İmam Hüseyn və Aşura qiyamı


Peyğəmbərimiz (s), səhabələr və tabein Aşura münasibətinə ağlamışlarmı?



Yüklə 1,08 Mb.
səhifə14/25
tarix21.04.2017
ölçüsü1,08 Mb.
#15182
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Peyğəmbərimiz (s), səhabələr və tabein Aşura münasibətinə ağlamışlarmı?


Tarixə diqqətlə müraciət etməklə yanaşı çox saylı sünni və şiə mənbələrinə istinadən Məhəmməd peyğəmbərin (s), mə`sumların (ə), səhabələrin Aşura müsibətinə ağladıqlarını tam qətiyyətlə söyləyə bilərik. Belə hədislərin bir neçəsini sizə təqdim edirik:

1) Peyğəmbərin (s) əzadarlığı

1-Hakim Nişaburi səhih sənədlə Ümmül-Fəzldən belə nəql edir: «... Balaca Hüseyni (ə) qucağıma alaraq, Peyğəmbərin (s) yanına gətirdim. Və onun qucağına qoydum. Gözlərim Həzrət Məhəmmədin (s) yanağından aşağı süzülən yaşlara sataşdıqda soruşdum: «Ey Allahın elçisi! Atam-anam sənə fəda olsun, nə üçün ağlayırsan?»

Peyğəmbər (s) buyurdu: «Cəbrayıl tanrı tərəfindən mənə nazil oldu və ümmətimin yaxın zamanlarda Hüseyni (ə) şəhid edəcəyini xəbər verdi...»230

2- Hafiz Əhməd Beyhəqinin nəql etdiyi hədisdə oxuyuruq: «Əsma binti Umeys deyir: «Mən yenicə dünyaya gəmiş Hüseyni (ə) ağ parçaya bükülmüş qundaqda Peyğəmbərə (s) verdim. O, körpənin sağ qulağına azan və sol qulağına isə iqamə oxudu. Sonra onu qucaqlayaraq, ağladı. Soruşdum: atam-anam sənə qurban nə üçün ağlayırsan? Buyurdu: «Bu övladım üçün ağlayıram. Mən «O, indicə dünyaya gəlib, ağlamaq nə üçündür? »-dedikdə isə, Peyğəmbər (s) buyurdu: «Əsma, övladımı zülmkar bir qövm şəhid edəcək. Allah mənim şəfaətimi onlara yetirməsin.» Sonra sözünə davam edərək buyurdu: «Bunu Fatiməyə (s) xəbər vermə. Axı o, yenicə övlad dünyaya gətirib!»231

3-Əhməd ibn Hənbəl səhih sənədlə Ənəs ibn Malikdən belə nəql edir: «Ümmü Sələmə232 deyir: «Həsən (ə) və Hüseyn (ə) mənim evimdə idilər. Cəbrayıl nazil oldu və Peyğəmbərə (s) «Ey Məhəmməd! Sənin ümmətin övladın Hüseyni (ə) şəhid edəcəkdir»- dedi. Elə bu zaman Peyğəmbər (s) ağladı və Hüseyni (ə) bağrına basaraq buyurdu: «Ey Ümmü Sələmə bu torpaq sənin yanında əmanət qalsın.»

Bu qırmızı rəngli torpağı Hüseynin (ə) şəhid olacağı məkandan Cəbrayıl ona gətirmişdi.233

4- İbn Əsakir səhih sənədlə Aişədən234 bu hədisi nəql edir: «Allahın elçisi (s) yatmışdı. Hüseyn (ə) otağa girərək ona tərəf getdi. Mən onu Peyğəmbərdən (s) uzaqlaşdırdım. Sonra isə öz işimlə məşğul oldum... Peyğəmbər (s) yuxudan ayıldı. O, ağlayırdı. Səbəbini soruşduqda isə buyurdu: «Cəbrayıl (ə), mən yuxuda ikən, Hüseynin şəhid ediləcəyi məkandan olan bir ovuc torpağı mənə göstərdi. Allahın əzabı onun qanını axıdanlara qarşı şiddətlidir.»... Sonra buyurdu: «Ey Aişə! Canımın sahibi Allaha and olsun ki, bu iş məni şox kədərləndirdi. Görəsən, məndən sonra Hüseyni qətlə yetirəcək kəslər kimdir?!» Əbu Bəkr, Ömər, Əli (ə), Əmmar və Əbuzər də, orada idi.»235 (Aişə bu məzmunlu başqa müxtəlif hədislər də söyləmişdir. )

5- Hafiz əbu Yə`li Zeynəb236 binti Cəhşdən belə nəql edir: «Peyğəmbər (s) mənim evimdə olarkən, yenicə yeriməyə başlayan Hüseyn (ə) otağa girdi. Mən onu saxlamaq istədikdə, Peyğəmbər (s) mənə mane oldu. Dəstəmaz alan Peyğəmbər (s) sonra Hüseyni (ə) qucağına alaraq elə bu halda da, namaz qıldı. Namazdan sonra oturaraq, ağladı. Dedim: «Ey Allahın elçisi! İndiyədək səni bu halda görməmişdim. Səbəbi nədir? Buyurdu(s): «Cəbrayıl mənə ümmətimin Hüseyni (ə) şəhid edəcəyini söylədi...»237

6- Əhməd ibn Hənbəl səhih sənədlə İbn Abbasdan nəql edir: «Günorta vaxtı Peyğəmbəri (s) yuxuda gördüm. O, çox kədərli və pərişan idi. Əlində qanla dolu bir şüşə qab var idi. Soruşdum: Atam-anam sənə qurban olsun, bu nədir?»

Buyurdu (s): «Bu Hüseynin (ə) və onun silahdaşlarının qanıdır. Bunu bu gün mənə verdilər.» İbn Abbas deyir: «O gün Aşura günü idi.»238

7- Termizi və Hakim səhih sənədlə Peyğəmbərin həyat yoldaşı Ümmü Sələmənin də, belə bir yuxu gördüyünü nəql edir. 239

8-Əbul-Həsən Əqiqi «Əxbarül-Mədinə» kitabında Həzrət Əli (ə) -dən belə nəql edir: «... Evimizdə olarkən, yeməkdən sonra Peyğəmbər (s) üzünü qibləyə çevirərək dua etməyə başladı. O, ağlayırdı. Səbəbini soruşdum. Hüseyn (ə) onun kürəyinə mindi. Peyğəmbər (s) yenidən ağlamağa başladı... Buyurdu(s): «Oğlum! Sizi görərkən elə sevindim ki, indiyədək belə xoşhal olmamışdım. Amma dostum Cəbrayıl mənə Hüseynin şəhid olacağı xəbərini verdi. Sənin qətligahın dağıdılmışdı. Bu xəbər məni çox sarsıtdı...»240

9-Hafiz Əbu Bəkr ibn Əbi Şeybə, Abdullah ibn Məsuddan nəql edir: «Peyğəmbər (s) bir qrup səhabə ilə gedirdi. Yolda Bəni-Haşimdən olan adamlarla rastlaşdı. Peyğəmbər (s) onları gördükdə ağlamağa başladı... Buyurdu (s): «Əhli-beytim məndən sonra zülmlərə mə`ruz qalaraq, öz yurdlarından didərgin olunacaqlar...»241

10-İbn Cuzi özünün «Məqtəl» adlı kitabında Peyğəmbərin (s) səhabələr və camaat arasında Hüseynin (ə) şəhid ediləcəyi xəbərini verərək, birlikdə ağladıqlarını yazır. 242


Məsumlarımız (ə) İmam Hüseyn (ə) müsibətinə ağlamışlarmı?


Bu barədə tarixi mənbələrdə ətraflı məlumat verilmişdir. Onlardan bir neçəsini sizə təqdim edirik:

1- İmam Əli (ə)

Əhməd ibn Hənbəl səhih sənədlə Nəciydən nəql edir: «Həzrət Əli (ə) Siffeynə gedərkən Neynəvaya yetişdikdə, ağlamağa başladı. Peyğəmbərin (s) ona Hüseynin (ə) burada şəhid ediləcəyini xəbər verdiyini xatırladığını söylədi.»243

Əsbəğ ibn Nəbatə deyir: «Həzrət Əli (ə) ilə Kərbəladan keçirdim. Kərbəla şəhidlərinin atlara mindiyi, döyüşə getdiyi, qanlarının axdığı yerləri belə mənə göstərdi. Ağlayaraq buyurdu (ə): “Burada Peyğəmbər ailəsinin elə cavanları şəhid olacaq ki, yerlər, göylər onların halına ağlayacaqdır.» Əli (ə) İbn Abbasla da, ağlamış, bu hadisədən onu xəbərdar etmişdir.244 Bu məzmunlu başqa rəvayətlər də, mövcuddur. 245

2- Fatimeyi Zəhra (s)

...Xanım Fatimə (s) ağlayaraq atasından soruşdu:

«Ata, kim mənim gözlərimin nuru olan oğlumu şəhid edəcək?»

Peyğəmbər (s) buyurdu: «Mənim ümmətimdən olan ən pis insanlar.»

Fatimə (s) buyurdu: «Ey Əli! Mənə və mənim övladıma ağla. Düşmənlərin Kərbəlada şəhid edəcəyi şəxsi unutma! Hiyləgər, azğın şəxslər, Hüseynimi məkrlə şəhid edəcəklər. Onun qatilləri üçün Allahın lə`nət və əzabını diləyirəm.»246

3- İmam Həsən (ə)

Həzrət Həsən (ə) ağlar gözlə qardaşına buyurdu: «Heç bir gün sənin şəhid olacağın günə bənzəməz. Özlərini Peyğəmbərin (s) ümməti və müsəlman adlandıran şəxslər sənə hücum edərək qanını axıdacaq, ehtiramını sındıracaq, ailə-uşaqlarını əsir edəcəklər. Elə buna görə də, Allahın Bəni-Üməyyəyə qəzəbi tutacaq, onları lə`nətə düçar edəcəkdir. Yerlər və göylər sənin matəminə qan ağlayacaq. Hətta vəhşi heyvanlar və dəryadakı balıqlar da, sənin üçün ağlar.»247



4- İmam Səccad (ə)

Kərbəla vaqiəsində iştirak etmiş Həzrət Səccad (ə) hər vaxt suyu gördükdə ağlayır və Aşura şəhidlərini yad edirdi. Su içərkən «Necə mən rahat su içim, bir halda ki, Peyğəmbərin (s) övladını susuz şəhid etdilər»- deyə ağlayardı.248

İmam Sadiq (ə) Zürarəyə belə buyurdu: «Babam Səccad (ə) Hüseyn ibn Əlini (ə) xatırlarkən, o qədər ağlayardı ki, saqqalı göz yaşı ilə tam islanardı. Onun ağlaması ətrafdakıları da, ağladardı.»249

İmam Səccaddan (ə) «artıq ağlamağın sonu çatmadımı?» Deyə soruşduqda, o, belə cavab verdi: «Yaqub peyğəmbərin (ə) on iki oğlu var idi. Allah-taala onun birini (Yusifi) Yaqubdan uzaq saldı. Yusif ölməmişdi. Amma Yaqub (ə) peyğəmbərin gözləri onun ayrılığına ağlamaqdan kor oldu. Mənim isə gözlərim önündə atam, qardaşlarım, əmim, 17 nəfər yaxınlarım və atamın səhabələri bir gün ərzində qətlə yetirildi. Başları bədənlərindən vəhşiliklə ayrıldı. Siz isə mənim qəm-kədərimin sona yetməsinimi gözləyirsiniz?»250

Başqa bir hədisdə isə buyurur: «Necə ağlamayım, atamı elə bir şeydən (sudan) məhrum etdilər ki, bütün heyvanlar və yırtıcılar üçün belə, azad qoyulmuşdu!»251

5-İmam Baqir (ə)

İmam Məhəmməd Baqir (ə) Həzrət Hüseynə (ə) ağlamaqla yanaşı əzadarlıq mərasimləri də keçirərdi. «Hüseyn ibn Əli (ə) mənim amalımdır»-deyə buyuran Məhəmməd Baqir (ə) müsəlmanlara hər Aşura günü əzadarlıq mərasimləri keçirməyə, bir-birlərinə baş sağlığı verməyə əmr edərdi. 252 Ərəb şairi Kumeyt Aşura musibəti haqda qəmli şe`rlərdən birini, İmam Baqirin (ə) yanında oxuyarkən, «Hüseyni susuz öldürdülər» dedikdə, o həzrət ağlamağa başladı. Çox ağladıqdan sonra isə Kumeytə buyurdu: «Əgər bu şe`rinin dəyərincə pulum-malım olsaydı hamısını sənə verərdim. Amma bu şe`rin dəyəri Peyğəmbərin (s) Həssan ibn Sabitə verdiyi xeyir-duadır!»253



6- İmam Cəfər Sadiq (ə)

İmam Musa Kazim (ə) buyurur: «Məhərrəm ayı gəlib çatdıqda atamı (İmam Sadiqi (ə) ) gülən halda görməzdik. O qəmli və kədərli olur, ağlayırdı. Aşura günü isə daim göz yaşı tökərək, buyururdu: «Bu gün babam Hüseynin (ə) şəhid olduğu gündür.»254

Müaviyə ibn Vahab Aşura günü İmam Sadiq (ə) -ın yanına gələrkən, onun səcdə halında dua edərək ağladığını gördü. İmam (ə) ona buyurdu: «İbn Vahab! İstər uzaqda, istər də, yaxında olursan ol, Hüseyni (ə) ziyarət et! Qəmli ol, ağla.» Elə bu vaxt İmam (ə) özü də ağlamağa başladı. Biz o günü birgə, kədər-qəm içində bitirdik.»255

İbn Quləveyh deyir:

«İmam Sadiqın (ə) yanında Hüseynin (ə) adı çəkildiyi zaman, onun gülümsədiyini əsla görmədim.»256

7- İmam Musa Kazim (ə)

Həzrət Rza (ə) buyurur: «Məhərrəm ayında atam Musa Kazim (ə) gülməz, kədər yaşayar, Aşura günü isə ağlayaraq əzadarlıq edərdi.»257



8- İmam Rza (ə)

İmam Rza (ə) da, digər imamlar kimi Aşura musibətinə ağlamış, hətta şairləri də, mərsiyələr, növhələr söyləməyə əmr etmişdi. Debel Xüzainin iştirakı ilə keçirdiyi əzadarlıq mərasimləri buna nümunə ola bilər. 258

Həzrət Rza (ə) buyurur: «Aşura günü bizim göz qapaqlarımız çox ağladıqlarımıza görə yara olur.»259 Başqa bir hədisdə isə buyurur: «Könlündən hansısa məzluma ağlamaq keçirsə, onda Hüseynə ağla.»260

9- İmam Cavad (ə), İmam Hadi (ə), İmam Həsən Əsgəri (ə)

İmam Cavadın (ə) yaşadığı dövrdə Aşura əzadarlığı heç bir maneə olmadan və aşkar şəkildə təşkil olunurdu. Amma İmam Hadinin (ə) müasiri olan dövrün xəlifəsi Mütəvəkkil, olduqca qəddar və məkrli bir adam idi. Əhli-beytə (ə) düşmən kəsilmiş bu adam, Hüseyn (ə) aşiqlərinin qanına susamaqla bərabər, İmam Hüseynin (ə) qəbrini dağıtdırıb, yerlə-yeksan etdirmişdi. Hətta qəbrin ətrafında keşikçilər qoyub, oranı ziyarət etməyə gələnləri həbs etməyə əmr vermişdi. Bu acınacaqlı vəziyyət İmam Həsən Əsgərinin (ə) zamanına qədər davam etdi. 261 İmam Həsən Əsgəri də, başqa mə`sumlar kimi açıq şəkildə əzadarlıq mərasimləri qura bilmiş və müsəlmanları buna də`vət etmişdir. Aşura müsibətinə xüsusi dəyər və ehtiram qoyan İmamımız Şaban ayının 3-də Böyük Yaradana belə müraciət edir: «İlahi, səni and verirəm bu gün dünyaya gələn Hüseynin (ə) haqqına ki, hələ doğulmamışdan öncə yer-göy əhli onun yasına ağladı. O, göz yaşları şəhidi və öz nəslinin böyüyüdür...»262



10- İmam Sahibəz-zaman (ə. c. )

Dünyanın xilaskarı olacaq İmam Sahibəz-zaman (ə. c. ) buyurur: «Ey babam (Hüseyn (ə))! Zaman məni sənin zamanından sonraya atsa da, sənə kömək etmək və düşmənlərinlə döyüşmək mənə qismət olmasa da, gecə-gündüz sənin müsibətinə sızlayır göz yaşı yerinə qan ağlayıram...» 263



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin