İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə307/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   303   304   305   306   307   308   309   310   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 419 
20 yaşlı hollandiyalı Yan De Wit Anna Kornikova adlı məşhur virus 
yaratdığına görə mühakimə edilərək 150 saatlıq islah işləri ilə məşğul olmağa 
məcbur edildi. Məhkəmə etiraf etdi ki, bu virusun Niderland iqtisadiyyatına 
vurduğu ziyanı dəqiq müəyyən etmək mümkün deyildir. De Vitdən 7,5 minlik 
virus kolleksiyası da müsadirə edildi. De Vit hakimə bildirdi ki, yazdığı proqramın 
virus olduğundan və belə bir ziyan vura biləcəyindən xəbəri olmamışdır. 
2002-ci il

İlk dəfə virus müəllifi həbsxanaya düşdü. Melissa virusunun müəllifi 33 yaşlı 
proqramçı Devid Smit 20 aylıq həbs cəzası aldı. 
İlk dəfə virus Ümumdünya Şəbəkəsinin fəaliyyətini təmin edən 13 İnternet-
server qovşağını yoluxdurdu. Analitiklər təsdiq edirlər ki, yaxşı təşkil edilmiş və 
həyata keçirilmiş kompüter hücumu bir həftəyə İnterneti məhv edə bilər. 
2003-cü il

Yayılma sürəti rekordunu Slammer adlı “qurd” qırdı. Belə ki, 10 dəqiqə 
ərzində 75 min kompüter virusdan “xəstələnmişdi”. Virus ABŞ-ın Dövlət 
Departamentinin kompüterlərini zədələyərək verilənlər bazasını dağıtmışdı. ABŞ 
konsulluğu bu səbəbdən bütün dünyaya viza verilişini 9 saat dayandırmaq 
məcburiyyətində qalmışdı. 
İlk dəfə virus müəllifi Avropada həbsxanaya salındı. Bu, 22 yaşlı Saymon 
Vellor idi. Böyük Britaniya məhkəməsi onu Gokar, Redesi və Admirer viruslarını 
yaratdığına görə 2 il həbs cəzası ilə cəzalandırmışdı. Bu viruslar 42 ölkənin 27 min 
kompüterini yoluxdurmuşdu. 
Beləliklə, kompüter viruslarının inkişafı tarixi daha çox qızğın silahlanmanı 
yada salır. Əvvəlcə ziyanverici proqram, sonra isə ondan müdafiə proqramı əmələ 
gəlir. Bu spiralvari inkişaf nəticəsində viruslar sadə proqramlardan mürəkkəb 
komplekslərə - öz pozucu fəaliyyətlərini gizlədə bilən, kriptoqrafik və şəbəkə 
texnologiyalarından istifadə edərək gözəgörünməz ziyankarlara çevrilirlər.
Paralel olaraq antivirus vasitələri də inkişaf etdi.
İlk antiviruslar primitiv utilitlər olub, fayllarda olan məlum siqnatura 
(göstəriş, təlimat) üzrə axtarış aparıb faylı həmin siqnaturadan təmizləyirdi. İndiki 
antiviruslar isə müxtəlif proqramlardan tərtib edilmiş, müxtəlif aşkarlama və 
ləğvetmə üsullarından istifadə edən mürəkkəb komplekslərdir. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin