İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə305/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   301   302   303   304   305   306   307   308   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 417 
Şimali Karolina Universitetinin alimi Fred Koen “kompüter virusu” terminini 
kompüter aləminə daxil etdi. 
1984-cü il

Amerika yazıçısı Vilyam Qibson ilk dəfə “hiperfəza” anlayışından istifadə 
etdi. 
1986-cı il

Artıq qeyd edildiyi kimi, IBM PC üçün yaradılan ilk virus The Brain olmuşdur. 
Bunu Pakistanlı iki qardaş yaratmşdı. Bunlar Brain virusunu öz firmalarının 
proqram təminatını yerli “quldurlardan” qorumaq və onları “cəzalandırmaq” 
məqsədi ilə yaratmışdılar. Lakin tez bir zamanda bu virus sərhədləri aşdı və 
yüzlərlə kompüteri yoluxdurdu. Kompüter ictimayyəti o zamanlar hadisələrin bu 
cür gedişini qarşılamağa hazır deyildi. 
1987-ci il

Virusların yaradılması və onlarla mübarizə aparılması barədə ilk kitab yazıldı. 
Bunu amerika proqramçısı Ralf Berger (Ralph Burger) yazmışdı. Kitab “Kompüter 
virusları. Yüksək texnologiyaların xəstəliyi” (“Computer Viruses. The Decease of 
High Technologies”) adlanırdı. Kitab virus yaratmağa başlayanlar üçün “əlifba 
kitabı” kimi məsləhət görüldü. 
1988-ci il

23 yaşlı amerika proqramçısı ARPANET-i yoluxduran “qurd” yaratdı. İlk dəfə 
kütləvi yoluxma baş verdi – 6 min kompüter virusdan zərər gördü. İlk dəfə 
məhkəmə kompüter virusunun müəllifini mühakimə etdi. Müəllif 10 min dollar 
cərimə edildi və 3 il şərti iş aldı. Bu münaqişədən sonra kompüter virusları 
haqqında ciddi yazıları digər qeyri-kompüter nəşriyyatları da yaymağa başladılar. 
1989-cu il

ARPANET rəsmi olaraq İNTERNET adlandırıldı. IBM PC üçün ilk antivirus 
proqram təminatı yaradıldı. AIDS adlı ilk “troya atı” meydana çıxdı. Bu virus 
vinçesterdəki bütün informasiyanı əlçatmaz edərək ekrana belə bir yazı çıxardı: 
“Aşağıda göstərilən ünvana 189 dollarlıq çek göndərin”. Virusun müəllifi 
göndərilən pulu alan kimi həbs edildi. 
Antivirus proqram təminatı ilə “döyüşə bilən” “Tünd Qisasçı” (The Dark 
Avenger) adlı ilk virus yaradıldı. Bu virus antivirus proqramı vinçesteri yoxladığı 
məqamda da yeni-yeni faylları yoluxdurmaqda davam edirdi.
Lawrence Berkeley Laboratory-nin əməkdaşı Kliff Stoll “Ququ quşunun 
yumurtası” (The Cuckoo’s Egg) adlı kitab nəşr etdirdi. Həmin kitabda müəllif 
peyğəmbərcəsinə xəbər vermişdi ki, ümumdünya kompüter şəbəkəsi təkcə 
xeyirxah məqsədlərlə istifadə edilməyə də bilər. Belə ki, bu şəbəkə hərbçilər, 
cinayətkarlar və dələduzlar tərəfindən də fəal surətdə istifadə ediləcəkdir. K.Stoll 
hadisələrin bu məcraya yönəlməsinin qarşısının vaxtında alınması tədbirlərinin 
görülməsini təklif etmişdir. 
1990-cı il

Bu, PC Today adlı populyar kompüter jurnalı ilə bağlı məşhur münaqişə 
tarixidir. Çünki həmin jurnal öz abunəçilərinə virusa yoluxmuş disketlər yaymışdı. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin