Türkcədən çevirən: Aslan Quliyev
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Tövbəçilər
Nə ev, nə ocaq, nə oğul, nə də uşaq…
Həyatda əl atıb tuta biləçcəkləri bircə ümid yerləri də qalmamışdı. Dünya yansa içində ya-
nacaq bir bağ otları yox idi. Əllərinə keçəni yeyərdilər. Evdən eşikdən qovulmuş, həyatdan əllə-
rini üzmüş, ömrü ara yerlərdə keçən dörd dostdu onlar.
Qaranquşlar göy üzündə həyəcanla fırlanmağa başalyanda hər biri bir tindən çıxıb gələrdi.
Axşama qədər nə qazanaralarsa, ortaya qoyardılar, «Üç şüşəmi, beş şüşəmi?» aralarında mübahi-
sələşər, sonra razılaşıb Duranın şərab dükanına yığışardılar.
Hər biri bir şüşə alma şərabı, bir qutu «qərib öldürən», bir az da ağ ləbləbi alar, taxıl satan-
ların olduğu ara küçəyə gedərdilər. Ordakı tərk edilmiş viranə bir evin, ayaqda qalan çardağında
qurduqları süfrədə yıxılana qədər içər, sonra hərəsi bir küncdə uzanardı.
Qədir yay-qış meyvəsatanlar bazarında gözlərdi. Tərəvəz gətirən yük maşınlarının bütün
yükü onün çiyinlərində daşınardı. Zəif, cılız bədəni hər gün tərəvəz-meyvə yeşiklərinin altında
əzilərdi. Yükün ağırlığını gözləriylə bildirər, dizləriylə hiss elərdi zavallı. Arxasındakı yeşiklər
həddən artıq ağır olanda gözləri bəbəyindən çıxacaqmış kimi bərələr, yorğun dizləri titrərdi. Din-
cəlmək üçün işə ara verəndə axşamdan bəri ciyərlərində alovlanan yanğını söndürmək üçün ağzı-
nı kranta dayayıb dayana-dayana su içər, ağzını əlinin arxasıyla sildikdən sonra bir siqaret yan-
dırar, uca səslə deyərdi:
- Aaah! Aaah! Fələk ilə aramız düzəlmədi…
Hacı dən-taxıl satılan bazarda durardı. Kənd adamlarının gətirdiyi buğdanı, arpa, noxud və
mərcini gah ambara daşıyar, gah ambardan dükanın qabağına gələn yük maşınlarına yükləyərdi.
Arxasında çüvalla ambardan çıxarkən toz dolmuş ciyərləri çölə çıxacaqmış kimi öskürürdü. Ata-
sını kiçik yaşlarında itirmişdi Hacı. Anası da bir başqası ilə evləndiyindən, onu babası böyütmüş-
dü. Babası da öldüyündən uşaq sayılacaq yaşda ortada qalmışdı. Arxasındakı kisələrlə kamyo-
nun kuzovuna söykənmiş qatlama nərdivanlardan iki qat olub çıxar, yükünü boşaldandan sonra
belini düzəldib dikələrdi. Ağzından düşməyən bir söz vardı:
- Vurma, fələk, vurma, mən baba yetimiyəm…
Bəzən onu : «baba yetimi hardadı, baba yetimi gəldimi?» deyə arayıb soruşardılar.
Qüdrəti axtaranlar isə onu qəssablar bazarında, bələdiyəyə haqq verməmək üçün heyvanları
oğurluq kəsən qəssabların çardağında tapardılar. Yarım saat içində bir qoyunu yerə yıxıb kəsər,
dərisini soyar, ciyərini, dalağını, qolunu, budunu ayırardı. Qəssablar bazarına ət almağa gəlib də
Qüdrəti tanımayanlar onu görüncə qorxar, yollarını dəyişərdilər. Əli bıçaqlı olurdu, üst-başı da
qan. Yaralı barmaqlarından sarğı əskik olmazdı. Boş vaxtlarında cibində gəzdirdiyi bülövünü
çıxarar, sümük saplı bıçağını itiləyrdi. Bıçağını itiləyərkən həmişə eyni türkünü oxuyardı Qüdrət:
Bəybazarı məskənimiz, elimiz,
Kim bilir harda qaldı ölümüz…
Sevda oxu dəymiş, bir könlü yaralıydı Heydər. Yük maşınının sürücüsüydü o. Iş olanda üç-
beş günlüyə ortadan yox olur, uzun yolları qət eləyib sonra gələrdi. Yeni səfərə çıxınca hər ax-
şam viranəyə gələr, içib-içib ağlardı. Heydər Dəstəgülü sevirdi, həm də dəlicəsinə sevirdi. Dəstə-
gül də bir Almaniyada olanla evlənincə: «Bu həyat mənə ölümdən artıq dərd olur», deyib özünü
bir burulğana buraxmışdı Heydər. Fələklə ayrı bir hesabı vardı. Gecə saat on ikidən sonra mə-
həllədən yanıqlı, əzgin bir səslə, sözləri zəhər kimi bir türkü söyləyələk keçərsə, Heydərin uzun
bir səfərdən döndüyünü anlardı hər kəs. Heydər Dəstəgülün evinin yerləşdiyi küçəyə girəndə kü-
çənin başındakı tut ağacının dibindəki qara daşın üstündə oturar, o məşhur türküsünü oxuyardı:
Başımda qızıl tacım
Həm susuzum, həm acım
Yarımı mənə verin
Qalanı anam, bacım
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Hacı, Qədir və Qüdrət yayda gözdən uzaq yerlərə çəkilib gecələrdilər. Qışda da stullar üzə-
rində, ya da tikintilərdə yatardılar. Yatmağa yer tapmayanda da bazar yerindəki piştaxtaları bir-
birinə yaxınlaşdıraraq bu müvəqqəti daldanacaqda gecələyərdilər.
Heydərin atadan qalma bir evi var idi. Taxta pilləkənləri qabarmış, torpaq damı çökmüş bir
evdi. Yalnız anası qalırdı evdə. Səfərdən dönəndə anasına baş çəkər, sonra yenidən yoxa çıxardı.
Anasının sızlayıb ağlamasına dözə bilmədiyindən evdə qərar tuta bilməzdi Heydər.
Anası qapı-qapı dolaşıb duaçılara-pitiçilərə min ümidlə yazdırdığı duaların suyundan içirt-
mək üçün Heydərin yolunu səbirsizliklə gözləyərdi. Heydər evə gələr gəlməz, əlində dua oxun-
muş bir stəkan suyla qarşısını kəsər, səylə bisimillah deyər, stəkanı Heydərə uzadardı:
- Bunu bir iç, qurbanı olduğum, çox savadlı xocaymış Musa Əfəndi, ona oxutdurmuşam…
Heydər də hər dəfə əlinin arxası ilə stəkanı itələr, deyinərdi:
- Əl çək ana! Qurbanın olum, əl çək! Mənim ürəyimin fərmanı oxunub.
- Içən kimi unudacaq, Xoca Əfəndi deyirdi. Bir nurlu üzü var ki… Iç qurbanı olduğum, bir
udum iç.
Kimsəyə istisi-soyuğu olmazdı onların. Kimsənin azında-çoxunda gözləri yox idi. Hər biri-
nin könlündə ayrı bir yara, hər birinin fələklə ayrı bir hesab var idi. Yayda elə də çətinlikləri ol-
mazdı, amma qışda pərişan olardılar. Onların vəziyyətini bilən qəsəbə əhli əllərindən gəldiyincə
yardım edər, başlı-başına buraxmazdılar. Özlərini də ələ almaları üçün bolluca nəsihət verərdilər.
Amma heç biri nəsihətlərə qulaq asmaz, axşama qədər qan-tər içində qazandıqlarını gətirib Dura-
na verərdilər. Qışda iş olmayanda Duranın qapısına gəlib yalvarar, özlərini zamin qoyub nisyə
şərab alardılar.
Gördürməyə bir iş olmayanda kimsə axtarıb aramazdı onları. Heydər uzun zaman evə get-
məyəndə Heydərin anası dəli kimi dolanardı viranənin ətrafında. Zavallı qadın: «Içimə bir şübhə
düşdü, dolaşıq bir yuxu gördüm. Əcaba Heydərim yolda-çöldəmi qaldı?» - deyə iki qat olub gə-
lərdi viranənin qabağına. Çardağın küncünə qədər yaxınlaşıb qulağını Heydərin səsinə verərdi.
Soruşmağa qorxardı. Heydər görsə, ona hirslənərdi. Heydərin səsini eşidincə əllərini havaya
açar, yalvarardı:
- Evlad acısı göstərmə, ya rəbbi, çox şükür, oğlum sağ. Içərsə də qoy içsin…
Heydərin səsini duyan qadın gecənin içində bir xəyal kimi yoxa çıxar, iki qat olub gedərdi.
Evə dönərkən dizlərinə döyə-döyə ağlar, qarğış elərdi:
- Sebep, məzarında bayquşlar ulasın. Bir saçı kəsiyi qabağa verib oğlumun başını pozdular.
Eviniz yıxılsın, dünyanız qaralsın.
Bir gün Hacının ölməsi xəbəri kafeləri çalxalandırdı:
- Hacı ölüb, cəsədi də yoxa çıxıb…
- Yəqin öldürüblər. Neçə gündür, kimsə görməyib.
- Çox içib, bir daha ayılmayıb.
- Deyirlər, donub olüb, buz bağlayıbmış.
Kimi donub öldüyündən, kimi yoxa çıxdığından, kimi də içib zəhərləndiyindən danışdı.
Hacını qəsəbənin bazar yerində yarı donmuş halda tapmışdılar. Ölməmişdi. Xəstəxanada
bir neçə gün yatandan sonra «baba yetimi» xəstəxanadan çıxıb gəldi.
«Allah öldürməsə öldürməz», deyə bir müddət gəzib dolaşdı.
Bu hadisədən sonra: «Allahın yaratdığı qul deyilmi bunlar? Küçədə ölsələr, Allah bizdən
də sorar. Bunların başlarını soxacaq bir yer hazırlayaq» deyən Əli dayı Bələdiyyə Başçısını razı
saldı.
Bələdiyyə taxtadan üç daxma tikdirdi. Içərisinə yatacaq da qoyub, daxmaların açarlarını
verdi bunlara. Artıq başlarını soxacaq evləri var idi.
Qəsəbənin gəncləri daxmaların hər birinin üzərinə boya ilə yazılar yazmışdılar.
«Diqqət! Qədir var!»
«Hacı çıxa bilər!»
«Qüdrətistan: Əhalisi 1, dəniz səviyyəsindən yüksəkliyi 956»
Bir səhər göyərti satan Kərim ağa Hacını dükana çağırdı. Çay gətirtdi, siqaret verdi, bir
müddət nəsihət verdi.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
«Bu gün iki maşın gələcək,arpa ilə dolu, daha iki adam tap, tez boşaldın maşınları», - dedi.
Hacı əvvəlcə qəssablar bazarından Qüdrəti, sonra da tərəvəz bazarından Qəribi tapıb Os-
man ağanın dükanına gəldi.
Dükanın qabağına bir yük maşını yaxınlaşmışdı. Içəridə bir adam oturmuşdu. Bu adam tez-
tez gəlirdi, Kərim ağanın dostu olan bir tacirdi. Yenə arpa almağa gəlmişdi. Yaşıl bir təkkəsi, si-
nəsinə qədər uzanmış uzun qara saqqalı var idi. Əyninə geniş şalvar və dizlərinə qədər düşmüş
qolsuz bir jilet geymişdi. Bir əliylə saqqalını tutmuş, digər əliylə iri dənəli təsbehi şaqqaşukla
çevirir, təsbehi çevirərkən dodaqları xəfifcə qımıldanırdı.
Maşın yüklənərkən Kərim ağa və qonağı işləyənləri seyr eləyirdilər. Kürəyində öz ağırlığı-
na yaxın ağırlıqda olan bir çuvalla ambardan çıxan Hacı növbəti öskürək tutumasına tutulub çu-
valla birlikdə yerə yıxıldı. Kürəyinə vurdular, əlini-üzünü yudular, su içirtdilər Hacıya. Nəfəsi
tükənmiş, gözlərinin ağı qırmızı olmuşdu. Dincəlməsi üçün bir küncdə oturtdular.
Tacirin qəlbi ağrımışdı, bir müddət oturduğu yerdə donub qaldı, sonra Kərima ağaya tərəf
dönüb soruşdu:.
- Bunun uşağı-zadı varmı?
- Yox, - dedi Kərim ağa, hər üçü haqqında uzun-uzadı danışdı.
- Bunlardan Piri də var, - dedi, - yük maşınının sürücüsüdü o. Səfərdə deyilsə, axşamüstü
gələr buralara, bəlkə də hardasa ilişib qalıb.
Tacir qaşlarını çatıb, səsini yüksəltdi: «Kərim ağa, bunlar yazıqdılar. Hər ay şeyxin yanına
gəlirsiniz. Bəs bunları niyə götürüb gətirmirsiniz? Şeyxin belə neçə adamı müalicə edib doğru
yola qaytardığını eşitmədinizmi? Necə sərxoşluğa mübtəla olanların Şeyxlə tanışlıqdan sonra
əlində təsbeh çəkdiklərini, neçə yolunu azmışların evinə-ocağına dönüb, arvad-uşağının dolanı-
şığı üçün halal yolla pul qazandığını görmədinizmi? Bunların babalı bizim boynumuzda deyə
Allahdan qorxmazsınızmı? Heçmi vicdanınız sızlamadı? Bu adamları qurtarmağın bir yolunu
niyə axtarmırsınız? Bir yolunu tapıb Şeyxin yanına aparın bu zavallıları. Tövbə qapısı daima
açıqdır. Şeyx Allahın izniylə bunları qurtarar».
Yük maşını yüklənmişdi. Kərim ağa ilə vidalaşan tacir: «Eyvallah! – dedi. – Kərim ağa,
söylədiklərmi unutma, günahdır».
Kərim ağa bir müddət tacirin dedikləri haqda düşündü. «Adam düzünü deyir, bunların ehti-
yacı olanda qarınlarını doyurmaq, bir parça çörək, bir qutu siqaret almaq çarəmi? Bir çarəsi var-
sa, bu niyə ağlımıza gəlmədi, bəlkə Şeyxin bir köməyi dəyəcək, bəlkə bir səbəb olar. Bir yolunu
tapıb bunları Şeyxin yanına aparmaq lazımdır. Apararıq, düzəlməzlərsə, heç olmaya şəkdən dü-
şərik. Heç olmasa vicdan əzabından qurtararıq» özü-özünə dedi. Oğullarını qoydu onların yerinə.
«Allah iraq eləsin!» dedi və axşamüstü camaatın irəli gedənlərini evinə çağırdı.
Kərim ağa o axşam evinə gələnlərə olanları anladınca hamısı ona haqq verdi: «Adam düz
deyib, haqlıdı» dedilər.
Heydər yeni səfərdən dönmüşdü. Nə lazımsa alıb viranənin çardağına topladı dostlarını.
Pamidor, pendir, ağ ləbləbi. Məzələri qabaqlarına düzdülər, sonra da yavaş-yavaş içməyə başla-
dılar.
Şüşələr əskildikcə dünyanın rəngi də dəyişməyə başlayırdı. Viranənin çardağından ara-sıra
gülüşmələr, qəhqəhələr yüksəlirdi. Mülayim bir yaz axşamıydı, əkin-biçin zamanı olduğundan
küçələrdən əl-ayaq çəkilmişdi. Belə axşamlarda «Pirimiz» dedikləri Heydər danışır, digərləri
onun ağzına baxaraq dinlərdilər. Heydər sinəsini arıtlayıb dərin bir ah çəkdi, üzünü turşudaraq
içdiyi şərabın şüşəsini dizinin yanına qoyub sözə başladı:
- Dəyirman iki daşdan, məhəbbət iki başdan, uşaqlar. Mən qəlbində deyildim ki, «Özümü
asaram, ölərəm, amma getmərəm» deyə ayağını yerə vermədi Dəstəgül. Saçından sürüyüb apar-
madılar ki… Getdiyi oğlan bir adam ola, ürəyim yanmazdı qardaşlar, üç qoyunu buna etibar elə-
yib çoban saxlamazsan qapında. Vayy! Dağılasan, Almaniya, soldurdun Dəstəgülümü….
- Pirim, anası, nə elədisə, anası elədi. Mən bilməzmiyəm? Qızın könlü səndəydi.
- Denən anası, o boz ilan ağlını çaldı. Məni belə boynu bükülü qoydu. Aramızda bir qarati-
kan kimi bitdi. Aaah! Kərəm kimi yandı bağrımın başı! Mənə qulaq asın, yadınızda saxlayın.
- Buyur, qurban, nə dedin ki, eləmədik?
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Sizdən əvvəl ölsəm iki əlim yaxanızda… Hüseynin bağından bir ovuc torpaq gətirib səpin
qəbrimin üstünə. Onsuz da mən sizdən əvvəl öləcəyəm. Yollara çıxınca Dəstəgülün xəyalı gözlə-
rim önündən getmir. Vayy! Zalımın bir qızı var! Mənmi maşını aparıram, maşınmı məni aparır,
məlum deyil. Bir gün bir dərəyə yuvarlanaram, amma nə zaman…
Heydər şüşəni başına çəkdi.
- Qızın könlü səndəydi, - Qüdrət dedi, - elin qızı gəlib sənə yar olan deyildi ha, götürüb qa-
çırmadın. Haydı desən, yolunda ölməzdikmi?
- Yaramı eşmə, Qüdrət. Yaramı eşmə! Götürüb qaçırmaq asandımı? Yetim quzudan qoç
olarmı? Qoç igidə arxa gərək, el gərək. Götürüb qaçarmaq üçün arxan dayağın olmalıdı dedi və
oxumağa başladı Heydər.
Sevdiyim qız gəlin olmuş
Mənim deyil, elin olmuş.
Heydərin oxuduğu mahnı yanındakılara bir laylay kimi gəldi, göz qapaqları enməyə başla-
dı, şüşələri tutan əlləri boşaldı, tək-tək yuxuya getdilər oturduqları yerdə.
Heydərin başı çox dumanlandı. Harda olduğunu bir anlığa bilə bilmədi. Gözlərini önünə
dikdi, gözlərini qırpmadan baxırdı.
Gələn Dəstəgül idi. Əfil-əfil əsən saçlarını çiyinlərinə töküb sudan gəlirdi Dəstəgül, o da
Heydərə baxırdı. Bir az sonra Dəstəgül əl elədi, Heydəri çağırırdı. Heydər dikəldi, əllərini dizlə-
rinə dayadı, amma yerindən qalxa bilmədi. Şərab minlərcə kiloluq bir ağırlıq asmışdı göz qapaq-
larından. Gözləri yumulurudu, amma Dəstəgülü daha bir az görməyə çalışırdı. Az sonra Hacının
başı dizləri üstə düşdü. Əllərini sinəsi üstə möhkəmcə çarpazlayıb yuxuya daldı.
Kərim ağanın adamları tez xəbər çatdırdılar. Bir avtobus yaxınlaşdı viranənin qapısına.
Maşından dörd cavan oğlan düşdü. Viranənin çardağında uyuyan dostları odeyalların arasına
qoyub avtobusa mindirdilər. Yatarkən bir yerdən götürülüb başqa yerə aparılmağa alışmış dostlar
bundan elə də rahatsız olmadılar. Avtobusun içində də dərin yuxuya dalmışdılar.
Avtobus son dayanacağa gələndə günortaçağı idi. Cavanlar dostları oyatdılar.
Tanımadıqları bir yerdə, alışıq olmadıqları bir məkandaydılar. Birbirləriylə baxışırdılar. Olub
keçənlərə heç bir anlam verə bilmirdilər. Onları bura kim gətirmişdi? Hardaydılar?
Müridlər qollarına girib onları bir otağa gətirdilər. Yeni paltarlar və camaşır verdilər, hama-
mı göstərdilər. Hamamdan çıxanda üzlərinə bir işıq gəlmişdi. Gözlərinin ifadələri də dəyişmişdi,
hələ də nələr olduğunu başa düşmürdülər, ətraflarına və bir-birlərinə baxıb dururdular.
Günəş yavaş-yavaş batarkən bir neçə mürid qollarına girib onları şeyxin hüzuruna apardı-
lar. Bir növ günahkar kimiydilər, şeyxin qarşısında büzüldükcə büzülürdülər.
Bəmbəyaz paltarlar geymiş şeyxin bəmbəyaz saqqalı vardı. Gülümsəyəndə üzündə güllər
açan bir ixtiyarla baş-başa qaldılar. Büsbütün döşənmiş otağın içərisinə süzülən günəş şüası gü-
müş sinidən şeyxin üzünə doğru yönəlir, o tərtəmiz üzü aydın bir ifadəyə boyayırdı. Otaqdakı
bütün əşyalar işım-işım işıldayır, onların gözləri qamaşır, şeyxə baxa bilmirdilər. Xəyali bir
aləmdəydilər, sanki böyük bir boşluğa qərq olmuşdular. Şeyxin gözlərindən saçılan işıq onları
əhatə eləyən bir aydınlığa döndü. Dərindən gələn təsirli və sehirli səs sanki başqa bir aləmdən,
qeybdən gəlirdi, onların qulaqlarında xoş nəğmələr kimi səslənərək otağa yayılırdı. Şərabın təsiri
ilə başlarının dumanlandığı vaxtda duyduqları həzdən başqa bir həzz varlıqlarına hakim kəsilirdi.
O an bir uçuruma yuvarlanırdılar. Başları yerə, ayaqları göyə doğru hərəkət eləyir, sonra boşluq-
da aramsız olaraq dönürdülər. Deyilənləri dinlədikcə qəlbləri çırpınırdı və bir əl keçmişləri ha-
fizələrindən silirdi. Susadıqlarını hiss eləyirdilər, ciyərləri yanırdı, görmədikləri bir əl su içirdirdi
onlara. Boşluqda fırlandıqca sürətləri artır, yıxılacaqlarından qorxurdular. Söylənənləri dalğın-
dalğın dinlərkən bədənləri kiçilir, gözləri yumulurdu. Oraya yıxılıb dərin bir yuxuya dalmaq istə-
yirdilər.
Qarşılarında ahənglə danışan adam birdən susdu. Sonra səsin rəngi dəyişdi. «Evladlarım,
tövbə qapısı həmişə açıqdır. Tövbəni min dəfə də pozsan yenə gəl, övliyalar övliyası belə deyib.
Ancaq Allahın bizə bəxş elədiyi ağıl və iradə hər şeyin üstündədir. Allah şübhəsiz bizə yaxşı ol-
mağı əmr elər. Iradənizə sahib olun və Allahı zikr eləməkdən geri durmayın. Əsil sərxoşluq onu
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
zikr eləyərək vəcdə gəlməkdir. Evladlarım, dualarım sizinlədir. Yaxşı olan işləri görün, pislik-
dən, azğınlıqdlan uzaq olun. Allah yolunuzu açıq eləsin, haydı salamatçılıqla gedin».
Qalxıb şeyxin əllərini öpmək istədilər. Şeyx əlini vermədi. Gülümsədi, hər birinin kürəyini
sığalladı. Hamısının da kürəyi yandı o an, bir atəş düşdü içlərinə.
Bir həftə sonra hamısı əvvəlki yaşayışları ilə aralarında qalın bir divar hörərək gəldilər.
Hər kəs yenə eyni işdə çalışırdı. Hacı meyvə-tərəvəz bazarında, Qüdrət qəssablar bazarın-
da, Qədir taxıl bazarında, Heydər uzun yollarda. Amma hamısı da boş vaxtlarında əllərində təs-
beh dərslərini tamamlayır, nəfslərinə hakim kəsilirdilər.
Qəsəbə adamları onlardakı bu dəyişikləri görür, bir şey başa düşə bilmirdilər. Şərab düka-
nının sahibi Durandan başqa hər kəs bu işə səbəb olanlara dua eləyirdi.
Heydərin anası: «Məni o qapıya aparın, qalan ömrümü şeyxin qapısında xidmətçiliklə keçi-
rim. Çox şükür, oğlum qurtardı!» deyir, baqqaldan aldığı şəkərləri məhəllənin uşaqlarına bağış-
layırdı.
Xəbər tezliklə bütün bölgəyə yayıldı. Oğlundan, ərindən dərdli olan qadınlar gizlicə Kərim
ağanın dükanına gəlir, yalvarıb-yaxararaq öz oğullarını, ərlərini də ora aparmasını xahiş eləyir-
dilər.
Ilk həftələrdə şeyxin nurlu üzü dörd yoldaşın gözləri önündən çəkilmirdi. Əllərindəki təs-
behlər xoş bir ahənglə şak-şukla çevrilir, dillərindən dualar yağırdı. Nə vaxt axşamlar ayaqları
iradələrinin ziddinə olaraq hərəkət eləsə, ağappaq saqqalı və əmredicə səsiylə bir ixtiyar dururdu
gözləri önündə: «Allahı zikr etməkdən dayanmayın, əsl sərxoşluq onu zikr eləyərək vəcdə gəl-
məkdir».
Ayaqları onları başqa bir yerə apararkən şeyxin təsirli səsini eşidirdilər, «Tövbə!» deyib
yollarını dəyişdirirdilər.
Günlər, aylar keçdikcə şeyxin üzü uzaqlaşdı onlardan. O təbəssüm bulanıqlaşdı, o nurlu üz
donuqlaşdı. Qüdrət, Hacı və Qədirin o xəyali hava, o mənəvi dünya ilə aralarındakı məsafə ged-
gedə uzaqlaşırdı. Dərsləri yarımçıq qalır, axşam olunca ağızlarında hiss elədikləri o ləzzətli dad
onları çağırırdı.
Bir neçə aydan sonra Qüdrət, Hacı, Qədir şərabçı dükanına gəldilər.
- Dilimiz-damağımız qurudu, Duran ağa, tövbəsi batsın!
- Şeyx bizi tələbəyə çevirdi, dərs ha dərs.
Qüdrət, Hacı və Qədir tövbəni pozub mey-məzəni alaraq viranənin yolunu tutdular.
Duran ağa əllərini ovuşdurur, gizlin-gizlin gülürdü.
Qəsəbədə bir xəyal qırıqlığı oldu. Kimisi dizlərinə vurub «Qurtarmışdılar, heyif oldu» dedi,
kimisi də: «It yeməyə tövbə edərmi?» dedi.
Əməllicə uzatdığı qara saqqalları və əlində təsbehi ilə uzun bir səfərdən döndü Heydər.
Anasının əlini öpüb, evə lazım olan şeyləri aldı. Əlinə-üzünə qan gəlmiş, bət-bənizi ağarmışdı.
Əynində şıq bir kostyumu vardı. Axşama doğru pencəyini çiyninə atıb çarşıya getdi.
Anası ardınca dua eləyirdi:
- Səbəb olanlar nur içində yaşasınlar, Allah mənə bu günləri də göstərdi. Itlərlə çörək yeyə-
rəm…
Çarşıda Heydəri görənlər gizlincə bu bəd xəbəri verdilər. Heydərin beyninə qan vurdu.
Birbaşa viranəyə getdi. Üçü də ordaydı, şərab içirdilər.
Heydəri ilk öncə Qədir gördü:
- Vaay! Pirim, tövbə qapısı bağlanmadı ki! Gəl sən də iç, yenə tövbə elərik, - dedi.
Hacı:
- Heydərim, sənin ağ saqqallın demədimi, tövbəni min kərə pozsan da, yenə gəl. Qorxma,
gəl içək, - dedi.
Qüdrətin başı yerdəydi, səsini çıxartmadı.
Heydər neyləyəcəyini bilmirdi. Nəsihət eləyə bilmirdi, bir neçə ay öncə özü də eyni hal-
daydı. Bir şey söyləməyə dili gəlmirdi. Qabağındakı şəraba və məzələrə baxdı. Boğazında bir
yanma duydu, ağzına qəribə bir dad doldu. Damarlarında qanın sürətləndiyini hiss elədi. Sonra
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
həmən o gün otağa yayılan təsirli səsi duydu birdən, diksindi, üzünü bürüşdürdü. Hirslə geri dön-
dü, kafeyə doğru getdi.
Üç dost Heydərin ardınca bağırıb gülürdülər.
- Heydər, kimsəyə demərəm, gəl otur, iki qədəh iç.
- Heydəəəəəər! Bildir bundan yaxşıydın. Sənə nə oldu qurbanı olduğum?
- Heydəəəəəəəəər! O şeyx səni səni yoldan çıxartdı, ged. Bir də şeyxə görün, dua oxusun
sənə.
Üçü birdən Heydərin arxasınca oxumağa başladılar.
Sofular haram demiş bu aşqın badəsinə
Mən doldurar, mən içərəm, günah mənim, kimə nə
Ooooooof! Heydər, Heeeydəər, kiiimə nəəə…
Ardına baxmadan qaçırmış kimi ordan uzaqlaşdı Heydər. Dostlarından heç qaçmamışdı. Bu
ilk qaçışıydı. Narahat, yorulmuş, hüzünlü halda girdə kafeyə. Bir çay gətirtmək istədi, vaz keçdi,
kafedən çıxdı.
Heydər ertəsi sabah içində bir sıxıntı gəldi çarşıya. Hacı yenə öskürərək çuvalları daşıyırdı.
Dözə bilmədi. Ürəyi ağrıdı, için-için yandı. Gözlərindən bir-iki damla yaş süzüldü. Ayrıldı or-
dan. Qəssablar bazarında Qüdrəti gördü. Əli-üzü qan içindəydi. Qoyun dərisini duzlayırdı. Bir az
qabaqda yeşiklərin altında inləyərək gedirdi Qədir. Əlindəki təsbehi sürətlə çevirməyə başladı.
Dostlarını yenə bir yerə yığıb Şeyxin yanına aparmağı düşündü. «Çarə olmaz insanın iradəsinə,
bunlar yenə bildiklərini eləyəcəklər» dedi ürəyində. Çarşı üstünə-üstünə gəlirdi. Bir yuxarı getdi.
Bir aşağı gəldi. Qəsəbəyə sığmırdı. Evə doğru iti addımlarla getməyə başladı.
Axşam evdə darıxdı, sıxıldı. Təzədən çarşıya çıxdı. Bilərəkdən yolunu viranəyə saldı. Ora-
daydılar. Yanlarına getdi. Nə deyəcəyini bilə bilmirdi. Bir yandan da gəlib keçənlərin onu burada
görəcəklərindən narahat idi. Kimi şüşəni uzadır, kimi məzədən yeməsi üçün təkid eləyirdi. Bir
şeylər söyləmək istədi. Söz boğazında düyünlənib qaldı. «Nə gözəl tərgitmişdik bu zəqqumu»
deyə qəlbindən keçirtdi.
Qədir bir qəhqəhə çəkdi və Heydərə doğru döndü.
- Xocalıq eləmək istəyirsən, camiyə get. Qurbanı olduğum, ağzımızın dadını pozma, - dedi.
- Burda yalan dünyanın qıçına iki təpik atırıq, sabah kürəyimizə neçə yumruq dəyəcəyi bəlli de-
yil.
Hacı sözə qarışdı:
- Ay uşaq, cücə yumurtadan çıxdı, qabığını bəyənmədi. Daha dünən məhəllələrdə «Yarımı
mənə verin» deyə ağladığını nə tez unutdu bu? Içib-içib anasını itirmiş eşşək sıpası kimi anqırır-
dı…
Qüdrət:
- Qardaş, kefimizi qaçırtma, - dedi. – Hər gün sənin moizələrinimi dinləyəcəyik? Haydı,
get, artıq. Tövbəni pozmadan da yanımıza gəlmə. Dost ikən düşmən olmayaq.
Ən çox da Qüdrətin sözləri ona təsir elədi Heydərə, neyləyəcəyini bilmirdi. Bir zamanlar
öz anasını belə burdan qovmuşdu. Sərxoşlüğün nə demək olduğunu çox yaxşı bilirdi Heydər.
Çarəsizcə geri döndü, sürətlə ordan ayrıldı. Ardından yenə qəhqəhələr yüksəlir, üçü də növbəylə
Heydərə qışqırırdılar:
- Heydəəər, boğazın qurumuşdur, gəl boğazını islat, qurbaan!
- Poz da gəl Heydəəəəər! Tövbəni poz da, gəəəəəl!
- Heydəəəəəər! Şıx desəm gəl, şah desəm gəlmə!
- Heydəəəər! Tövbəni pozmadan gəlməəəəəə!
- Heydəəəəər! Dəstəgül qəsəbəyə gəlib!
- Heydəəəəəər! Hahhahahahaaaaaaaa!
- Heydər! Heydəəəəəər! Biz içərik, kiiiimə nə!
«Dəstəgül qəsəbəyə gəlib!» cümləsi bir qurğuşun kimi saplandı Heydərin ürəyinə. Almani-
yada olanların məzuniyyət fəsliydi. Heydər özü özündən soruşmağa başladı. «Birdən qarşıma çı-
xarsa, yenə sallanıb gedərsə, yenə oğrunca anamın yanına gəlib «Heydər üçün» deyib, bir qutu
siqaret, bir köynək verib gedərsə? Ya çarşıda, bazarda qarşıma çıxıb gözlərini süzdürərsə… Ürə-
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
yindəki yara birdən-birə təzələndi. Bir alovun ortasındaymış kimi narahat, mənasızcasına ora-bu-
ra vurnuxmağa başladı. Başını bürüyüb günlərcə yatmaq istəyirdi. Evə özünü zorla çatdırdı Hey-
dər. Gecəni bir yorğan kimi çəkdi başına.
Ertəsi gün axşama kimii evdən çıxmadı. Axşamüstü geyindi, pencəyini çiyninə atıb çıxdı.
Tut ağacının dibinə gələndə Dəstəgül iki uşağı və əri ilə çıxdı qarşısına. Sifəti ağappaqdı. Yeri-
dikcə saçları əfil-əfil dalğalanırdı. Uca boyuyla görünüşü yel dəyən zəmi kimiydi. Boynunu dik
tutub saçlarını çiyinlərinə ataraq bir baxdı Heydərə!!!! Dizlərinin gözü titrədi Heydərin, birdən
gözləri qaraldı. Özünü ələ almağa çalışdı, iti addımlarla yeridi. Bir əl boynunun kökündən yapı-
şıb onu arxaya doğru dartırdı. Tini dönərkən Dəstəgülün arxasınca son dəfə baxdı. Dili, düşüncə-
ləri, yaddaşı, beyni tutulmuşdu. Bir şey xatırlamır, danışmır, düşünə bilmirdi.
Qəsəbəni bu başdan o başa addımladı, başı qabaqda getdi. Qəsəbənin son evləri də arxasın-
da qaldı. Hava artıq qaralmışdı. Gənclik illərindən bu günə gəlməyə çalışır, bir neçə ay öncəki
həyatını düşünür, şeyxin qaşısında gəlib dururdu. Birdən o günkü kimi bir əl hafizəsini silməyə
başladı, təzə keçmişini unutdururdu. Dostlarının yanına gedib gəlirdi. Bir tikan üstündəydi, hansı
yana dönsə bağrı qan olurdu. Bir baxışla ağlını başından alan Dəstəgülün gözlərindəki sirri dü-
şündü bir müddət. «Yandı bağrım, yandı eşqin əlindən» dedi. Çaşqın, dəli kimi yeriməyə başladı,
dönüb çarşıya getdi və yolunu bilərəkdən viranədən saldı.
Dostları ordaydılar. Üçünün da yanında bir şüşə şərab var idi.
- Çıx get işinə, - Qədir dedi, - onsuz da fələklə aramız pozulub.
- Niyə gəldin? – Hacı dedi. – Sən tövbəli deyilmisən?
Qüdrət yenə hüzünlü və səssizdi.
Heydərin gözləri qəzəblə parıldayırdı. Xasiyyətini bilirdilər, dostları susdular. Viranəyə bir
səssizlik çöktü. Birdən Qüdrətin əlindəki şüşəni çəkib aldı Heydər.
- Oğlan… Oğlan, bir daha tövbə elərsəm, tövbələr olsun! – dedi və qırmızı şərabın şüşəsini
çəkdi başına.
Gecə yarısı tut ağacının dibində yenə o səs və o mahnı səslənirdi.
Başımda qızıl tacım, həm susuzum, həm acım.
Heydərin çaşqına dönən anası dizlərinə döyür, əllərini havaya qaldırırmış kimi bir yandan
ağlayır, bir yandan da qarğış eləyirdi.
- Sebep, məzarında bayquşlar ötsün...
Dostları ilə paylaş: |