İNFORMASİYANIN TƏDQİQİNƏ YANAŞMA ASPEKTLƏRİ Qeyd edildiyi kimi “
informasiya ” latın sözüdür. Uzun illər ərzində onun
mənası müəyyən təkamülə uğramışdır. Əvvəllər “
informasiya ” dedikdə,
“
təqdimat ”, “
anlayış ”, “
kontur ”, sonralar isə “
məlumat ”, “
xəbərlərin verilməsi ” başa düşülürdü. “İnformasiya” sözünün hamı tərəfindən qəbul edilmiş
mənası olduqca çətindir (elastikdir). Bu baxımdan da son illərdə alimlər
informasiyanı “
məlumatda müəyyənlik ölçüsü ” adlandırmışlar. Qeyd etdiyimiz
kimi informasiya informatikanın öyrəndiyi əsas predmetdir. Hətta yeni elm sahəsi
– informasiya nəzəriyyəsi yaranmışdır ki, bu da informasiyanın yığılması,
ötürülməsi, saxlanması və işlənməsi proseslərini tədqiq edir.
İstehsalın idarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi
onun tədqiqinın ümumi üsullarına əsaslanır. Bu zaman informasiya üç aspektdə:
praqmatik, semantik və sintaksis tədqiq edilir.
İnformasiyaya
praqmatik aspektdə baxıldıqda, idarəetmə prosesində
qərarların qəbulu üçün informasiyanın praktik cəhətdən nə qədər faydalı və
qiymətli olması müəyyən edilir.
İnformasiyanın praktik cəhətdən faydalı olması onun bir neçə
xarakteristikası ilə müəyyən olunur. Bu xarakteristikaya aşağıdakılar aiddir:
informasiyanın dolğunluğu (tamlığı);
informasiyanın gerçəkliyi (mötəbərliyi);
informasiyanın mümkünlüyü (anlaşıqlı olması);
informasiyanın aktuallığı.
İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərinin yaradılması zamanı
informasiyanın praqmatik aspektdə öyrənilməsi istehlakçılar üçün informasiyanın
zərurilik və kafilik dərəcəsini, faydalı informasiyanın həcmini, faydasız sənədlər
İdarəetmə
obyekti
(istifadəçi
)
İnformasiyanın
toplanması prosesinin
həyata keçirilməsi
İnformasiyanın
mərhələsi
ötürülməsi
Nəticələrin alınması
İnformasiyanın
ötürülməsi və ya
verilməsi
İnformasiyanın
saxlanması,
axtarışı, emalı