İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə20/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   16   17   18   19   20   21   22   23   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

QEYD

Semantika
yunanca 
qeyd etmə

göstərmə

işarə etmə
anlamını 
verir və məna baxımından danışıq dilinin ölçülməsinin qiymətini öyrənir. Bu 
məqsədlə ləvazımat kimi semantik təhlildən istifadə edilir. XIX əsrin sonu, XX 
əsrin əvəllərində semantikanı bir çox hallarda semasiologiya (yunanca 
işarə

göstəriş
) adlandırırdılar. Semantika ilə məşğul olan alimləri də indiki zamanda 
semasioloqlar adlandırırlar. Əksər sinif dil vahidlərinin qiymətlərini (məsələn, 
“hərəkət feillərinin semantikası”) semantika ilə işarələyirlər. 
Semantik problemlər uzaq keçmişdə fəlsəfi mənada araşdırılırdı. Termin 
fransız dilşunası (linqvisti) Mişel Breal (1832-1915) tərəfindən elmə daxil 
edilmişdir. 1910-1920-ci illərdə semantika məsələlərinin öyrənilməsi bir çox 
mütəxəssisləri özünə cəlb etmişdir. 
İnformasiyanın miqdarının semantik ölçüsü “
ünvanın tezaurusu
” ilə, 
daha doğrusu, informasiya qəbuledicisinin biliyi ilə təyin edilir, çünki tezaurus 
dedikdə, xəbərlər və onların arasındakı əlaqələr məcmusu başa düşülür. 
Məsələn, insanın tezaurusu onun bilikləri cəmidirsə, kompüterin tezaurusu da 
informasiyanı qəbul etməyə, işləməyə, təqdim etməyə imkan verən proqramlar 
və qurğular çoxluğudur. Lakin qərar qəbulu üçün tezaurusu zənginləşdirən 
aktual informasiya daha qiymətlidir. 
Tezaurusu dəyişən informasiyanın miqdarı məhz semantik ölçünü ifadə 
edir. Başqa sözlə, semantik ölçü informasiyanın faydalılığını qiymətləndirməyə 
xidmət edir.
Ünvanın tezaurusu zənginləşdikcə, informasiyanın semantik miqdarı azalır. 
Çünki kifayət qədər bilikli adama nəsə öyrətmək çətindir. Semantik 
informasiyanın miqdarı xəbərin məzmunluluğuna qiymət vermək üçündür. 
QEYD

Tezaurus
(yunanca 
xəzinə
), ümumi mənada 
xüsusi terminalogiya

məhdud mənada isə 
lüğət

məlumatın yığılması 
mənasında işlədilir. Tezaurus 
informasiya nəzəriyyəsində subyektin malik olduğu bütün məlumatların 
toplumunu qeyd etmək üçün istifadə olunur.
Beləliklə, informasiyanın sintaksis ölçüsü informasiyanın texnologiyaya, 
semantik ölçüsü isə informasiyanın qəbulediciyə münasibətini təyin edir. 
Praqmatik ölçü informasiyanın qiymətliliyini təyin etmək üçün istifadə edilir. 
İnformasiyaya 
sintaksis
aspektdə baxıldıqda onun məzmunu, mənası və 
istifadə edilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan 
münasibətlər 
kəmiyyətcə 
müəyyənləşdirilir. 
İnformasiyanın 
kəmiyyətcə 
qiymətləndirilməsi onun hesablama texnikasının köməyi ilə təhlili texnologiyasının 
səmərəli seçilməsi və layihələndirilməsi, həmçinin hesablama texnikası 
daşıyıcılarının, onların maketlərinin səmərəli qurulmasına imkan verir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin