İ N F O R M A T İ K A ____________________________________________________________ 19
QEYD :
Sintaksis yunan sözü olub
quruluş
,
nizam-intizam
,
tərkib
,
təqdimat
anlamını verir.
İnformasiyaya hər hansı aspektdə baxılmasından asılı olmayaraq onun
başlıca cəhəti qeyri-müəyyənliyi ləğv etməsidir.
İdarəetmə prosesində əsas məsələ hər hansı mümkün vəziyyətlər
çoxluğundan müəyyən bir vəziyyətin seçilməsi aktıdır. Seçmə isə qeyri-
müəyyənliklə (entropiya ilə) hüdudlanır və uyğun olaraq müəyyən miqdarda
informasiya alınması ilə nəticələnir.
Buradan aydın olur ki, informasiya ilə entropiya arasında mühüm əlaqə
vardır. Amerikalı mühəndis, riyaziyyatçı, görkəmli alim, Klod Şennon (1916-2001)
informasiyanı məhz bu nöqteyi-nəzərdən izah edir: “
informasiya seçmənin qeyri-müəyyənliyini ləğv etməklə onu müəyyənləşdirir ”.
Klod Elvud Şennon
Müasir informasiya nəzəriyyəsinin
banisi, amerikalı alim Klod Şennon
tərəfindən təklif olunmuş informasiya ölçüsü
(sintaksis) hazırda çox geniş yayılmışdır.
Klod Şennona görə informasiya ölçüsü baş
vermiş və ya verəcək hadisələrin qeyri-
müəyyənliyinin ölçüsü ilə əlaqədardır.
Qeyri-
müəyyənliyin
ölçüsü
entropiya dır.
Sistemdə qeyri-müəyyənlik nə qədər yüksək
olarsa, entropiya bir o qədər böyük olur.
Lakin sistem nə qədər nizamlı və mütəşəkkil
olarsa və onun vəziyyəti haqqında doğru
mühakimə yürütmək imkanı böyüyərsə,
onda entropiya bir o qədər azalır. Beləliklə,
idarəetmə
(informasiyanın
alınması,
saxlanması, təhlili prosesi) sistemdəki
entropiyanı azaltmağa xidmət edir.
Buna görə də seçmə və idarəetmə aktı həm təsadüfi, həm də məqsədyönlü
ola bilər. İdarəetmə aktı məqsədyönlüdürsə, bu “
qərar qəbul edilməsi
” adlanır.
İnformasiyanın sintaksis ölçüsü məsələsində ilkin, həmçinin uğurlu yanaşma Klod
Elvud Şennona müəyəssər olmuşdur.