İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Vitamin və mikroelementlər



Yüklə 286,46 Kb.
səhifə9/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   5   6   7   8   9   10   11   12   ...   161
SALAMLIQHAQQINDADNCLR

Vitamin və mikroelementlər
A, B (bu qrupa daxil olanların hamisi), C, D, F, PP vitaminləri immun sistemi üçün daha çox vacib hesab olunurlar.

Praktiki olaraq bitki mənşəli bütün qidalar (xüsusən də sarı və qırmızı rəngdə olanlar) – kök, qırmızı bibər, yemiş, pomidor, balqabaq və s. tərkibində beta-karotin maddəsi vardır ki, bu maddə də orqanizmdə A vitamininə çevrilir. A vitamini və karotinlər isə, antigenlərin orqanizmə olan müdaxiləsinə qarşı immun reaksiyanın gücünə görə cavabdehlik daşıyır. Bundan başqa. Bunlar orqanizmə, müəyyən dərəcədə xərçəng xəstəliklərindən qorunmaqda da kömək edirlər.

A vitamini orqanizm tərəfindən E və S vitaminləri ilə birlikdə daha yaxşı mənimsənilir. Buna görə də mütəmadi olaraq bitki yağı (vitamin E) əlavə edilmiş və üzərinə bir qədər limon şirəsi (vitamin C) sıxılmış müxtəlif tərəvəzlər və göyərtilərlə təzə salatları hazırlamaq məsləhət görülür.

Vitamin C – soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir. Məsələn, KRVÖ –nin ilkin dövrlərində C vitaminin qəbul edilməsi (həb, damcılar, ineksiya şəklində) oprqanizmin sağlamlaşmasına, daha ağır formalara keçməməsinə kömək edir.

Vitamin E – orqanizmə mikroblardan, viruslardan, hətta xərçəng xəstəliyindən qorunmaqda kömək edir. E vitamini xeyli miqdarda qaraciyər, yumurta sarısı, kahı yarpaqlarında, günəbaxan, zeytun, qarğıdalı yağlarında, təzə cücərdilmiş buğdada, qarabaşaq (“qreçka”) düyü və digər yarmalarda, qoz – fındıqda var.

Vitamin B1. Orqanizmində bu vitamin çatışmazlığı olan insanlar tez-tez baş ağrılarından, əsəbilikdən, ümumi zəiflikdən şikayət edirlər. Sinir sistemi zəif olan insanların immun sistemi də zəif olur. Buna görə də qida rasionunda B1 vitamini ilə zəngin olan qida məhsullarının (“herkules”, lobya, paxlalı bitkilər, qoz, fındıq, araxis, kartof, qaraciyər, böyrək) olmasına fikir vermək lazımdır.

Vitamin B2. Bu vitamin çatışmazlığında da immunitet zəifləyir, müxtəlif mədə və bağırsaq xəstəlikləri baş verir. Tərkibində vitamin B2-nin olduğu əsas qida məhsulları: kələm, təzə lobya, alma, qaraciyər, yaşıl noxud, pomidor, cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal əti. Yadda saxlamaq lazımdır ki, vitamin B2 –nin olduğu əsas qida məhsulları kələm, təzə lobya, alma, qaraciyər, yaşıl noxud, pomidor, cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal əti. Yadda saxlamaq lazımdır ki, vitamin B2 işıqdan “qorxur” – süd və süd məhsulları 2 saat ərzində günəş şüaları altında saxlanılarsa qıcqıraraq tərkibində olan B2 –nini də itirir.

Vitamin B6. Bu vitamin immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu vitaminə qara çörək, ət, balıq, yumurta sarısı, süd, qaraciyər, yarmaların tərkibində də rast gəlinir.

Vitamin B9 (fol turşusu) və B12 – qan hüceyrələrinin əmələ gəlməsi üçün (həmçinin eritrositlərin və immun sistemi hüceyrələrindən olan limfositlərin) vacibdirlər. Bu vitaminlərin əsas mənbəyi – yumurta, soya, inəyin qara ciyəri və böyrəkləri, ağ və qırmızı turp, şomu, kahı və s.)

Vitamin D - qanın normal laxtalanması, ürək fəaliyyəti, sinir və immun sistemi üçün vacib hesab olunur. D vitamininə yumurta, süd, kərə yağı, qara ciyər, balıq (xüsusən balıqların qara ciyəri) məhsullarının tərkibində rast gəlinir. Bundan savayı, bu vitamin günəş sisteminin təsiri altında insan dərisində də əmələ gəlir. Məhz buna görə günəş vannalarının qəbul edilməsi xeyirli hesab edilir. Ancaq onu da yadda saxlayın ki günəş şuaları altında olmaq nəticəsində dəridə qızartı əmələ gələndən sonra orada D vitamini istehsalı dayanmış olur.

İmmunitetin normal səviyyədə saxlanması üçün bir çox mikro elementlər tələb olunur: kalium, mis, maqnezium, sink, yod, dəmir, kalsium, selen, germanium.

İmmunitetin möhkəmlənməsi üçün sink elementi xüsusilə xeyirli hesab olunur. Sinkin qida maddələrində əsas mənbəyi isə - ət, dəniz məhsulları (xüsusən də istirdiyyə (“ustritsa”) – yeyilən dəniz ilbizi), qabıqlı yarmalar (yulaf, qarabaşaq, arpa), göbələklər, qoz – fındıq hesab olunur. Alimlərin fikrinə görə sink elementi virusların yayılmasının qarşısını alır, çəngəlvari vəzi (timus) hormonlarının sintezində iştirak edir.

Kalium – cəfərinin, kartofun, pomidorun, kələmin, ərik qurusunun, üzümün, qara gavalı qurusunun, xiyarın, qreyfrutun, turpun, paxlalı bitkilərin tərkibində olur.

Maqnezium – cücərdilmiş buğdanın, cəfərinin, gavalının, balqabağın, kartofun, nanənin, qaraciyərin, qozun tərkibində insan orqanizmi üçün tələb olunan miqdarda olur.

Mis - südün, cücərdilmiş buğdanın, cəfərinin, göbələklərin, qoz və fındığın tərkibində olur.

Yod elementi də endokrin və immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Uşaq və yeniyetmələrə böyüklərə nisbətən daha çox yod tələb olunur. Buna görə də çuğundur, tünd rəngdə bütün meyvələr, okean balıqları və onların qara ciyəri, dəniz kələmi, soğan, göbələk, yaşıl noxud, ağ və qırmızı turp, pomidor, yemiş, xurma kimi müxtəlif meyvə tərəvəzlər də daxil edilməlidir. Vaxtaşırı olaraq həkim təyinatı üzrə uşaqlara yod preparatları (xüsusən onun çatışmazlığı qeyd olunan bölgələrdə) vermək məsləhət görülür.

Dəmirin miqdarı ət, qaraciyər, alma və xurmanın tərkibində daha çox olur.

Kalsium orqanizmə daha çox süd məhsulları ilə daxil olur (xama, qatıq, qaymaq, kefir, yoqurt, asidofilin).

Germanium – və selen elementləri dəniz məhsullarının, böyrəklərin, qaraciyərin, cücərdilmiş buğdanın tərkibində olur.

Düzgün qidalanmadan başqa düzgün maye qəbul edilməsi rejimi də (gün ərzində 2 litr həcmində maye qəbulu) böyük əhəmiyyət kəsb edir. Gün ərzində kifayət qədər maye qəbul edilməsi, orqanizmdə olan zərərli maddələrin (zəhərlər, toksinlər, şlaklar və s.) “yuyularaq” asanlıqla xaric olunmasına kömək edir. Nəticədə isə immunitet də möhkəmlənir.

Bundan əlavə, orqanizmə mayenin kifayət miqdarda daxil olması bizim selikli qişalarımız (yerli immunitet) üçün də böyük əhəmiyyət kəsb edir. Çünki selikli qişaların quruması, onların normal fəaliyyətini pozur. Soyuqdəymə və qrip zamanı kifayət qədər maye qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Gün ərzində qəbul edilən mayenin həcmi 2 litrdən (buraya suplar da daxildir) az olmamalıdır. Ancaq gün ərzində bu həcmdə maye qəbul edilməsi yalnız bədəndə gizli və ya açıq şişkinliklər, böyrək və ürək çatışmazlığı olmağı hallarda yerinə yetirilə bilər.

Heç bir halda bədənin susuzlaşmasına imkan verməyin, isti havalarda bu xüsusən vacib hesab edilir. Bədənin susuzlaşması zamanı bədəndə su-duz mübadiləsindəki tarazlığı pozur, qan qatılaşır və böyrəklərin onu zərərli maddələrdən təmizlənməsi prosesi də xeyli çətinləşir. Əgər siz yanğı hiss etməyə başlayırsınızsa, demək, orqanizmdə susuzlaşma prosesi artıq gedir. Ona görə də gün ərzində mayeni az-az olmaqla daha tez-tez qəbul etməyə çalışın.


Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin