Lokal kompüter şəbəkələrinin topologiyası Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası maksimum məsafə 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulurlar.
Şin topologiyası
Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.
İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub- olmamasına (yəni şinlə digər kompüterlərin informasiya göndərib- göndərməməsinə) nəzarət edir. Əgər şin boş isə kompüter paketləri şinləötürür. Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlaşmış paketləri özündə qeyd edir.
Əgər iki kompüter eyni zamanda paketləri şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya göndərə bilmirlər.
Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
- Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
- Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;
- Şəbəkə kartları (adapterləri) ucuzdur;
Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır.
Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.
Halqavari topologiya Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. Paketi almış kompüter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlaşdırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə paket yoxsa markeri bir sonrakı kompüter göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).
Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;
Hər bir kompüterin məlumat göndərə bilməsi üçün müəyyən zaman verilir.
Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:
Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;
Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar.
Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini göstərmək olar.
Ulduzvari topologiyalı lokal şəbəkələr Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.
Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.
Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından çox asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-4, 100 BASE-4 şəbəkələrini göstərmək olar. Burada 10 və100 - şəbəkənin sürətini (Mbit/san) göstərir.
Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər.
Bu və ya digər topologiyanın seçilməsi kompüter şəbəkəsinin tətbiq sahəsindən, kompüterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.
Lokal şəbəkələrdə istifadə olunan kabellər Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:
Koaksial kabellər. Əsasən iki tip koaksial kabel istifadə olunur.
İncə koaksial kabel;
Qalın koaksial kabel.
Qlobal şəbəkələr. Ərazi kompüter şəbəkələri də adlandırıla bilən qlobal şəbəkələr (Wide Area Networks, WAN) böyük ərazilərdə - oblast, region, dövlətlər, bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılıb. Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, buraya kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir.
Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abonentlərə pullu xidmət etmək üçün yaradılır.
Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompüter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görüntüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə saxlanılan verilənlərin öz terminalına götürmək) və s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir. ISDN- telekommunikasiya xidmətinin inteqrasiyası üçün ilk texnoloqiya 70-ci illərin əvəllərindən inkişaf etməyə başlayıb. Hansı komponentlərin arendaya götürülməsindən asılı olaraq korporativ şəbəkələrdə aşağıdakı əlaqə növlərindən istifadə olunur:
-ayrılmış kanallar;
-kanalların kommutasiyası;
-paketlərin kommutasiyası.
Ayrılmış kanallar. Ayrılmış əlaqə xəttlərindən iki üsulla istifadə etmək olar.
Birincisi, arendaya götürülmüş ayrılmış xətlər müəyyən ərazidə paylanmış aralıq paket kommutatorlarının birləşdirilməsinə xidmət edir, məsələn, Frame Relay şəbəkəsində olduğu kimi.
İkincisi, ayrılmışxətlərləancaqlokalşəbəkələrinvəyabaşqanövabonentlərin, məsələn, tranzitpaketkommutarlarıqurmadanqlobalşəbəkətexnologiyasıiləişləyənmeynfreymlərinbirləşdiilməsidir, ayrılmışkanallarabonentlərindaimikommutasiyasıüçünhansıtipkommutasiyaqurğusundan- FDM(Frequency Divizion Multiplexing-tezliyəgörəsıxma) vəyaTDM(Time Divizion Multiplexing- vaxtagörəsıxma)-dənistifadəedilməsindənasılıolaraqanaloqvərəqəmtipinəbölünür.
RəqəmtipliayrılmışxətlərdəfizikisəviyyəninprotokoluG.703 standartıilətəyinolunub.
AnaloqvərəqəmtipliayrılmışkanallarınkanalsəviyyəsindəHDLG(High-level Data Link Control –kanalsəviyyəsindəverilənlərinötürülməsininidarəedilməsiprotokolu) ailəsindənolanPPP(Point to Point Protokol) protokolundanistifadəedilir.
Ayrılmışanaloqtiplikanallaristifadəçiyə 4-naqillivəya 2-naqilliçıxışlarlatəqdimolunur. 4-naqillikanallardadupleksəlaqənintəşkilidahasadəüsullayerinəyetirilir.
Verilənlərinsaniyədəbirneçəqiqabitanaloqxətlərivasitəsiləötürülməsiüçünsiqnallarınanaloqmodulyasiyasımetoduəsasındaişləyənmodemlərdənistifadəolunur.
Kanallarınkommutasiyasıiləişləyənqlobalşəbəkələr. Korperativ şəbəkədə qlobal əlaqələrin qurulması üçün 2 növ xətlərdən – ənənəvi analoq tipli telefon şəbəkələri və İSDN xidmətlərini yerinə yetirən rəqəm tipli şəbəkələrdən istifadə etmək mümkündür. Kanalların kommutasiyası şəbəkələrinin üstünlüyü onların geniş yayılmasıdır, bu da əsasən analoq telefon xətləri üçün xarakterikdir. Son zamanlar İSDN şəbəkələrindən bir çox ölkələrdə korporativ istifadəçilərin də istifadə etməsi mümkün olmuşdur. Analoqtelefonşəbəkələrininçatışmamazlığıtərkibindəkikanalınaşağıkeyfiyyətliolmasıdır.
Paketkommutasiyalıqlobalşəbəkələr.BuşəbəkələrpaketlərinkommutasiyasışəbəkələrindəsiqnalvəverilənlərinötürülməsiprotokolunutəyinedənX.25 standartıiləişləyənşəbəkələrdir. Buradahərbirpaketverilənləriötürənvəqəbuledənkompüterlərhaqqındainformasiyanıözündəcəmləşdirir. BuinterfeysOSİ-ninüçsəviyyəsini- fiziki, kanalvəşəbəkəsəviyyələriniəhatəedir.
Paketşəbəkəvasitəsiləötürülməzdənəvvəlşəbəkəninabonentləri – terminalları, marşrutizatorlarıvəyakomputerləriarasındavirtualəlaqəqurmaqlazımdır.