəngində 34-41% təşkil edir;

- resveratorun digər vacib xüsusiyyəti ateroskleroz riskini azaltması və hətta yaranmış, xolesterin düyünlərini əritmək qabiliyyətidir. Resveratrol qanda aşağı sıxlıqlı lipoproteidlərin səviyyəsini aşağı salır, yüksək sıxlıqlı lipoproteidlərin miqdarını isə artırır, bununla da aterosklerozun əmələ gəlməsinin, infarktın və institutun qarşısını alır. Tyantszində Gigiyena və Rrofilaktika Mərkəzində (nəzarət və ekspertiza şöbəsi) tərkibində çoxlu miqdarda yağ olan qida ilə yemlənən laboratoriya heyvanlarının üzərində aparılan tədqiqatlar zamanı müəyyən edilmişdir ki, "Resveratrollu kapsullar"ın istifadəsi 28 gün ərzində xolesterinin və triqliseridlərin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır;

- resveratrol trombositlərin yapışmasının və trombların yaranmasının qarşısını alır, damarların və kapillyarların divarlarını möhkəmləndirir, qansızma və varikoz riskini azaldır;

- gözə kosmetik vasitə olub dərinin elastikliyini və hamarlılığını yaxşılaşdıraraq onun vaxtından əvvəl qocalmasının qarşısını alır;

- yaddaşı yaxşılaşdırır, orqanizmin stressə qarşı davamlılığını artırır, qanda şəkərin səviyyəsini aşağı salır.


İstifadə üçün göstəriş:
1. Qanda lipidlərin səviyyəsinin tənzimlənməsi, aterosklerozun profilaktika və müalicəsi üçün

əla vasitə.

2. Ürək-damar xəstəliklərinin, o cümlədən, infarkt və insultun profilaktika və müalicəsi

(ənənəvi müalicə ilə yanaşı), reabilitasiya tədbirləri üçün.

3. Xərçəng xəstəliklərinin aradan götürülməsi və profilaktikası üçün (inkişafı 50% ləngidir).

Hər üç mərhələdə: nüfuzetmə, şiddətlənmə, inkişaf mərhələsində şiş hüceyrələrinin

yaranmasının qarşısını almaq qabiliyyətinə malikdir.

4. Güclü antioksidant kimi, sağlamlığın möhkəmləndirilməsi üçün. Orqanizmi sərbəst

radikallardan azad edir.

5. Trombositlərin normal funksional qabiliyyətlərinin saxlanılması üçün; bu da damarlarda

qanın sərbəst axınını təmin edir

6. Venaların varikoz genişlənməsinin, tromboflebitlərin müalicəsi və profilaktikası.

7. Orqanizmin sağlam hüceyrələrinin həyat qabiliyyətinin gücləndirilməsi üçün.

8. Müxtəlif mənşəli allergiyalarda.

9. Şəkərli diabet, hipertoniya xəstəliyi zamanı retinopatiyanın (torlu qişalı zədələməsi) və digər

göz xəstəlikləri profilaktika və müalicəsi, görmə qabiliyyətinin yaxşılaşdırılması üçün.

10. Daxilə qəbul edilə kosmetik vasitə kimi, dərini uzun müddət cavan saxlamağa, eləcə də

solmuş gözəlliyi bərpa etməyə imkan verir.


Əks göstərişlər:
10 yaşına qədər uşaqlara həkim nəzarəti altında.
İstifadə qaydası:


  • 14 yaşına qədər uşaqlar: günə 1 kapsul,

  • böyüklər: profilaktika üçün günə 1-2 kapsul, müalicə üçün 1-5 kapsul.



Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin