İ N F O R M A T İ K A
____________________________________________________________
420
“Dedicated” virusunun peyda olması ilə bağlı idi. Sözügedən virus MtE adlı ilk
polimorfik generatorda yerləşdirilmişdi. Çox keçmədi ki, həmin polimorfik
generator obyekt modula (OBJ-fayla) çevrildi. Beləliklə, adi virusun OBJ-fayla
keçirilməsi ilə polimorfik-mutant almağa imkan yarandı.
1993-cü il polimorfik virusların kütləvi istehsalı ili oldu. Nəticədə: Bootache,
CivilWar (dörd versiyada), Crusher, Dudley, Fly, Freddy, Ginger, Grog, Haifa,
Mochtezuma (iki versiyada), MVF, Necros, Nukehard, PcFly (üç versiyada),
Predator, Satanbug, Sandra, Shoker, Todor, Tremor, Trigger, Uruguay (səkkiz
versiyada) və s virusları yarandı.
Polimorfik viruslarla yanaşı, polimorfik generatorlar da inkişaf etdirilir və
təkmilləşdirilirdi. 1993-cü ildə artıq 7 polimorfik kod generatoru mövcud idi: MTE
0.90 (Mutation Engine), TPE-nin (Trident Polymorphic Engine) 4 müxtəlif
versiyası, NED (Nuke Encryption Device), DAME (Dark Angel’s Multiple
Encryptor).
O vaxtdan bəri hər il bir-neçə polimorfik generator yaradılır.
1992-ci il, iyulun 5-də IBM PC üçün ilk virus kodu konstruktoru – VCL (Virus
Creation Laboratory) yarandı. Bu da virus istehsalının avtomatlaşdırılması demək
idi. Bu konsrtuktor 10-15 dəqiqə ərzində 30-40 müxtəlif virus istehsal etmək
iqtidarında idi.
Dostları ilə paylaş: