Türkcədən çevirən: Aslan Quliyev
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Abdal kişisi
Kafedə uğultu, tüstü, sıxıntı…
Birbirinə qarışan daş səsləri, zər səsləri…
Qəzəblə sovrulan yaşıl üçlük, həyəcanla gözlənilən beşlik, havada uçuşan kart kağızları.
Karol, valent, dama…
Masalara gurultu ilə vurulan domino daşları və gülüşmələr, gülüşmələr…
Qarson iki dəqiqədən bir qışqırırdı:
- Altı elə, biri açıııık…
Bir zamanlar bu kafedə mən də eyni ilə bu qarson kimi qışqırırdım:
- Doldur gəlsin, usta!
- Iki dənə süzgəcsiz, çəək!
- Şeytan Bəkir gəlir, bismillah de, salavat çək, usta!
- Koreyalı qazi gəlir, tam super usta!
- Şahan usta gəlir, çayı dəm olsun….
- Patron yenə uduzdu, samovara su tök usta!
Gurultular arasında keçmişdən bir iz, köhnə, tanıdığım, səmimi üzləri axtardım. Yox. Sonra
bir daha göz gəzdirdim. Küncdə oturan bu ixtiyar?! O olmalıydı…
Diqqətlə baxdım.
Kafenin küncündəki taxta stulda ayağının birini altına qatlayaraq oturub, fələyin çiynindən
endirmədiyi qəm yükünü çəkirmiş kimi başını sinəsinə sallayıb qalmışdı. Əlləri vurulmuş bir sər-
çə, yaralı bir quş əlləri, titrəyir, çırpınır… Siqaret tustusundan saralmış bığları çiçək açmış gü-
lümbahara oxşayırdı. Dərin cizgilər içində itmiş sifətində gözləri oyulmuş iki qara nöqtəyə ox-
şayırdı… Pencəyinin cibləri torbalanmış, qoltuğunun altı sökülmüş və ağ sapla çöldən kobudca-
sına tikilmişdi. Qara pencəyin söküyünə ağ sapla vurulan tikişlər, pencəyin söküyünü tutan bir
itin dişləri kimi göstərirdi…
Siqaretindən bir udum də çəkmək istədi və başını qabağa doğru əyərək iradəsindən asılı ol-
mayaraq titrəyən, çırpınan əlini dodaqlarıyla tapdı. Ciyərlərinə çəkdiyi siqaret tüstüsünü kafenin
çirkli tavanına doğru buraxıb, çayını masadan çətinliklə götürdü, bir əliylə aramsız olaraq titrə-
yən başını tutub, digər əliylə stəkanı ağzına apardı…
Bir neçə il qarsonluq elədiyim və illərcə baş çəkmədiyim kafeyə sürgündən qayıtmış birisi
kimi gəlmişdim. Şahan ustanı belə görüncə heyrətləndim. Bədənimdən bir şeylər axıb töküldü,
bir tərəfim uçdu, qəlbimə od düşdü. Şahan ustanın sazında həyata vəsiqə alan türkülər üçün göy-
nədim, alışdım, yandım….
O türkülər ki, bu titrəyən əllərin pərdə-pərdə çaldığı sazda sevdaların əvvəli-axırı olurdu.
Indi bu əllər nə saz, nə mizrab tuta bilir, nə də yol göstərə bilirdi ah çəkən türkülərə. Artık bu əl-
lər pərdələrdə gəzişə, sazı kökləyə bilməzdi. Çöl səmasında parlayan bir ulduz gözlər önündəcə
axıb gedir, sönür, yoxa çıxırdı….
***
Çərşənbə gününün səhərisi Abdallar məhəlləsindən tezdən enər, qarşıdakı caminin adamla-
rından sonra ilk o gəlirdi kafeyə. Içəri girər-girməz də düşərdi atamın üstünə.
«Həsən ağa, ağa da ölür, aşıq da! Axirətdə savab qazanacaq deyilsən ki, qurbanı olduğum!
Üzüm ayağın altına, ağam, mənim üsün bir şorba de».
Şorbanı içib bitirər-bitirməz əliylə çay qarışdırırmış kimi bir işarə verərdi, dəmli çayını gə-
tirirdim.
Çayından bir qurtum içər, bığlarını yuxarıya doğru burar, cami adamlarından Bəkir əmiyə
ilişərdi, aralarında bir söz müharibəsi başlardı.
- O biri dünyaya hansı üzlə gedəcəksən, Bəkir ağa? Acın qarnını doyurmadın, qəzəbini ci-
lovlamadın, ağasan, amma əlin cibinə çatmır, cibini kürəyin tikiblər, qurbanı olduğum. Allah özü
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
bilər, amma yəqin o tərəfdə alovun gur olar sənin. Deməyə də dilim gəlmir, amma cənnət üzü
görə bilməzsən…
Bəkir ağa gülərdi:
- Allah canını almır, qəlbin də üzün kimi qaradır sənin, içinin pasını tökmə yenə. Əsil sən
nə üznən o tərəfə gedəcəksən? Sabah dəftəri sol tərəfindən verərlərsə, nə deyəcəksən? Alnın heç
möhürə dəydimi? Tövbən də qəbul olmaz sənin. Əlli ildir yeyib içir, saz çalıb, türkülər oxuyur-
san. Mən imam olsam, cənazəni yusam, Allah bəlamı versin…
- Mənim dəftərimi sona qədər oxusalar, hər səhifəsindən iki günah çıxar. Raki, toyuq, raki,
toyuq… Onu da yuxarıda şah bilir, aşağıda padşah bilir, odumu başımın qaxıncı? Dəyirmançı
üçün oğurluq günahdımı, qurbanı olduğum? Toyuq onsuz da halaldır, raki üçün də qədəh başına
bir qamçı vursalar, iki ildə qurtararam. Bəs sən neyləyəcəksən?
- Saz çalıb türkü oxuduğun üçün qamçı vurmazlarmı? Başqa bir xeyirli iş görə bilməzdin-
mi, deməzlərmi?
- Kimsənin malını satmadım, Bəkir ağa, saz çaldım. Kimsəyə pis söz söyləmədim, türkü
söylədim. Xətirə dəyib, könül də qırmadlım. Mənim çalıb oxuduqlarım günah hesabından silin-
mişlərdi…
Bəkir ağa söz çatdıra bilməz, həmən geri verər, məni çağırıb pulu uzadardı.
- Bunun qarnı doydu, buna qurğuşun da batmaz, oğlum, al bunu, mənə bir Bafra siqareti al,
birini də bu ağlı çaş olmuşa.
Şaban ağa siqareti cibinə qoyar:
- Ağzınız dadlı olsun, ağalar, Allah sizi başımızdan əksik etməsin, - deyər və çıxıb gedərdi.
***
Toylara kamança Haqverdi ilə gedərdi. Birlikdə çalarkən baxışları ilə bir-birini başa düşər,
sazla kamanı eyni ahəngə salardılar. Hakverdi ilə toylara gələndə qonaqları salamlar, oturar otur-
maz sazını köklərdi. Sazını köklərkən:
«Qurbanı olduğum ağalar, mənim sazım yalan dünya kimidi, əlli ildi kökləyirəm, elə hey
kökdən düşür» deyərdi. Sonra Haqverdiyə tərəf dönüb: «Dilləndir kamanı, dəli oğlan!» - deyincə
saz və kaman qarşılıqlı səs-səsə verərdilər. Haqverdi kamanı inlədib ayaq verəndə, Şahan ustanın
həzin, dumduru səsi dalğa-dalğa yayılırdı çölün axşamlarına…
Açdım pərdəni də, durnanı gördüm,
Dost üzündən artar dərdim, qəmim.
***
O, həyat dolu, söz əhli qoca aşıqdan geriyə yarı canlı ixtiyar qalmışdı. Salam verib, qarşı-
sında oturdum. Başını yırğalayaraq gözlərini üzümdə gəzdirdi.
- Tanıya bilmədim, ağanın oğlu, - dedi, - gözlərim əvvəlki kimi seçmir, yaradanın hikmə-
tindən sual olunmaz, amma gözünü mənə dikdi qurbanı olduğum. Iynə udmuş it kimi titrəyib du-
ruram, görmürsənmi? Kimlərdənsən sən?
- Şahan əmi, mən Həsən ağanın oğluyam. Tanıdınmı? Bu kafenin əvvəlki sahibi…
- Teho, dəli oğlan, sözünə bax bunun, tanımaz olarammı? Avşar bəyini tanımayan aşıq,
cəddini nə bilər, qurbanı olduğum! Elin, aşirətin içində tək idi Həsən ağa. Qışın yük atı kimi do-
lanıb-dolanıb yanına gələr, hirsimizi onun üstünə tökərdik. Allah birini min eləsin, ovucladığı
qum yox, qızıl olsun Avşar bəyinin. Azmı çörəyini yedik, suyunu içdik, hamımzın boynunda
haqqı var. Böyük adam idi Həsən ağa. Könlü dərdindən, insanı halından tanıyardı. Dövran dəyiş-
di, ağanın oğlu, böyük-kiçik bəlli deyil indi.
- Niyə ki, Şahan əmi?
- Səhərin gözü açılan kimi əsaya söykənib güclə gəldim kafeyə, insan arasına çıxım, bir-iki
kəlmə söz kəsim deyə. Məhəllə uşağı «aşıq gedir» deyə məni daşa basdılar. Bir ağlı kəsən çıxıb
uşaqlara acıqlanmadı, qurbanı olduğum. Üzümü tutub bir şey də deyə bilmədim uşaqlara. Xətir-
hörmət qalmayıb.
Əzildim, içim yandı, nə deyəcəyimi bilmədim. Sonra:
- Şahan əmi, uşaqdılar, ağılları kəsmir, anaları, ataları görsəydilər, acıqlanardılar uşaqla-
ra… - deyə bildim.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Çay gətirtdim. Qəndini atıb qarışdırdım. Siqaretini yandırdım. Yaralı könlünü qanatmamaq
üçün söhbəti dəyişdim.
- Yaşın neçə oldu, Şahan əmi?
- Doqquz yüz otuz ikidənəm, yetmiş beş ildir arxamdan enmədi fələk. Nə ovundurdu, nə də
güldürdü
Soruşmağa tərəddüd elədim, dayandım, sonra:
- Saz…- dedim, - Şahan əmi, saz, türkü?
Iki əlini birdən mənə doğru uzatdı:
- On beş ildir sazdan küsmüşəm, divardan asıla qalıb, o mənə baxır, mən ona baxıram. Ça-
lıb oynadığımız yalan oldu, indi uşaqlar çalır, amma toylardan da əlimizi üzdük, qulu olduğum,
şəkimizi vurduq. Toylara aşıq çağıran varmı? Biz kafir olubmuşuq, xəbərimiz yox! Bir qismi
müsəlman toyu eləyir, çalğısız toy olurmu, atam? Bir qismi də salonlarda toy eləyir. Sazlar elek-
trikə qoşulur, bir cihaz varmış, sazı, zurnanı, halayı, qırıq havanı… Havaları o cihaz çalırmış.
Sən bilərsən, adı nə isə…
«Orq» demək istədim, vaz keçdim. Bu söz onun şüurunda heç nə ifadə elməyəcəkdi. Siqa-
retindən dərin bir qullab vurdu, ciyərləri sökülürmüş kimi öskürdü, boğuldu. Çayından bir udum
içib boğazını təmizlədi və ürəyini boşaltmağa davam elədi:
- Dövran dəyişdi, əşirətin çoxu pis gündədi. Bir qarış torpağımız yox, amma bura bizə və-
təndi. Uşaqlar daha burda qalmırlar, qışda Izmirə gedirlər. Tənəkə, kağız toplayıb çörək pulu qa-
zanırlar. Bizim kimi əldən-ayaqdan düşənlər qaldı burda.
Kafeyə girdiyimə peşiman oldum, danışmağa söz tapa bilmədim, sonra yenidən soruşdum:
- Uşaqlar yoxdu, dedin, Şahan əmi, barı xalam yanındamı?
- Məni yarı yolda qoydu, getdi o. Beş ildi. Oğlanlar, gəlinlər, qonum-qonşu… baxırlar, sağ
olsunlar. Evin yarısı uçtu, bir otaqlı evdə qalıram. Yeməyimi verir, siqaretimi alırlar, şükür…
- Xəstəxana, həkim, dərman bəs?
- Vilayətdə bir yer var. Yaşıl kart almaq üçün bir ərizə yazdırıb, ora getdim. Sonra ordakı
məmurlar mənim evimə baxmağa gəldilər. Doğrudanmı kasıbdır, deyə baxırmışlar, ağanın oğlu.
- Eeee, nə oldu?
- It yatağında çörəyin kiçiyi olurmu, qurbanı olduğum? Bir dəst yataqla, qab-qacağı, sazı,
nağaranı yazıb getdilər. Sonra nə axtaran oldu. Nə də soruşan…. Ramazanda yardım eləyən olur,
amma eldən gələn, pay olmaz, demişlər. Bax, ac gəzib, tox yellənirik, yıxıla-dura gedirik, qurba-
nı olduğum.
Nə soruşdumsa, Şahan ustanın sözləri bir dərd seli olub üstümə gəldi, dəli sel məni bir kö-
tük kimi acının girdabına apardı. Bir yerlərdən bir şey tapıb rahatlanmaq istəyirdim.
- Şahan əmi, sənə qocalıq təqaüdü kəsildimi? Müraciət etdinmi? Yaxşı, pis, bir aylıq?
Əvvəlcə gülümsədi, sonra içini çəkdi:
- Teho, dəli oğlan, - dedi, -dinlə hələ…
Stulumu masaya doğru lap yaxın çəkib, Şahan ustaya yaxınlaşdım. Anlatmağa başladı.
- Bizim əşirətdən bir üzü qara qışın sonu, baharın əvvəlində unsuz, yarmasız qalınca, qon-
şudan arıq bir at tapıb, bəlkə «uşaq sünnət elətdirən» oldu, deyə yollara düşür. Bu məsəli eşidib-
sənmi?
- Yox.
- Çox getdikdən sonra bir çobana rast gəlir. Çobanın qabağında beş yüz qoyunluq yaz sürü-
sü varmış. Çobana yaxınlaşıb soruşur:
- Ağa, bu sürü kimindi?
Çoban: Həmid ağanındı, - deyir.
- Malına bərəkət, - deyib, bizimki ağzını yelə verir.
Bir az da gedəndən sonra bir qaramal sürüsü görür. Gedir çobanın yanına:
- Bu sürü kimindi, ağam? – soruşur.
Çoban: «Həmid ağanın» deyincə, «Allah artırsın» deyərək, arıq atını sürüb gedir.
Axşama yaxın bir at sürüsü görür, mən deyim iki yüz, sən de üç yüz at varmış. Bizim üzü
qara çobana yaxınlaşıb yenə soruşur:
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
- Ağam, bu atlar kimindi?
Çoban yenə: «Həmid ağanın» deyincə, bizimki mindiyi atdan enib, ata bir qamçı vurur, at
sıçrayıb dördnala sürünün içinə çapır. Bizimki başını yuxarı qaldırıb deyir:
«Al, qurbanı olduğum, al! Bu atı da Həmid ağaya ver!»
