İ N F O R M A T İ K A
____________________________________________________________ 25
bilməz. İdarəetmə informasiyası öz tərkibinə görə zəngindir və ona sosial, texniki,
hüquqi və digər informasiya növləri də aiddir.
Bununla belə, iqtisadi informasiya maddi istehsal sferasında istehsalın idarə
edilməsi amili kimi istifadə olunur.
İqtisadi informasiyanın əsas xassələri aşağıdakılardan ibarətdir:
iqtisadi informasiya iqtisadi-təsərrüfat fəaliyyətini natural və dəyər
göstəriciləri ilə əks etdirir;
iqtisadi informasiyanın əsas kütləsi diskretdir, başqa sözlə fasilələrlə qəbul
edilir və işlədilir;
müxtəlif maddi daşıyıcılarda (məsələn, sənədlərdə, perfokatlarda, maqnit
daşıyıcılarında, lazer disklərində, fləşlərdə və s.) əks oluna bilər;
iqtisadi informasiya sonlu nəticələr şəklində ifadə olunur;
iqtisadi informasiya əsasən xətti şəkildə ifadə olunur və sənədlərin
yazılışında adətən sətirlər və ya sütunlardan ibarət cədvəllərdən istifadə
edilir;
iqtisadi informasiya çox böyük həcmə malikdir. İqtisadi proseslərin baş
vermə məkanı genişləndikcə iqtisadi informasiyanın artım tempi bu
genişlənməni həmişə qabaqlayır, əksər hallarda isə çox böyük həddə baş
verir;
iqtisadi informasiya kütləvi və təkrarlanandır. Bu xassə iqtisadi sistemin
dinamikliyi və mürəkkəbliyindən, dövri baş verən proseslərin
mövcudluğundan irəli gəlir;
iqtisadi informasiyanın xeyli hissəsi bilavasitə işlənilir və sadəcə olaraq bir
sənəddən digərinə köçürülür;
iqtisadi informasiyanın tərkibindəki nisbi sabit informasiyanın xüsusi çəkisi
yüksək olur;
iqtisadi informasiyada qruplaşdırma əlamətləri çoxsaylıdır;
iqtisadi informasiya adətən uzun müddət ərzində saxlanır;
iqtisadi informasiyada sabit informasiyanın xüsusi çəkisi yüksəkdir, insanın
dərk edə biləcəyi formada sənədləşdirilir, işlənəcək ilk məlumatların həcmi
çox olur və s.
Dostları ilə paylaş: