ŞİFRƏLƏMƏ
Şifrləmə dedikdə açıq mətn adlanan
M
başlanğıc
məlumatının şifrələnmiş mətn (və ya şifrmətn) adlanan
M
ı
formasına çevrilməsi başa düşülür. Nəzərə almaq lazımdır ki,
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 59 ____________________________
əks çevirməni həyata keçirmək üçün
açar adlanan əlavə
informasiyaya malik olmaq lazımdır.
Bəzi istifadəçilər şifrələməni kodlaşdırma ilə səhv salırlar.
Əslində bu proseslər arasında hiss olunacaq dərəcədə fərq
vardır. Kodlaşdırmada da başlanğıc məlumatın başqa bir
formaya çevrilməsi prosesi yerinə yetirilir, amma bu çevrilmədə
məqsəd informasiyanın əlverişli ötürülməsi və ya əlverişli təhlil
edilməsidir. Məsələn, xüsusi hazırlanmış mətn ikilik kod ilə
kodlanır (yəni hər bir simvol 1 və 0 –ların ardıcıllığı ilə əks
olunur). Məqsəd bu informasiyanı Elektron Hesablama
Maşınında rahat təhlil etmək, lazım gəldikdə yaddaşda
saxlamaqdır, çünki elektrik impulsları ardıcıllığı ilə əks olunan
informasiyanı kabel vasitəsilə ötürmək rahat və əlverişlidir.
Şifrələmənin məqsədi isə başqadır. Mətn ona görə
şifrələnir ki, şifrəni açmaq üçün açara malik olmayan kənar
şəxs (daha doğrusu pisniyyətli insan) şifrələnmiş mətni oxuya
bilməsin (hətta mətn haqqında müəyyən məlumata malik olsa
da belə).
Beləliklə, şifrələmə
informasiyanın konfidensiallığını təmin
edən alətdir.
Şifrələmə alqoritmi iki böyük qrupa bölünür:
1.Simmetrik (ənənəvi şifrələmə);
2.Açıq açarla şifrələmə.
SİMMETRİK ŞİFRƏLƏMƏ
Şifrələmənin simmetrik alqoritmində bir
K
açarından
istifadə olunur. Açar məlumatı şifrələmək və sonrakı mərhələdə
şifrədən çıxarmaq (deşifrə) üçün istifadə edilir. Deməli,
məlumatı
göndərən və qəbul edən həmin açara malik olmalıdır.
Öndə söylənənləri sxem şəkilində belə yazmaq olar:
|