İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə106/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   102   103   104   105   106   107   108   109   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 162 ____________________________ 
şirkətində işləyərkən Pol Barana nüvə hücumlarından 
müdafiə olunmaq üçün şəbəkə sisteminin yaradılması ilə 
məşğul olur. Əsas məsələ şəbəkə vasitəsilə ötürüləcək 
məlumatların “paket”lər formasına salınaraq ötürülməsi və 
bu məqsədlə ötürülən informasiyanın həddindən artıq sıxlığa 
malik olması idi. 
Bu 
ərəfədə 
informasiyanın 
kommunikasiya 
şəbəkələrində paketlər formasında ötürülməsi məsələsini 
ingilis fiziki Donald Devis də (Donald Watts Davies: 1924-
2000) irəli sürür və maliyyə çatışmazlığı üzündən problem 
həllini tapa bilmir. Nəzərə almaq lazımdır ki, “RAND 
Corporation” şirkəti Amerikanın starteji mərkəzi olduğu üçün 
şirkətdə bu sahə ilə bağlı yerinə yetirilən işlər vaxtlı-vaxtında 
həyata keçirilidi, çünki şirkətin maliyyə təminatı lazımı 
səviyyədə yerinə yetirilirdi.
Çoxsaylı mütəxəssislər qrupu bu baxımdan da 
İnternetin yaradılmasını məhz həmin şirkətin adı ilə 
bağlayırlar. Digər tərəfdən də 1963-cü ildə vahid kompüter 
şəbəkəsinin yaradılması ideyası şirkətdə laboratoriya müdiri 
işləyən Cozef Liklayderə tapşırıldığı üçün bu məsələnin 
doğruluğunu müəyyən qədər təsdiq edir. 
İdeyanın tamamilə həyata keçirilməsi ərəfəsində (1966-
cı il) Cozef Liklayder şirkəti tərk edir və problemin həlli Bob 
Teylora (Robert William Taylor: 1932- ) tapşırılır. B.Teylor 
tərəfindən yaradılan vahid kompüter şəbəkəsi 4 müxtəlif 
istiqamətdən məlumatları qəbul etməklə təhlil edirdi. Alınmış 
məlumatları təhlil etmək həddindən artıq çətinliyə gətirib 
çıxarırdı, çünki hər bir istiqamətdən gələn məlumat özünə 
uyğun terminalda təhlil olunurdu. Bu baxımdan da təşkilatçı 
müxtəlif istiqamətlərdən daxil olan informasiyaların bir 
terminala daxil edilməsini və həmin terminalda təhlil 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin