Ləng gedişli allevgik reaksiyaların patokimyəvi mərhələsində orqa-nizmə daxil olan allergenlarin təsiri ilə sensibilizasiyaya uğramış T-limfosiflərin allergenlə qarşıhqh təsirinin həlledici rolu vardır. Orqa-nizmə təkrarən daxil olan allergen sensibilizasiya olunmuş limfositlə birləşir. Bu zarnan limfositlər morfoloji, biokimyəvi və funksional də-yişikliklərə (blasttransformasiya, proliferasiya, DNT və zülal sintezi-nin sürətlənməsi, mediatorların sekresiyası) uğrayır. Limfositlərdən xaric olan mediatorlara «limfokinlər» adı verilmişdir. Limfokinlərin müxtəlif növlari bir-birindən hüceyrələrə təsiretmə mexanizmlərinə və təsir göstərdikləri hüceyrələrin növünə görə fərqlənirlər. Onların əsas növləri aşağıdakılardan ibarətdir:
Makrofaqların miqrasiyasını zəiflədən anıil - makrofaqlarm zədələnmiş sahə-lərdə toplanmasma səbəb olur. Bu amil infeksion-allergik xəstəliklərdə qranulema-larm yaranmasım sürətləndirir və makrofaqların bakteriyaları parçalamaq qabiliy-yətini artınr;
Keçid amili- dəniz donuzunun və insanm limfositlərindən dializ yolu ilə alm-mışdır. Sensibilizasiya edilmiş heyvandan götürülən qan sağlam heyvana yeridildik-də onda yaranan sensibilizasiya halı keçid amili ilə əlaqədardır;