İ N F O R M A T İ K A ____________________________________________________________ 61
göstərirdilər.
“,” işarəsinin hesablama əməliyyatlarında istifadəsini şotlandiyalı riyaziyyatçı
Con Neper təklif etmişdir.
- kökaltı işarəsi latın hərfi r –dən (radix – корень – kök) əmələ
gəlmişdir. Bunun danılmaz olduğuna o qədər də inanmaq olmaz.
( və ) işarələri XVIII əsrdən istifadə olunmağa başlanılmışdır. Onlardan
istifadəni rus akademiki Eyler 1770-ci ildə təklif etmişdir.
Zaman keçdikcə müxtəlif sahələrin, həmçinin riyaziyyat elminin inkişafı
hesablama işlərinin daha da təkmilləşdirilməsinə gətirib çıxarırdı. Odur ki, alimlər
qarşısında
duran
əsas
məsələlərdən
biri,
hesablama
prosesinin
mexanikləşdirilməsi problemi idi.
XVII əsrin əvvəllərindən başlayaraq bu problem müəyyən şəkildə həll
olunmağa başlayır. Bu dövrdə loqarifm xətkeşinin meydana gəlməsi ilə təkcə
toplama və çıxma əməlləri deyil, vurma, bölmə, qüvvətə yüksəltmə, kökalma
əməllərini də asanlıqla yerinə yetirmək mümkün oldu.
QEYD : 1620-ci ildə Edmund Günter (1581-1626) Paris Elmlər
Akademiyasında hazırladığı hesablama xətkeşini nümayiş etdirir. Xətkeşin
köməkliyi ilə ədədlərin üzərində hesablama əməliyyatları ilə yanaşı ədəddən
kökalma, kvadrata yüksəltmə, ədədin kub kökünü almaq, triqonometrik
funksiyaları hesablama və s. əməliyyatları yerinə yetirmək mümkün idi. Müasir
dövrdə istifadə edilən loqarifm xətkeşinin prototipini ingilis R.Bissakeri
düzəltmişdir (1654-cü il). Sonrakı illərdə (1851-ci ildə) loqarifm xətkeşinin
təkmilləşdirilməsi fransız Manheqmə məxsusdur. XIX əsrin sonlarında müəllif
loqarifm xətkeşinin fabriklədə külli istehsalına nail olur.
1630-cu ildə düzəldilmiş loqarifm xətkeşi