İnformasiya sistemləri və verilənlər bazaları



Yüklə 193,16 Kb.
səhifə7/7
tarix15.06.2023
ölçüsü193,16 Kb.
#130999
1   2   3   4   5   6   7
Verilənlər və informasiya mühəndisliyi

İŞÇİ nisbəti (cədvəl)



Tabel nömrəsi

SAA

Şöbə

Vəzifəsi

Təvəllüdü

010

Əhmədova A.S.

017

mühəndis

03.08.1981

015

Zeynalova D.R.

003

redaktor

29.10.1982

021

Mahmudov R.R.

005

rəis

24.07.1972



Şəkil 5. İŞÇİ nisbətinin təsviri
Nisbətin açarı və ya əsas açar (ing. primary key) hər bir korteji birmənalı təyin edən atributdur. Məsələn, İŞÇİ nisbətində əsas açar kimi “tabel nömrəsi” atributundan istifadə etmək olar.
Bundan əlavə, xarici açar (ing. foreign key) vasitəsilə nisbətlər arasında əlaqələr yaradılır.
Verilənlərin tamlığını təmin etmək üçün xarici açarlara istinad tamlığı adlanan məhdudluq qoyulur. Bu o deməkdir ki, xarici açarın hər bir qiyməti üçün əlaqələndirilən nisbətlərdə kortejlər olmalıdır. Əksər hallarda hər bir nisbət – cədvəl ayrıca faylda saxlanılır. Bəzi VBİS-lərdə, məsələn, MS Access-də bir faylda bütöv VB saxlanılır.
Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri
Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.
Sadə VB. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.
Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.
VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.
Əməkdaşlar haqqında məlumat cədvəli Cədvəl 1

kod

Soyadı

adı

Atanın adı

Doğulduğu tarix

Ailə vəziyyəti

Xaricdə olması

001

Ağayeva

Gülnar

Fikrət

01.02.71

ailəli

olub

002

Bayramov

Nicat

Həmid

05.04.75

ailəli

olub

003

Məmmədov

Anar

Hüseyn

20.12.78

subay

olmayıb



…..





….





Əməkdaşların ailə vəziyyəti haqqında cədvəl Cədvəl 2

Əməkdaşın kodu

Soyadı

Adı

Atanın adı

Doğulduğu tarix

Qohumluq əlaqəsi

Məşğuliyyəti

001

Ağayev

Nadir

Camal

03.04.66

həyat yoldaşı

mühəndis

001

Ağayev

Nicat

Nadir

05.04.95

oğlu

şagird

001

Ağayev

Lalə

Nadir

20.12.97

qızı

şagird

002


Bayramova


Vüsalə


Yusif


15.06.79


həyat yoldaşı

müəllimə


Əməkdaşın xaricdə olması barədə cədvəl Cədvəl 3

Əməkdaşın kodu

Ölkələr

tarix

Məqsəd

001

Almaniya

03.04.90

Səyahət

001

Fransa

05.04.95

ezamiyyət

001

Türkiyə

20.12.97

ezamiyyət

002


Türkiyə


15.06.99


səyahət

Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.
Yuxarıdakı cədvəllərdə “Əməkdaşlar” verilənlər bazasının nümunəsində “Əməkdaşlar haqqında məlumat cədvəli” (cədvəl 1) ilə onda olan informasiyanı tamamlayan cədvəl 2 və cədvəl 3 arasında əlaqə göstərilmişdir.
Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı. VB-ni yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nin inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nin yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.
Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompyuterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompyuter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.
Hal-hazırda aşağıdakı VBİS geniş tətbiq edilir:
MS Access, Clipper, Visual Foxpro, IMS/VS, Oracle, Paradox, SQL Server və s.

MS Access proqramı


MS Access baş menyunun Proqramlar bölməsinin Microsoft Access əmrini yerinə yetirməklə yüklənir. Bu zaman yeni verilənlər bazasının yaradılmasını və ya artıq mövcud bazanın açılmasını təmin edən dialoq pəncərə açılır.

Yeni baza hazır şablonlardan istifadə edilməklə və ya istifadəçi tərəfindən yaradıla bilər. Yeni verilənlər bazası yaradıldıqda açılan Access proqram pəncərəsi aşağıdakı kimidir:

Göründüyü kimi, pəncərənin sol tərəfində verilənlər bazasının obyektlərinin adları var:
VBİS Access-in obyektləri bunlardır:
1. Cədvəl (Таблица, Table) – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
2. Sorğu (Запрос, Query) – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, yəni emal olunurlar.
3. Forma (Форма, Form) – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
4. Hesabat (Отчет, Report) – formanın «əksidir». Hesabatın köməyi ilə verilənlər lazım olan şəkildə printerə və ya ekrana çıxarılır.
5. Makroslar (Макрос, Macro) – makroəmrlər. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə əmri bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
6. Modullar (Модули, Module) – Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.

Cədvəl


Cədvəl verilənlər bazasının əsas elementi olub, informasiya məhz onda saxlanılır. MS Excel-də olduğu kimi, cədvəl sətir və sütunlardan ibarətdir və onların kəsişməsində xana yerləşir. MS Access-də cədvəlin sətri yazı (Record, Запись), sütunu isə sahə (Field, Поле) adlanır. Yeni cədvəl yaratmaq üçün paneldəki düyməsindən və ya cədvəlin yaradılması üçün sol tərəfdəki əmrlərdən birindən istifadə etmək olar.
düyməsini basdıqda aşılan pəncərədən cədvəlin yaradılmasının aşağıdakı rejimlərini seçmək olar:

  • Cədvəl rejimi (Режим таблицы, Datasheet View);

  • Cədvəl konstruktoru (Конструктор таблицы, Design View);

  • Cədvəl ustası (Мастер таблицы, Table Wizard);

  • Cədvəl idxal ustası (Мастер импорта таблиц, Import Table);

  • Cədvəllərarası əlaqə ustası (Мастер связи с таблицами, Link Table).

Cədvəl rejimi sadə cədvəllərin yaradılmasına xidmət edir. Verilənlər Excel-də olduğu kimi müvafiq xanalara daxil edilir. Sahələrin adlarının dəyişməsi üçün onların üzərində mausla iki dəfə vurub, yeni adı daxil etmək lazımdır.

Yazılara baxmaq, yeni yazı daxil etmək üçün cədvəlin aşağı sol hissəsində yerləşən paneldən istifadə etmək olar:


Burada – cədvəlin ən son yazısına; – əvvəlki yazıya; – növbəti yazıya; – cədvəlin ən son yazısına keçmək üçün, – yeni yazı daxil etmək üçün istifadə olunur. Burada “of 24” yazısı onu göstərir ki, cədvəl 24 yazıdan (sətirdən) ibarətdir.
Alətlər panelindəki bəzi düymələrə nəzər salaq:
– cədvəldə konkret seçilən veriləni şərt kimi qəbul edib, yalnız həmin şərti ödəyən verilənlərin əks olunması üçün istifadə edilir.
– cədvəldə yalnız müəyyən şərtləri ödəyən verilənlərin əks olunması üçün istifadə edilir.
– şərti daxil etdikdən sonra filtrlənmiş (seçilmiş) verilənlərə baxmaq üçündür.
– verilənlərin çeşidlənməsi üçün alətlər panelinin bu düymələrindən istifadə edilir.
Eyni əməliyyatları və yazılar üzərində digər əməliyyatları cədvəl pəncərəsinin əsas menyusunun Records (Записи) bölməsinin əmrləri vasitəsilə də yerinə yetirmək olar.
Cədvəl yaradılmasının əsas üsulu – cədvəl konstruktoru yalnız cədvəlin strukturunu müəyyən edir. Bu əməliyyatı yerinə yetirdikdə aşağıdakı pəncərə açılacaqdır:

Göründüyü kimi, pəncərə iki hissədən ibarətdir. Yuxarı hissədə sahələrin adları, tipləri və onlar haqqında əlavə şərhlər qeyd olunur. İkinci hissə isə sahələrin verilənlərinin parametrlərini nizamlamağa imkan verir. Məs., ad sahəsində verilənin tipi mətn tipidir (Text), standart olaraq bu sahədəki simvolların maksimal sayı 50 ola bilər. Əgər bu ədədi dəyişmək lazımdırsa, bu, aşağı sahədə olan General (Общие) hissəsində Field Size (Размер поля) sətrinə lazım olan qiyməti (məs., 255) daxil etmək lazımdır.
Sahələrin xüsusiyyətləri

  • Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.

  • Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.

  • Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompyuterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.

Sahələrin adları. Sahənin adı unikal olmalıdır, bu ad 64 simvoldan çox ola bilməz. Sahənin adında probel ola bilər, lakin probellə başlana bilməz. Aşağıdakı simvollardan başqa bütün simvollardan istifadə etmək olar: (.); (!); ('); ([); (]).
Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.

    1. Mətn sahələr (Текстовый, Text) - mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var – onun ölçüsü 255-dən çox ola bilməz, yəni orada saxlanılan verilən 255 simvoldan artıq ola bilməz.

    2. Ədədi sahələr (Числовой, Number) – riyazi hesablamalar üçün nəzərdə tutulmuş ədədlərin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və vergüllü ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlərin sayı da verilməlidir.

    3. Tarix/vaxt tipli sahələrdən (Дата/Время, Date/Time) tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.

    4. Pul sahəsi (Денежный, Currency). Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompyuter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir. Bu zaman vergüldən sonrakı rəqəmlərin sayı 1-dən 4-ə qədər ola bilər. Tam hissə isə 15 rəqəmdən ibarət ola bilər.

    5. Məntiqi tip (Логический, Yes/No) – yalnız iki qiymətə malik olan xüsusi tipdir: Hə/Yox, Doğru/Yalan.

    6. Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi (Объект OLE, OLE objeсt) adlanır.

    7. Əgər sahəyə 255 simvoldan böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən (Поле MEMO, Memo) istifadə olunur. Bu sahə 65535 simvola qədər mətndən ibarət ola bilər.

    8. Sayğac sahəsi (Счетчик, AutoNumber). Bu sahədəki ədədlər avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya yazıların sayı avtomatik olaraq yazılır.

Formalar


Cədvələ yeni verilənləri daxil etmək və onları dəyişdirmək üçün formalardan istifadə olunur. Yeni forma yaratmaq üçün obyektlərin siyahısından Forms (Формы) seçilir.

Sorğular


Hər hansı şərtlər daxilində verilənlərin bir hissəsini cədvəl şəklində ekrana çıxarmaq və ya çap etmək üçün sorğulardan istifadə edilir. Bunun üçün obyektlərin siyahısından Queries (Запросы) seçilir.

Burada Criteria (Условие отбора) sətrində uyğun sahənin verilənlərinə şərt qoyulur. Məsələn, əgər cədvəldə yaşı 39-dan böyük olan şəxslərin siyahısını ekrana çıxarmaq istəyiriksə, Criteria (Условие отбора) sətrində məntiqi ifadə kimi “>39” yazırıq və alətlər panelindən düyməsini basırıq.

Hesabatlar


Cədvəl və sorğuları lazımi formada çap etmək üçün hesabatlardan istifadə olunur. Hesabatların yaradılması üçün obyektlərin siyahısından Отчеты (Reports) seçilir.



Yüklə 193,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin