Relyasiya modelinin və ümumiyyətlə relyasiya modelli VBİS-in yaranması IBM firmasının əməkdaşı Edqar Koddun adı ilə bağlıdır. Bu modelin əsasını “nisbət” (ing. relation) riyazi anlayışı təşkil edir. Müəyyən şərtlər əməl etdikdə, nisbəti insan üçün adi olan ikiölçülü cədvəl kimi təsvir etmək olar. Fərdi kompyuterlər üçün mövcud olan VBİS-in böyük əksəriyyətində relyasiya modelindən istifadə olunur.
Relyasiya modelinin üstün cəhətləri aşağıdakılardır: sadəliyi, proqram reallaşdırılmasının asanlığı, verilənlər üzərində müxtəlif riyazi və məntiqi əməliyyatların aparılmasının mümkünlüyü, istənilən tip sorğuya cavabı təmin edən çevik VB sxeminin qurulmasının mümkünlüyü.
Obyektyönlü modeliki modeli – relyasiya və şəbəkə modellərini özündə birləşdirir və mürəkkəb strukturlu böyük VB-lərin qurulması üçün istifadə olunur. Obyektyönlü modeldə obyektyönlü proqramlaşdırma prinsiplərindən istifadə edilir. Lakin burada istifadəçilər aparat və proqram anlayışları (bayt, yazı və s.) ilə deyil, real aləmin strukturuna uyğun anlayışlarla, başqa sözlə obyektlər və onlar üçün təyin olunmuş əməliyyatlarla işləyirlər.
Verilənlərin relyasiya modeli
Relyasiya modeli mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı əlaqələri əks etdirir. Bu modeldə VB-nin məntiqi sxemi nisbətlər sxemi şəklində təsvir olunur. Həmin sxemdə ayrı-ayrı nisbətlər və oxlu xətlərlə onlar arasındakı əlaqələr göstərilir. Relyasiya modelinin elementləri və onların təsvir forması aşağıdakı cədvəldə göstərilmişdir.
Relyasiya modelinin elementləri
Təsvir forması
Nisbət
Cədvəl (fayl)
Nisbətin sxemi
Nisbətin adı və atributların siyahısı
Nisbətlər sxemi (relyasiya sxemi)
VB-dəki nisbətlərin sxemləri və onlar arasındakı əlaqələr
Mahiyyət
İnformasiya obyekti
Kortej
Cədvəlin sətri (yazı)
Atribut
Cədvəlin sütunun başlığı (adı)
Domen
Cədvəlin sütunu
Açar
Bir və bir neçə atribut
Verilənin tipi
Domendəki elementlərin qiymətlərinin tipi
Şəkil 5-də nisbətin sxemi belə ifadə olunur:
İŞÇİ (Tabel nömrəsi, SAA, Şöbə, Vəzifəsi, Təvəllüdü).
İŞÇİ nisbətinin 3 korteji var. Hər bir kortej 5 elementdən ibarətdir və hər bir element uyğun domendən götürülür. Nisbətin kortejlərinə müraciət etmək üçün açardan istifadə olunur.