- Bax, qurbanı olduğum, verdikləri siqaretin pulu deyil. Axşama qədər növbədə gözləyirik,
ala bilmirik. Mən də dedim ki:
- Ağam, alın, bu da sizin olsun! Daha qocalıq təqaüdü almağa getmirəm…
Türkcədən çevirən: Aslan Quliyev
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Bizim evin qibləsi
Qabağında söyüd ağacları, yanı başında yaz-qış şırıl-şırıl axan bir çeşmə var idi. Çardağın
lap kənarında boy verən cəhrayı balqabaq gülləri, çardağı aşıb pəncərələrə qədər uzanan ərgüvən
çiçəkli sarmaşıqlar… Əhənglə ağardılmış divarları söyüdlərin arasından gülümsəyirdi. Dörd fəsil
mətbəxindəki ocağı tüstülənərdi. Otaqları, şən, şaqraq, beş uşaqlı bir evdi.
Qapısı gündoğana açılırdı. Qiblə divarı daşdan, digər üç divarı kərpicdəndi. Dörd otağı var-
dı, böyük otaq, kiçik otaq, mətbəx, ev otağı.
Pərqu yastıqları, xalı, döşəkçələri və toxunma kilimləriylə bəzədilmişdi böyük otaq. Hər
zaman dönmə dolabı kiltiliydi, qapısını açmaq isə uşaqlara qadağandı. Qonaq gələndə lampası
yanar, bacası tüstülənər, üzü aydınlaşardı. Böyük otaqdakı pərqu yastıqların üzərində rəngbə-
rəng şəkillər var idi. Birbirinə iplərlə bağlanmış dəvə şəkilləri. Dəvələr bir karvan olur, elə hey
uzaq diyarlara gedərdi. O karvanlar hara gedərdi, hardan gələrdi, bilinməzdi. Yaz-qış, gecə-gün-
düz gedərdi karvanımız.
Kiçik otaq iki pəncərəliydi. Biri açıq, bir də kor pəncərə… Qışda soyuq olmasın deyə kor
pəncərə salafanlarla örtülərdi. Qışda kor pəncərədən heç bir yer görünməzdi. Gün batanda kiçik
otağın digər pəncərəsinə günəş işığı düşərdi, çöldən baxanda alov-alov görünərdi, həmişə o pən-
cərədən kəndə baxardıq.
Qat-qat yorğan və döşəklərin olduğu yüklük ev otağındaydı. Ev otağının içində həmişə yaz
fəsli olurdu. Saçaqları bir qızın saçları kimi hörülmüş soğanlar, dişlərini ağardan diş-diş qarğıda-
lılar, bostanlar sovulanda hələ göy ikən toplanmış pamidorlar…
Mətbəxin quzey divarında ocaq var idi. Içində ölgün təzək alovları, qabağına külü tökül-
müş, üstündə hisli qazançası…Bərk yel əsəndə evi tüstüyə qərq elərdi bu ocaq. Nənəm dağınıq,
xınalı saçlarıyla, dumanların içində cadu eləyən bir ovsunçu kimi dururdu ocağın önündə. Ocaq
alovlananda tüstünün içindən sifəti parıldayardı. Nənəmin xınalı saçları alov kimiydi. Ocağı
üfürərək yandıranda sanırdım saçları indicə od alıb alışacaq…
Ocaq dəmirlərinin üstündəki hisə batmış qapqara qazanda hər zaman aş bişərdi. Dovğa aşı,
paxlalı aş, sütlü aş…
Ocağın hər tərəfində iki taxtadan ibarət olan stullar vardı. Nənəm o stullardan birində out-
rar, maşa ilə ocağın közlərini eşər, uzun taxta çömçəsiylə hey aş qarışdırardı.
O şən, şaqraq, beş uşaqlı ev indi bir viranədi. Bir tək qiblədəki divarı uçmayıb qalıb. Qar-
larla ərimiş, yağışlarla axıb getmiş kərpic divarlar.
Mətbəxin divarındakı ocağın yanına gedib oturdum, ocağın qalıqları hələ də qaraydı. Əlim-
dəki çöp ilə ocağın külləri arasındakı keçmişi eşələrkən dastanlar söyləyən ixtiyarların səsini
duydum birdən. Ağ saqqallı qocalar oturdu ocağın başında: Kümpür Məmməd, Yaqub ağa, Qo-
ca Osman… bütün ixtiyarlar qarşımda dururdular. Əlimi uzatsam, əllərindən yapışacaqdım. San-
ki keçmiş bir zamandaydım.
Ocaq yenidən alovlandı, qarlar çırpıldı üzümə, bir uğultuyla pəncərələri döyəcləyib keçdi
külək. Yenə axşam düşmək üzrəydi, günəş Dədə Damını aşdı, hava qaralmağa başladı. Qapının
qabağından suya gedən qadınlar keçdi. Qollarında ağır vedrələr qarı yara-yara, üşüyərək keçdi-
lər…
Təzək alovunun işığında nənəm lampanı yandırdı, ocağın başında oturdu. Birdən ocaq dilə
gəldi, danışdı. O ixtiyarların diliylə rəvayətlər, dastanlar anlatmağa başladı. Hüseyni Kərbəlada
susuzluqdan yanarkən, Arzuyu bulağa enərkən, Koroğlunu yol kəsərkən, Kərəmi ağlarkən gör-
düm. Insanlar o yanda bu yanda, səsləri də açıq-aydındı. Hamısı bu müqəddəs ocağın başınday-
dılar…
Bir müddət sonra yuxudan oyanıbmış kimi gözlərimi ovuşdurub özümə gəldim, ocağın
başındakılar da gözlərim önündən bir-bir yoxa çıxdılar.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Çöl ayazının şaxtadan bir bıçaq olub kəsdiyi səhərlərdə, ya da qan donduran axşamlarda
kəndin qızları, qadınları suya gedərdi. Böyük yolun üstündə bir məbəd kimiydi bizim mətbəx.
Qışda bulağa gedən qadınların əllərini isindirdiyi bir məbəd. Payızda evin qabağındakı bağ keçil-
məz olanda bulağa gedən qadınlar hardasa bizim evin içindən keçib gedərdilər. Vedrələrini bizim
pilləkənə qoyar, çardaqdan mətbəxə açılan qapını öz qapıları kimi açarlardı. Günəş Ağbayırdan
burnunu göstərəndə, ya da Qol Xırmanından enib batarkən suya gedən qadınlar bu ocağın başına
gələr, üşüyən əllərini qızındırar, yorğun qollarını dincəldərdilər.
«Nəfəsim kəsildi, qurban olduğum, dondum».
«Qollarım qopdu, anaaam, əllərim şişdi».
«Aman anaaam! Bu necə soyuqdu, çöldə qalanın canını alar» - deyə dişlərini şaqqıldada-
raq, əllərini bir-birinə sürtərək gələrdilər ocağın başına. Səbahət bacı, Səbri yengə, Vahidə nə-
nə… Hər biri çilə klimində bir gül şəkli idi, hamısı dözümlü, igid, cəsur, kişi təbiətli analardılar.
O üzünü yellər döyəcləyən talesizlər suya gedəndə bir sərçə kimi üşüyər, ocağın başına də-
vətsiz yığışardılar. Kəndin ən yüksək təpəsi Ağbayır kimi dikdi başları. Bu üzdən də çölün ayazı
ən çox onları vurur, qar ən çox onların başına sovrulardı. Fələyin rüzgarı sərt əsərdi onların başı
üzərindən. Ev-eşik, uşaq-böyük, mal-qoyun, aş-çörək… Hamısı onların çiyinlərindəydi.
Dan yeri söküləndə, xoruzlar banlamağa başlayanda düşrərdilər yollara. Ya qollarında ağır
vedrələr keçirilmiş çiyin ağacları, ya da əllərində qonşu ocaqlardan aldıqları atəş… Atəşlər ocaq-
lardan ocaqlara daşınardı. Kəndin kibritsiz atəş daşıyanlarıydı onlar. Bir yanğın yeri olan ürəklə-
rini ocağa qoyub üfüləsələr, təzəklər od alardı, amma bundan xəbərləri belə yoxdu. Hər sabah
tüstü çıxan bacaları gözlər, ocaqlarını yandırmaq üçün bir təzək parçasıyla qapılara qaçardılar.
Səhərlər məhəlləyə atəş də dağıdardı bizim ocaq. Bir parça təzəyi alışdırıb gedərdi qonşu qadın-
lar.
Bulağa suya gedərkən ocağın başında ya anamla, ya da nənəmlə bir-iki kəlmə kəsib, qızı-
nar, gedərdilər. Bəzən iki kəlmə söz dadına doyulmayan söhbətə çevrilərdi. Ocağın başında baş-
başa verən iki nəfər söhbətə uyub özlərini unudardılar. Bəzən onların bir-iki kəlmə kəsmələri ax-
şamüstü başlar, gün gədikdən aşana qədər davam elərdi. Ocaqbaşı söhbətləri qızışdımı, çöldəki
vedrələrin üzü buz bağlardı. Axşamüstü qarda analarının iziylə gələn uşaqlar qapının önündəki
vedrələrini tanıyar, analarının ocaq başında olduğunu bildiklərindən içəriyə keçərdilər. Çox za-
man atalarından bir fərman gətirib oxuyardılar uşaqlar. Ocağın başında atalarının fərmanını oxu-
yan uşaqlar analarından bir cavab fərmanı alıb izləriylə geri dönərdilər. Uşaq elçilər axşamüstü
analarından aldıqları fərmanı atalarına, atalarından aldıqlarını da analarına oxuyardılar.
«Ana,atam dedi ki, ağzını ayırmasın, tez evə gəlsin».
«Ata, anam dedi ki, atanın boynu altında qalsın, bağrımı çatladı, indicə gəlirəm».
«Anaa, atam dedi ki, sahibsiz evin iti kimi qapı-qapı dolaşmasın, tez gəlsin».
«Ataa, anam dedi ki, ilahi, atasız qalırdın, iki eşşəyin arpasını bölə bilməz, əvvəl-axır yarı-
madıq!»
«Anaa, atam… tez gəlsin, məni ora gətirməsin, deyir».
«Ataa, anam… boyunu yerə soxum atanın, deyir».
«Anaa, ocaqdakı süd daşdı, atam qazanı zibilliyə atdı. Yalançı əmziyi şəkərli suya batırıb
verdik, uşaq yenə kirimədi, atam dedi ki, gələndə dəyənəyi də alıb gətirsin».
«Atasız qalarsan, inşallah… Əli yanına düşsün atanın, uşağı bir az qucağına alsa, bəyliyin-
dənmi olar? Papağını yerəmi soxdum? Gizlində qəhbəlikmi elədim ki, dəyənək istəyir? Gəlsəm
o qazanı başında sındıracağam. Qaç, get, beləcə də de, o əlindən-başından iş gəlməyənə!»
Elçilər qaçaraq gəlirdilər, elçilər gedirdilər… Analara fərmanlar gəlirdi. Analar ocaqlara
atıb yandırardılar fərmanları. Uşaq elçilərlə ərlərinə qəzəbli fərmanlar göndərərdilər.
Mən o gül üzlülərdən ən çox Vahidə nənəni sevərdim. Nənəmin axirətlik yoldaşıydı o. Ikisi
də gənc yaşda dul qalmış, saçlarını ağardaraq yetimlərini böyütmüşdülər. Onların hesabına bu
günlərə gəldik. Ocaq başında söhbətə başladılarmı, dörd cəbhədə müharibə başlardılar, ruslarla,
ingilis kafirləri ilə çarpışardılar. Sarıqamışda donar, Yəməndə yanar, Çanaqqalada torpağa düşər-
dilər… Bir saatda üç qitəni dolaşıb gələrdilər. Səfərbəyliyi, yoxluğu, yoxsulluğu, qıtlığı, aclığı,
səfaləti… danışardılar. Sonra pərişan hallarına şükrlər elərdilər. Səfərbərliyin sonasıydı onlar.
www.kitabxana.net
Milli Virtual Kitabxananın e-nəşri
Bəzən biri başını digərinin dizləri üstə qoyar, dən-dən olmuş saçlarına baxdırar, bir-birlərinin
saçlarında bir şeylər axtarardılar.
Vahidə nənə də nənəm kimi geyinərdi. Başında muncuqlu başlığı, al donunun üzərindən
önlüyü vardı. Əynində rəngi getmiş bir jilet, ayaqlarında arxası yırtılmış qara rezindən ayaqqabı-
ları vardı. Ağzında heç dişi yoxdu, dodaqları büzüşmüş, ağzının içinə geçmişdi. Anamın bişirdi-
yi gömbələri çox sevər, damaqları ilə gəvələyib yeyərdi. Fürsət tapan kimi ikiqat bükülmüş halda
gəlirdi nənəmin yanına. Yaylığının kənarlarından boyanmış saçları çölə çıxardı. Xınalı saçlarının
dibləri ağappaqdı. Ağlına gələni birdən deyərdi. Saf, təmiz, cəfakeş bir qadındı. Bulağa getmək
üçün, su gətirmək üçün gəlmirdi. Nənəmlə bir az söhbət eləmək, varsa təzə sacarası gömbələrdən
yemək üçün əlinə iki çubuq alıb düşərdi yollara…
Bir gün yenə əlində iki çubuqla gəldi. Hardasa beli iki qat olmuşdu. Təngənəfəs gəlib çatdı
bizim qapıya. Çardaqdaydım.
- Nənən evdəmi, qurban olduğum? – soruşdu.
- Evdə, evdə, gəl. – dedim.
Pillələrdə dincini alaraq pilləkəni çıxdı, son pillədə taqəti kəsildi, əlini uzadıb yardım istə-
di.
- Əlimi tut, qurbanı olduğum.
Əlindən tutub yuxarı çəkdim, inildəyərək çıxdı, əllərini belinə qoyaraq çətinliklə belini dü-
zəltdi.
- Ooff! – dedi. – Dizimin dərmanı qalmadı, gözümün işığı söndü, qadasını aldığım. Əldən-
ayaqdan düşməmiş, canımızı alsaydı, nə vardı…
Yaylığından çölə çıxan saçlarını külək yelləyirdi. Yaylığını açdı, saçlarını əliylə sığallayıb,
yenidən yaylığı başına doladı. «Zelihaa, hardasan, ay qız» - deyə içəri keçdi.
Nənəm ilə mətbəxdəki ocağın başında oturub söhbətə daldılar. Bir müddət sonra yarım əsr
sonrasına getdilər.
Hava qaralırdı. Axşam azanını oxuyan imamın səsini külək aparır, qırıq-qırıq azan səsi, bi-
zim evə güclə gəlib çatırdı. Axşam azanını eşidən Vahidə nənə:
- Zeliha, bacı, - dedi, - bir ceynamaz ver, axşam namazını qılım gedim.
Nənəm böyük otaqdan bir ceynamaz gətirdi, Vahidə nənəyə verdi.
- Sən namazanı qıl, - dedi, - uşaq yatmışkən mən də tövləyə gedim, gəlinə bir az kömək
eləyim.
Vahidə nənə ilə mətbəxdə ikimizdik. Bizim evin daş divarına qiblə divarı deyərdilər. Bizim
evdə namaza duranlar üzlərini daş divara doğru çevirərdilər. Ocaq quzeyə baxırdı. Vahidə nənə
«Allahu Əkbər» deyib namaza başladı. Məni bir təlaş bürüdü. Vahidə nənə namaza tərs durmuş-
du. Dözə bilmədim. Qışqırmağa başladım:
-Nənəəəə! Nənə! Tərs durubsan! Bax, qiblə bu tərəfdədi!
Namaza yenicə durmuşdu, sağa-sola salam verib mənə doğru döndü. Özünə əmindi.
- Yanlışın var, qadasını aldığım, - dedi, - bizim evin qibləsi ocağa baxır.
Dostları ilə paylaş: |