İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


İmmunitet üçün ən xeyirli olan qidalar



Yüklə 286,46 Kb.
səhifə8/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   4   5   6   7   8   9   10   11   ...   161
SALAMLIQHAQQINDADNCLR

İmmunitet üçün ən xeyirli olan qidalar

Bir çox məhsullar müntəzəm şəkildə qəbul olunduqları halda immuniteti gücləndirmək xüsusiyyətinə malikdirlər:

- gündəlik olaraq süd məhsulları (kefir, yoqurt, təbii kəsmik) qəbul etmək lazımdır. Bu məhsulların az və ya orta dərəcəli yağlığı olan növlərini seçmək daha arzuolunandır. Kərə yağından da tamamilə imtina etmək olmaz – misal üçün, hər gün səhərlər kərə yağı ilə olan buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı bir üsuldur.

Süd məhsullarından kefir və biyoqurtlar daha xeyirli hesab olunur. Son araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, gün ərzində 150 qram kefir və ya bifidobakteriyalarla zənginləşdirilmiş yoqurtun qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Bunun səbəbi isə ondan ibarətdir ki, bu məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun hazırlanması daha da artır .

- İnsanların çox az hissəsi bilir ki, onların o qədər diqqət yetirmədikləri lobya – bitki mənşəli məhsullar içərisində ən aktiv immunomodulyatorlardır. Məsələ burasındadır ki, həm qabıqlı, həm də təmizlənmiş şəkildə olan maş bitkisinin tərkibi, insan orqanizmində olan maş bitkisinin tərkibi insan orqanizmində interfronun yaranmasına kömək edən maddə ilə zəngindir.

- Brokkoli, gül kələm, baş kələm, brüssel kələmi, ağ turp kimi bitkilər beta-karotin maddəsi ilə zəngindirlər. Beta-karotin isə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.

- Qida rasionuna bildirçin yumurtalarının daxil edilməsi immunitet üçün çox xeyirli hesab olunur. Tərkibindəki vitamin A, B qrupu vitaminləri və mikroelementləri miqdarına görə bildirçin yumurtası toyuq yumurtasını bir neçə dəfə üstələyir. Bundan savayı, onlar bədəndən radionukleidlərin xaric olunmasına da köməklik göstərir.

- Sarımsaq, soğan, qıtıqotu kökünün (xren) tərkibi xeyli miqdarda “fitonsid” adlanan maddələrlə zəngindir. Bu isə mikroblar və viruslara qarşı olan mübarizədə, orqanizmə hədsiz dərəcədə kömək edir. Bunlar, yəqin ki, immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur.

- Dəniz məhsulları (balıq, krevet və s.) da immunitetin gücləndirliməsində böyük rol oynayır. Qızılbalıq, tunes və s. balıqların da orqanizm üçün çox xeyirli hesab edilən maddələr vardır. Balıq uzun müddət bişirlən halda onun tərkibində olan xeyirli maddələrin parçalanması baş verir. Balığı bütöv şəkildə “folqa” kağızına bükməklə sobada bişirməyə çalışın. Bu halda onun tərkibindəki xeyirli qida maddələri daha yaxşı saxlanmış olur.

- Badam – immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin turşularının və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir.

- Qəbul etdiyiniz qidaların tərkibində müntəzəm olaraq yarmaların da (qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s.) olması, orqanizmin təmizlənməsinə - zərərli kimyəvi, radioaktiv maddələrin, şlakların orqanizmdən xaric olunmasına bu isə öz növbəsində bizim immunitetimizin möhkəmlənməsinə kömək edir.

- Emal olunmamış taxıl və dənli bitkilərin tərkibində qida maddələrinin miqdarı, emal olunanlarla müqayisədə qat-qat artıq olur.

-Limon, portağal, mandarin, kivi, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələmin tərkibində çox miqdarda askorbin turşusu (vitamin C) vardır ki, o da orqanizmin infeksiyalardan, soyuqdəymədən və digər zərərli faktorların təsirindən qoruyur. Bundan başqa askorbin turşusu, həmçinin orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir.

- Bal, arı südü, arı tozu, propolis təbii immunustimulyatorlar sayılır. Onların müntəzəm şəkildə istifadə edilməsi yaxşı nəticələr verir.

Arılar tərəfindən hazırlanan perqa maddəsi xüsusi gücə malikdir. Onun təkrar olunmazlığı elmi araşdırmalarla da təsdiq olunmuşdur. Perqa – vitaminlərin və təbii elementlərin çox dəyərli bir mənbəyidir. Onun tərkibində bütün B qrup vitaminləri, karotinoidlər, rutin, C, D, E vitaminləri, proteinlər, amin turşuları, fermentlər və hətta təbii “antibiotiklər” də daxildir. Onun tərkibində orqanizmdə maddələr mübadiləsinin normal getməsi və onun normal inkişaf etməsi üçün hər şey vardır. Perqa ac qarına, 10 sayda dənəcik olmaqla qəbul etmək daha yaxşıdır. Kurs müalicəsi 10 gündür. 10 gün fasilə verdikdən sonra 2-ci kurs, daha 10 gün fasilə verdikdən sonra isə 3-cü kurs təyin olunur. Bu müalicəni il ərzində bir neçə dəfə təkrar etmək olar.

Propolis virus, iltihab və şiş əleyhinə xüsusiyyətlərinə malikdir, orqanizmin müdafiə imkanlarını gücləndirir, tonuslaşdırıcı və cavanlaşdırıcı təsir edir. Propolis yanıq və sınıqlardan sonra zədələnmiş toxumaların bərpa olunmasını tezləşdirir. Propolis B1, B2, PP, E, C provitamin A, mikroelementlərlə zəngindir.

Bal və digər arıçılıq məhsulları güclü allergik xüsusiyyətlərinə malik olduqları üçün allergiyadan əziyyət çəkən insanlara əks göstəriş ola bilər.




Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin