İmam əLİYYƏn-nəQİ ƏleyhiSSƏlamin həyati


Zinətli saray və məclislər



Yüklə 338 Kb.
səhifə4/6
tarix06.09.2017
ölçüsü338 Kb.
#29044
1   2   3   4   5   6

Zinətli saray və məclislər


Şiələrə qarşı yönəldilmiş bu çətinliklərlə yanaşı, Mütəvəkkil beytül-malı qəsb edərək zinətli və əzəmətli saraylar tikdirməkdə, kef məclisləri təşkil etməkdə həddini aşmışdı. O, çoxlu saraylar tikdirir və onların tikintisinə külli miqdarda pul sərf edirdi. Buna misal olaraq, Şah, Gəlin, Şəbdaz, Bədi, Qərib və Bürc saraylarını nümunə göstərmək olar. Təkcə Bürc sarayının tikilməsi üçün o, bir milyon yeddi yüz min dinar pul xərcləmişdi.43 Həmçinin sarayların ən böyük və qəşənglərindən biri olan, Burkuva adı ilə məşhur olmuş sarayın tikilməsi üçün iyirmi milyon dirhəm pul xərcləmişdi.44 Eləcə də, əyləncə məqsədi ilə tikdirilmiş Cə’fəri, Məlih, Qərv, Muxtar və Heyr saraylarının da hər biri milyonlarla dirhəmə başa gəlmişdi. Tarixçilər bunların hamısını qələmə almışlar.45

Mütəvəkkil, oğlu Abdullah əl-Mö’təzzi sünnət etdirmək istəyərkən, həddən artıq çox və ağılasığmaz miqdarda pul xərcləyir. Tarixçilər bu barədə çox geniş mə’lumat vermişlər. Nümunə üçün indi bu məqamlardan bə’zilərinə nəzər salaq.

Uzunluğu yüz dirsək, eni isə əlli dirsək46 olan eyvan üçün həmin ölçüdə bir xalça hazırlanmış, qonaqlar üçün qızıldan hazırlanıb lə’l-cəvahirlə bəzədilmiş dörd min stul düzülür. Mütəvəkkilin əmrilə camaatın başına səpmək üçün ayrılmış iyirmi milyon dirhəm pulu qadın, xadim və kənarda oturanların, üzərində şənlik və sünnət məclisinin şəkli döyülmüş bir milyon dirhəm isə bərbər, dəllək və xüsusi xidmətçilərin başına səpilir. Həmin gün Mö’təzzi sünnət edən dəlləkdən soruşurlar ki, nahara qədər nə qədər pul yığmısan? O cavab verir ki, zinətli əşya, lə’l-cavahir və üzükdən əlavə, səksən neçə min dinar pul qazanmışam.

Sünnət məclisinin bütün hesabatını Mütəvəkkilə verdikdə, səksən altı milyon dirhəmə çatmışdı.47

Bunlar Mütəvəkkilin beytül-maldan boş yerə və kef məclislərinə xərclədiyi pullardan bir qismidir. Onun bütün kef məclislərini şərh etmək isə bu qısa bəhsimizə sığmaz. Əlavə olaraq bir məqama da işarə edək. Süyuti yazır: “Mütəvəkkilin sarayda dörd min kənizi olmuş və o, onların hamısı ilə əlaqədə olmuşdur.”48 Görkəmli tarixçi Məs’udi isə belə yazır: “Mütəvəkkilin hakimiyyəti dövründəki kimi heç vaxt pul xərclənməmişdi.”49

Tarixi bir sənəd


Ali-Bəviyyənin müasiri olmuş görkəmli yazıçı Əbu Bəkr Xarəzmi (vəfatı 383 ya da 393 h.q) Abbasilərin şiələrə qarşı təzyiqləri və şiələrin məzlumluğuna dair yazdığı bir məktubda Mütəvəkkilin törətdiyi cinayətlərə toxunaraq bu biabırçı şənlik barəsində də, qeyd etmişdir. O deyir: “Hidayət rəhbərlərindən biri, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən olan bir şəxs vəfat etdikdə, heç kəs onun dəfninə gəlmir və qəbri də (bir dəfə də olsun) ağardılmır. Ancaq Bəni-Abbasın bir təlxəyi öldükdə, bütün qazılar, hakimlər onun dəfninə gəlir, onun üçün əza məclisləri qururlar. Dəhrilər50 (dünyaya inanlar) və yunan filosofları onların şərrindən uzaqdırlar. Onlar (Bəni-Abbas) şiə bildikləri hər hansı bir şəxsi qətlə yetirir və oğlunun adını Əli qoymuş adamın qanını tökürlər. Şiə şairi Peyğəmbər (səlləllahu əleyhi və alih) canişini barədə şe’r dedikdə dilini kəsir, şe’rlər divanını cırıb tullayırlar. Harun və Cə’fər Mütəvəkkil, Əli əleyhissəlamın övladlarını söyən Abdullah ibn Müs’əb Zübeyr, Vəhəb ibn Vəhəb Buxturi, Mərvan ibn Həfsə Əməvi, Əbdülməlik ibn Qüreyb Əsməi və Bukkar ibn Abdullah kimi adamlara mükafat verirdi. Min ay (Bəni-Abbasın hakimiyyətdə olduğu müddətdə) Həzrət Əli əleyhissəlama nalayiq sözlər dedilər, ancaq biz bir an olsun belə, onun nəsihətinə şəkk etmədik.

Ələviləri yeməkdən məhrum edir, ancaq Misir, Əhvaz, Hicaz, Məkkə və Mədinənin bütün gəlirləri İbn Əbu Məryəm Mədəni, İbrahim Museli, İbn Cami Səhmi, Zəlzəl Zarib və Bərsuma Zamir51 kimi çalıb-oxuyanlara sərf olunurdu. Mütəvəkkilin on iki min kənizi, ancaq Əhli-beyt seyyidlərinin yalnız bircə zənci kənizi olmuşdur. Bütün xərac vergiləri təlxəklərə, sünnət məclislərinə, it və meymun oynadanlara, Məxariq və Ələviyyə kimi xanəndələrə, Zərzər və Əmr ibn Banə kimi aktyorlara xərclənirdi. Fatimə (səlamullahi əleyha) övladlarına bir tikə çörək və bir içim suyu çox bilirdilər. Hansı ki, onlara xüms halal, sədəqə isə haram edilmiş və onları sevib hörmətlərini saxlamaq vacib buyurulmuşdur. Onlar kasıblığın şiddətindən az qala ölsünlər. Biri qılıncını girov qoyur, digəri isə paltarını satırdı. Onların günahı babalarının Peyğəmbər (səlləllahu əleyhi və alih), atalarının Peyğəmbər (səlləllahu əleyhi və alih) canişini, analarının Fatimə (səlamullahi əleyha), analarının anasının Xədicə (səlamullahi əleyha), əqidələrinin Allaha imanlı və yol göstəricilərinin Qur’an olmasıdır. İmam Hüseyn əleyhissəlamın məqbərəsini yerlə yeksan edib şumlayanlar, o Həzrətin qəbrini ziyarət edənləri (ucqar) şəhərlərə sürgün edənlər barədə mən nə deyim?...”52


Mütəvəkkilin öldürülməsi və Müntəsirin hakimiyyətə gəlişi


Nəhayət, Mütəvəkkil bir gecə sarayda əyləncə məclisində məst olub qaldığı halda, oğlu Müntəsirin çoxdankı planı əsasında türklərin həmkarlığı ilə vəziri Fəth ibn Xəqanla birlikdə (hicrətin iki yüz qırx yeddinci ili şəvval ayında) qətlə yetirildikdən sonra Müntəsir hakimiyyətə gəlir.53

Mütəvəkkilin qətlə yetirilməsi aşağıdakı plan əsasında qurulmuşdu. Onun Übbadə Müxənnəs adlı bir şərab dostu var idi. Saçı tökülüb keçəl qalmış Übbadə, Mütəvəkkilin məclisində paltarının altında qarnına balış bağlayıb onun qarşısında rəqs edərdi. Xanəndələr isə hamı bir səslə “bu keçəl kişi gəlib müsəlmanların xəlifəsi olmaq istəyir” - deyə səs-səsə verirdilər. Bu işlə onlar Həzrət Əli əleyhissəlama işarə edərək onu təhqir edirdilər.54 Mütəvəkkil isə şərab içərək sərxoş halda gülürdü. Günlərin birində Übbadə yenə də həmişəki kimi təlxəklik ilə məşğul olarkən, Müntəsir də orada idi. O, bu hadisəni görüb narahat oldu və işarə ilə Übbadəni təhdid etdi. Übbadə qorxusundan sakit oldu. Mütəvəkkil soruşdu: “Nə olub?” Übbadə qalxıb hadisəni olduğu kimi danışdı. Bu vaxt Müntəsir ayağa qalxıb dedi: “Ey Əmirəl-mö’minin! Übbadə oynunu çıxardığı və camaatı ona güldürdüyü şəxs sənin əmioğlun, sənin nəslinin böyüyü və sənin fəxrindir. Özün onun qanını içirsənsə, iç, ancaq bunun kimi itlərə onun qanını içməyə icazə vermə!” Mütəvəkkil istehza ilə xanəndələrə deyir ki, hamı birlikdə aşağıdakı məzmundakı şe’ri oxusunlar: “Bu gənc əmioğlusundan ötrü qeyrətə gəlmişdir. Bu gəncin başı anasının ... olsun.”55 Bu hadisədən sonra Müntəsir çoxdan hazırladığı planı türklərin köməkliyi ilə həyata keçirərək atasını qətlə yetirir.



Müntəsir atasından fərqli olaraq Əli (əleyhissəlam) və onun övladlarına olan məhəbbətini aşkar edərək camaata İmam Hüseyn əleyhissəlamın qəbrinin ziyarətinə getməyə icazə verir və atasının hakimiyyəti dövründə qorxu içərisində yaşayan Ələvilərə aman verir.56 Üstəlik o, daha üç gözəl addım atır:

1) Fədəyi Ələvilərə qaytarır.

2) Ələvilərə vəqf olunmuşları özlərinə qaytarır.

3) Mədinə valisi Saleh ibn Əlini Bəni-Haşim tayfasından olanlarla pis rəftar etdiyinə görə işdən çıxardır, onun yerinə Əli ibn Hüseyni bu vəzifəyə tə’yin edərək ona Bəni-Haşimə qarşı hörmətlə rəftar etməyi tövsiyə edir.57 Lakin Müntəsirin hakimiyyət dövrü qısa müddətli olduğu üçün ondan sonra yenə də çətinliklər başlayır.

Yüklə 338 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin