İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə44/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   40   41   42   43   44   45   46   47   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 43 

real vaxt miqyası.
Paket rejimində tapşırıqlar paketi yerinə yetirildikdən sonra məlumatların 
təhlil edilməsi və alınmış nəticələrin istifadəçilərə çatdırılması xarakterik hesab 
edilir. Paket rejimində işləyən sistemlərə misal olaraq statistik hesabatların 
işlənməsini, vergi orqanlarının, kassa-hesablaşma mərkəzlərinin, bankların və s. 
sistemlərini göstərmək olar. Paket rejiminin əsas çatışmazlığı istifadəçinin 
informasiyasının işləməsindən ayrı düşməsi hesab edilir. Bu da idarəetmə 
qərarlarının qəbul edilməsinin operativliyini aşağı salır. 
İnteraktiv (dialoq) iş rejimində istifadəçi ilə sistem arasında informasiya 
mübadiləsi bilavasitə həyata keçirilir. İstifadəçi sorğunun nəticəsini nəzərdən 
keçirdikdən sonra qəbul edilmiş qərarı gələcəkdə təhlil etmək üçün sistemə daxil 
edir. Dialoq məsələlərinə əmək, material, maliyyə və s. resurslardan istifadə 
edilməsinin çoxvariantlı tipik dialoq məsələlərini aid etmək olar. 
Sürətlə gedən proseslərin və fasiləsiz texnoloji proseslərin idarə edilməsi 
üçün real vaxt miqyası rejimində qlobal şəbəkələrdə məlumatların ötürülməsi və 
işlənməsi istifadə olunur. 
İnformasiya sisteminin təşkilati komponentlərinin müstəqil istiqamət kimi 
müəyyən edilməsi sistemin uğurla fəaliyyət göstərməsində insan amilinin (işçi 
heyətinin) xüsusi əhəmiyyət kəsb etməsi ilə şərtlənir. Yüksək dəyərə malik olan 
məlumatların işlənmə sisteminin tətbiqindən əvvəl obyektin təşkilati quruluşunun, 
quruluş bölmələrində yerinə yetirilən idarəetmə funksiyalarının təkmilləşdirilməsi-
nə imkan verən, hər bir quruluş bölməsində ştat cədvəli və işçilərin say tərkibini 
müəyyən edən, məlumatların işlənmə sisteminin fəaliyyəti şəraitində idarəetmə 
heyətinin vəzifə təlimatlarının işlənib hazırlanmasında istifadə edilən üsul və 
vasitələrin məcmusu başa düşülür. 
İnformasiya sistemlərinin tətbiqi obyektlərin təşkilati quruluşunun 
təkmilləşdirilməsi üçün əlverişli şərait yaradır. Belə ki, quruluş bölmələri üzrə 
idarəetmə aparatı işçilərinin sayının hesablamasından başqa, elmi cəhətdən 
əsaslandırılmış qaydada müəyyən edilir. 
Bu zaman aşağıdakı problemlərin həlli həyata keçirilməlidir: 

hər bir işçinin müvafiq olduğu quruluş bölməsinə düzgün ad verilməsi; 

işçinin iş yükünün müəyyən edilməsi ilə yanaşı boşdayanma hallarına yol 
verilməməsi; 

məlumatların işlənmə sisteminin fəaliyyəti şəraitində (xüsusilə qəza halları 
baş verən zaman) heyətin vəzifə təlimatlarının işlənib hazırlanması. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin