İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə24/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   20   21   22   23   24   25   26   27   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
22 
Tezaurus verilən sistemin və istifadəçinin malik olduğu xəbərlər, məlumatlar 
məcmusu anlamını verir. İnformasiyanın məna yükü (S) və istifadəçinin tezaurusu 
(S
n
) arasındakı nisbətdən asılı olaraq istifadəçi tərəfindən qavranılan və sonra öz 
tezaurusuna daxil edilən informasiyanın semantik kəmiyyəti (I
c
) dəyişir. S
n
=0 
halında istifadəçi daxil olan informasiyanı anlaya və qavraya bilmir, S
n
halında isə 
o, verilmiş hadisə ilə bağlı hər şeyi bilir və daxil olan informasiya artıq ona lazım 
deyildir. 
Hər iki halda I
c
=0
I
c
-nin maksimum qiyməti ilə S
n
arasında uzlaşma olduqda informasiya əldə 
olunur və bu halda daxil olan informasiya istifadəçi tərəfindən başa düşülür, onun 
üçün təzədir və o, tezaurusu zənginləşdirir. 
Xəbərdə olan semantik informasiyanın miqdarı, yəni istifadəçi tərəfindən 
alınan yeni biliklərin miqdarı şərti kəmiyyətdir. Belə ki, eyni bir xəbər məlumatlı 
istifadəçi üçün məna daşıyırsa, məlumatsız istifadəçi üçün mənasızdır. Eyni 
zamanda məlumatlı istifadəçi üçün anlaşılan informasiya da, onun bildiyi xəbər də 
semantik informasiyanın miqdarını dəyişmir. 
İnformasiyanın praqmatik ölçüsü dedikdə, artıq qeyd edildiyi kimi həmin 
informasiyanın idarəetmə üçün faydalılığı, qiymətliliyi başa düşülür. Bu ölçü də 
şərtidir və informasiyanın bu və ya digər sistemdə istifadəsi xüsusiyyətlərindən 
asılıdır. İnformasiyanın qiymətliliyini sistemin idarə edilməsi üçün lazım olan 
məqsəd funksiyasının ölçüldüyü vahidlərlə (və ya ona yaxın vahidlərlə) ölçmək 
məqsədə müvafiqdir. 
Y.U.Şneyder 
Avtomatlaşdırılmış idarəetmə sistemlərində 
informasiya 
əməyin 
predmeti 
və 
məhsuludur. Odur ki, informasiyanın 
keyfiyyəti sistemin fəaliyyətinin səmərə-
liliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə 
şərtləndirir. İnformasiyanın keyfiyyəti ona 
olan tələbata nəzərən qiymətləndirilə bilər. 
Həmin tələbata informasiyanın təyinatından 
ayrılıqda baxıla bilməz. Müvafiq tələbatı 
ödəməyə 
imkan 
verən 
xassələrin 
məcmusuna informasiyanın keyfiyyəti kimi 
baxmaq olar. İdarəetmədə informasiyanın 
istifadəsinin imkan və səmərəliliyi onun 
aşağıdakı istehlak göstəriciləri ilə şərtlənir: 
reprezentativlik, 
məzmunluluq, 
tamlıq, 
verilmə, dayanıqlıq, dəqiqlik, dürüstlük, 
qiymətlilik və müraciət imkanının olması. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin