İ N F O R M A T İ K A ____________________________________________________________
418
1991-ci il
.
Yalnız virus yaratmaq üçün yazılmış ilk VCS v1.0 adlı proqram işıq üzü
görür.
1993-cü il
.
SatanBug virusu ABŞ-ın paytaxtı Vaşinqtonda yüzlərlə kompüteri
yoluxdurur. Hətta Ağ Evin kompüterləri virusa yoluxmuşdu. Federal Təhlükəsizlik
Bürosu 12 yaşlı yeniyetmə müəllifi həbs edir.
Görkəmli şəxsiyyətlərin adları ilə bağlı olan, müəyyən tarixdə aktivləşən
viruslar da peyda oldu. Bu tarix Mao Dze Dunun təvəllüd tarixi, Yeni il günü və
i.a. ola bilərdi. Bu tip virus ilk dəfə The New York Times qəzetini hədəfə aldı və
qəzetə Böyük məbləğdə ziyan vurdu.
1994-cü il
.
Böyük Britaniyada, ABŞ-da, Norveçdə bir-sıra virus müəllifləri həbs edildi.
1995-ci il
.
Microsoft korporasiyası Windows-95-in beta-versiyasını virusa yoluxmuş
disketlərdə dünyaya yaydı. Müəyyən proqramların proqram platformalarını
dağıtmağa hesablanmış makroviruslar meydana çıxdı. Concept adlı makrovirus
Microsoft Word proqramını zədələdi.
1998-ci il
.
Kaliforniyalı iki yeniyetmənin yazdığı virus Pentaqonun 500-dən artıq
kompüterini sıradan çıxardı. Bu münaqişədən sonra ABŞ Müdafiə Nazirliyində belə
bir nəticəyə gəldilər ki, kiberfəzadakı hücumlar ənənəvi döyüşdən heç də az
təhlükəli deyildir. Hərbi analitiklər ilk dəfə “kompüterin qızğın silahlanması”
terminindən istifadə etdilər.
1999-cu il
.
İlk dəfə dünya miqyasında kompüter virusu epidemiyası baş verdi. Melissa
adlı virus 10 minlərlə kompüteri yoluxduraraq ölkəyə 80 milyon dollar ziyan
vurdu. Bu münaqişədən sonra antivirus proqramlarına tələb kəskin şəkildə artdı.
2000-ci il
.
Melissa virusunun rekordunu I Love You! virusu qırdı. Bu virus bir-neçə saat
ərzində milyonlarla kompüteri yoluxdurdu. İstintaq aşkar etdi ki, bu virusu
filippinli tələbə yazıb və heç bir cəza almayıb. Çünki Filippin qanunları bu cür
əməllər üçün heç bir cəza nəzərdə tutmamışdı. Həmin il kompüter viruslarına
qarşı beynəlxalq razılaşma imzalandı.
DOS-a edilmiş hücumlar nəticəsində onlarla populyar saytlar, o cümlədən,
Yahoo, eBay, Amazon şəbəkədən vurulub-çıxarıldı, çünki İnternet-server elə
böyük yüklənmələrə məruz qaldı ki, sonda server imtina edəsi oldu. Hücum
mexanizmi belə idi: 10 minlərlə kompüter yoluxduruldu ki, bunun nəticəsində də
hücuma məruz qalan saytlar şəbəkədən vurulub-çıxarılsın. İstintaq göstərdi ki,
hücum Kaliforniya universitetinin tədris mərkəzində istifadə olunan
kompüterlərdən həyata keçirilmişdir. Lakin ziyankarlar aşkar edilmədiyindən
məsələ həll edilməmiş qaldı.
2001-ci il
.