İ N F O R M A T İ K A
____________________________________________________________
48
və
idarəetmədə
qərarların hazırlanması
və qəbulu üçün informasiya
sistemlərinin uğurlu və səmərəli tətbiqinə imkan verən şərtləri müəyyən
etməkdən ibarətdir.
Qeyd etmək lazımdır ki, burada söhbət informasiya
sistemlərinin texnoloji
məhsuldarlığından deyil, məhz iqtisadi səmərəliliyindən gedir.
Beləliklə, bu qənaətə gəlmək olar ki,
iqtisadi informatika iqtisadi
vahidlərin informasiya sistemlərinin köməyi ilə idarə edilməsi
problemlərini
öyrənir.
VERİLƏNLƏRİN, İNFORMASİYANIN VƏ BİLİYİN
XASSƏLƏRİ
Verlənlərin xassələri aşağıdakılardır:
prezentativlik (təqdimatlılıq) - hadisəni
adekvat təsvir etmək;
dəqiqlik.
Dəqiqlik də öz növbəsində aşağıdakı kimi təsnif olunur:
formal dəqiqlik - təklik mərtəbədəki rəqəmin göstərilməsi;
real dəqiqlik – təklik mərtəbədəki rəqəmin gerçəkliyinə təminat verilməsi;
maksimal və ya əldə edilmiş dəqiqlik – xüsusi yığım şəraitində əldə edilən
dəqiqlik;
lazımi dəqiqlik – məsələnin tələbinə uyğun dəqiqlik.
Gerçəklik – obyektin tələb olunan dəqiqliklə təsviridir. Cayqou prinsipinə
görə, “
keyfiyyətsiz veriləndən faydalı informasiya alına bilməz
”. Ölçmələr
aparılarkən yaranmış xətalar gerçəkliyin səviyyəsinə mənfi təsir göstərir.
Gerçəkliyin səviyyəsinə təsir edən xətanı yaradan
amillər təyin edilə biləndirsə,
verilən etibarlı hesab edilir.
Beləliklə, yaxşı verilən dedikdə, təqdimatlı, dəqiq və etibarlı verilən nəzərdə
tutulur. Faydalı informasiya yalnız yaxşı veriləndən alınır.
İnformasiyanın aşağıdakı xassələri vardır:
aktuallıq – qərar qəbulu məqamına yararlı olmaq. Bu, verilənin
reprezentativliyi hesabına baş tutur. Verilən köhnəldikcə, aktuallaşdırma və
ya yeniləşdirmə həyata keçirilir.
məqamlılıq – informasiyanın qərar qəbulu məqamına alınması. Gecikən
informasiya lazımsızdır. Vaxtından əvvəl alınmış
informasiya isə qərar
qəbulu məqamında aktuallığını itirə bilər.
Veriləni informasiyaya çevirən emal prosesi adekvat və gerçəkdirsə, onda
alınan informasiya da dəqiq və etibarlı sayılır.
Biliyin xassələrinə bunlari aid etmək olar.
Bilik predmet və ya konkret,
konseptual və ya ümumiləşdirici və metabilik şəklində ola biləndir. Konkret bilik
konkret oblasta aid informasiyadan yaranır. Konseptual bilik metodoloji xarakterli
olur. Metabilik bilik haqqında bilikdir (məsələn, Mendeleyev
elementlərin dövrü