İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


İQTİSADİ İNFORMASİYANIN QURULUŞ VAHİDLƏRİ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə28/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   24   25   26   27   28   29   30   31   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İQTİSADİ İNFORMASİYANIN QURULUŞ VAHİDLƏRİ 
 
İnformasiyanın işlənməsinin avtomatlaşdırılmış sistemi yaradılarkən iqtisadi 
informasiyanın qeyd edilmiş xassələri nəzərə alınmalıdır. İqtisadi informasiya 
quruluş etibarı ilə informasiyanın quruluşuna yaxındır. İnformasiyanın quruluşu 
dedikdə müəyyən məna daşıyan informasiya elementlərinin müəyyən məcmusu 
başa düşülür. İnformasiyanın quruluşuna müxtəlif yanaşmalar mümkündür. 
Məsələn, məntiqi, fiziki meyarları fərqləndirmək lazımdır. Fiziki baxımdan 
informasiyanın quruluş əlamətləri kimi informasiya daşıyıcılarının müxtəlif 
formaları və müxtəlif texniki qurğular çıxış edir. İqtisadi informasiyanın quruluşu 
adi dildəki sintaksisin rolunu yerinə yetirir. Əgər adi dildə hərflərdən sözlər, 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
26 
cümlələr və digər sintaksis quruluşlar, riyaziyyatda isə rəqəmlərdən ədədlər 
yaranması öyrənilirsə və s., iqtisadi informasiya nəzəriyyəsində informasiyanın 
quruluşca əmələ gəlməsi və dəyişməsi öyrənilir. 
İnformasiyanın quruluş elementlərinə ayrılması zamanı bir çox hallarda 
iyerarxik prinsipə üstünlük verilir. Hər hansı idarəetmə obyektinin (müəssisə, 
firma, şirkət, sahə, region və i.a.) ən yüksək informasiya quruluş vahidi 
informasiya sistemi sayılır. 
İqtisadi sistemlərdə idarəetmə obyektlərinin fəaliyyətinin bütün cəhətləri, 
orada baş verən əməliyyatlar, proseslər öz əksini bütünlükdə informasiya 
sistemində tapır. İnformasiya sistemi öz növbəsində daha aşağı səviyyəli quruluş 
vahidlərinə ayrılır.
İnformasiyanın quruluşu dedikdə onun ayrı-ayrı elementlərə (hissələrə) 
bölünməsi nəzərdə tutulur. Bu elementlər informasiya vahidləri adlanır. Onlar 
sadə və mürəkkəb olur. Sadə informasiya vahidlərini hissələrə ayırmaq olmur. 
Lakin mürəkkəb informasiya vahidləri bir neçə sadə və ya mürəkkəb informasiya 
vahidlərinin birləşməsi nəticəsində yaranır.
İqtisadi informasiyanın quruluşu iki prinsip üzrə yaradıla bilər: çoxsəviyyəli 
(iyerarxik) və birsəviyyəli. İqtisadi informasiyanın quruluşunda iyerarxik səviyyə 
üstünlük təşkil edir. Burada ən aşağı səviyyəli informasiya vahidi rekvizitlərdir. 
Rekvizit sadə və bölünməyən informasiya vahidinə deyilir. Rekvizitlər sözlərdən və 
ya ədədlərdən ibarət olur. 
Rekvizitlər obyektdə baş verən hadisələri kəmiyyət və ya keyfiyyət cəhətdən 
xarakterizə edir. Obyektin vəziyyətini keyfiyyət cəhətdən xarakterizə edən 
rekvizitlər əlamət rekvizitləri, kəmiyyətcə xarakterizə edən rekvizitlər isə əsas 
rekvizitlər adlanır. 
Əlamət rekvizitləri bir qayda olaraq sözlərdən, söz birləşmələrindən və onları 
əvəz edən, lakin mətnin mahiyyətini dəyişməyən rəqəm kodlarından ibarət olur. 
Əlamət rekvizitlərinə misal olaraq müəssisə, təşkilat, firma və şirkətlərin adını, 
vergilərin növünü və s. göstərmək olar. Əsas rekvizitlər yalnız konkret ədədlər 
şəklində ifadə olunur. Məsələn, miqdar cinsi ölçü vahidlərində, dəyər manat və 
qəpiklə, əmək tutumu isə norma-saatla ifadə edilir. 
Rekvizitlər, qeyd olunduğu kimi mahiyyəti təsvir edən xassələr olub, 
aşağıdakı əlamətlər üzrə təsnifləşdirilə bilər: 

xassələrə görə: əsas və əlamət; 

əhəmiyyətə görə: zəruri və qeyri-zəruri; 

stabilliyə görə: daimi və dəyişkən; 

indikasiyaya (təsvirə) görə: rəqəm və hərf-rəqəm; 

texnoloji prosesdə təyinatına görə: xüsusi, arayışı və qruplaşdırıcı.
Ən yüksək səviyyəli informasiya quruluş vahidi olan informasiya sistemi ilə 
ən aşağı səviyyəli quruluş vahidləri olan rekvizitlər arasında digər informasiya 
quruluş elementləri mövcuddur. Həmin quruluş vahidlərinə göstəriciləri, xəbərləri, 
massivləri aid etmək olar. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin