İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə108/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   104   105   106   107   108   109   110   111   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 166 ____________________________ 
1987-ci ilin son virus epidemiyası yeni il qabaği, dekabrın 
30-da başladı. Bu virusu (proqramı) İsrailin Yerusəlim 
universitetində aşkar edilmiş virus çağırmışdı. Bu virus 
əhəmiyyətli fəsadlar törədə biməsə də o, qısa vaxt ərzində 
bütün düyaya yayıla bilmişdi. 
Virusların yayıldığı ərəfədə qəzet və jurnallarda 
informasiya təhlükəsizliyinə həsr edilmiş materiallar nəşr edilsə 
də, virusları kompüter istifadəçiləri hələ də oyuncaq, 
eksperiment hesab edirdi. Təhlükə o zaman dərk edildi ki, 
həmin “oyuncaq” özünü ağıllı orqanizm kimi aparmağa, yəni 
qarşısına çıxan hər şeyi yoluxdurmağa başladı. Bu, 1988-ci il 
noyabrın 2-də baş verdi. Həmin gün Kornel universitetinin 
tələbəsi Robert Morris-oğul qurd-proqram yaradıb işə buraxdı. 
Morris qurdu “azadlıqda” artıb yayılan ilk şəbəkə qurdu idi. Bu, 
kompüterin bufer yaddaşını doldurub daşıran ilk qurd idi. 
Robert Morris 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 167 ____________________________ 
Ziyanverici “qurd” təxminən saat yarım ərzində 6 minə 
yaxın kompüteri yoluxdurmuşdu. Bu hadisə cəmiyyəti şok (iflic) 
vəziyyətinə salmışdı, viruslar şəbəkə boyu yayılmaqda idi. 
Doğrudur, əvvəlki viruslar da şəbəkə boyu gəzirdi, lakin o 
vaxtadək hər 10 kompüterdən birini sıradan çıxarmaq heç bir 
virusa müyəssər olmamışdı. Təcili olaraq sistemlərin 
təhlükəsizliyi tələblərinə yenidən baxıldı və CERT (Computer 
Emergency Response Team – gözlənilməz kompüter 
situasiyalarına cavab əmri) kimi institutlar yaradıldı ki, bunlar 
da kompüterlərin təhlükəsizliyi ilə məşğul olmağa və virusların 
ləğv edilməsi üzrə təkliflər verməyə başladı. 
1989-cu ildə DATACRIME virusları geniş yayılmağa 
başladı. Oktyabrin 12-dən etibarən bu viruslar fayl sistemini 
dağıtmağa başladılar. Bu müddətə kimi isə onlar sadəcə olaraq 
çoxalırdılar. Kompüter viruslarının bu versiyası 1989-cu ilin 
əvvəllərində Niderlandda, ABŞ-da və Yaponiyada daha geniş 
yayılmışdı və həmin ilin sentyabrında təkcə Niderlandda 100 
mindən artıq kompüterə (FEHM-ə) yoluxmuşdu. Bu ölkədəki 
butün kompüterlərin təxminən 10%-ə qədərini təşkil edirdi. 
Hətta IBM firması da bu təhlükəyə reaksiya verdi və VIRSCAN 
adlı virus detektoru buraxdı. Bu detektor DATACRIME və digər 
viruslar üçün xarakterik olan sətirləri (siqnaturaları) tapa bilirdi. 
Siqnaturalar yığımı istifadəçi tərəfindən dəyişdirilə və ona 
əlavələr edilə bilərdi.
1989-cu ildə ilk “
troya atı
” AIDS virusu meydana gəldi. 
Virus sərt diskdə olan informasiyanı əlçatmaz edirdi və ekrana 
təkcə “Hansısa ünvana 189 dollarlıq çek göndərin” ifadəsi 
çıxırdı. Proqramın müəllifi çeki reallaşdıranda tutulur və şantaj 
maddəsi ilə cəzalandırılır. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin