İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə55/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   51   52   53   54   55   56   57   58   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 59 
Uzun illər ərzində dəyişikliyə məruz qalmış ərəb rəqəmlərinin yazılışı 
Ərəb dilində “sıfır” sözü boşluğu ifadə edir (sanskrit sözü olan “sunya”da 
həmin mənanı verir). XV əsrdə latın termini “nul” meydana çıxır (nullum – heç bir 
şey, heç nə anlamını verir) və buna baxmayaraq “sıfır” sözü XVII əsrə kimi öz 
mənasını itirməyir. 
Rusiyada da “nul”u ifadə etmək üçün “sıfır” sözündən istifadə edirdilər. 
1703-cü ildə dövrünün sayılan alimlərindən olan Maqnitski yazdığı “Arifmetika” 
əsərində hesablama aparmaqdan ötrü 1,2,3,4,5,6,7,8,9,0 rəqəmlərindən istifadə 
olunmasndan söhbət açırdı, amma sonuncu rəqəmin heç bir məna kəsb 
etmədiyini də qeyd edirdi. 
Vena şəhərində İstanbuldan gətirilmiş XV əsrə aid əlyazmada yunan 
rəqəmlərinin (“sıfır”dan istifadə olunmaqla) işarələri göstərilir. Ərəb traktaktlarının 
latın dilinə çevrilmiş yazılarında isə “0” işarəsi circulus (dairə) adlandırılır.
Maya təqvimində ayın günlərinin sayılması sıfır ilə başlayırdı (onlar “sıfır”ı 
Axay adlandırırdılar). 
İndiki zamanda hamıya təəcüblü gələr ki, o dövrdə avropa riyaziyyatçıları 
“sıfır” haqqında heç bir məlumata malik deyildilər. Sıfır haqqında 
məlumatlandıqda belə onlar bu rəqəmdən istifadə etməməyə çalışırdılar. Avropalı 
alimlərin fikri belə idi – heç bir məna kəsb etməyən rəqəm kimə lazımdır, çünki ilk 
avropa hesablama sistemi sıfır tələb etmirdi. Bununla yanaşı o dövrdə istifadə 
olunan mövqesiz say sistemində “sıfır”dan istifadəyə ehtiyac duyulmurdu 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
60 
(məsələn, 20 rəqəmi XX kimi, 30 rəqəmi XXX və s. göstərilirdi). 
Maya hesab sistemində “sıfır”ın (boş balıqqulağı) işarəsi 
 
Mövqeli say sistemindən ilk istifadə edənlər babililər olmuşdur. Buna əsas 
səbəb “sıfır”ın onlar tərəfindən “aralıq” kimi göstərilməsi idi. Babililər aralığı sıfır 
ilə əvəz etdikdən sonra ədəddə hər yeni gələn mərtəbənin öndəkindən on dəfə 
böyük olduğunu qeyd edirlər. 
Qeyd etmək lazımdır ki, hal-hazırda istifadə olunan mövqeli say sistemi bizə 
babililərdən miras qalmışdır.
 
İtaliyalı rahib Beda Dostopoçtennıy ədədlərin barmaqların köməyi ilə 
milyona qədər təsvir olunmasını və onlar üzəründə riyazi əməllər aparılmasına 
dair elmi əsərində yazırdı: “Dünyada müəyyən çətinliklərlə yerinə yetirilən işlər 
var, amma bu işlərdən ən çətini dörd riyazi əməli yerinə yetirməkdir”. 
QEYD
: Hal-hazırda istifadə olunan riyazı işarələrin yaranma tarixi çox da 
uzaq keçmişə gedib çıxmır. 
Məsələn, “=” işarəsindən istifadəni 1557-ci ildə ingilis Robert Rikord 
hazırladığı “Cəbr” dərsliyində təklif etmişdir. 
Cəbr ərəb sözüdür, zorakılıq, əzici, məcburiyyət mənasında işlədilir. 
“+” və “-” işarələrindən keçmiş zamanlarda şərabçılar hazırladığı çaxırı 
satmaq üçün ölçü vahidi kimi istifadə edirlərmiş. Latınca cəmi işarə etmək üçün 
“a et b” işarəsindən istifadə edilirmiş, sonralar yazı tədricən qısaldılaraq “a t b” 
kimi, daha sonra isə “a+b” kimi yazılırmış. Hesab kitablarında işarələrin yerinə 
latın hərflərindən istifadə edilməsi barədə də məlumat verilir. Hesablamada 
istifadə edilən “plyus” – p kimi, “minus” isə - m kimi istifadə olunurmuş. 
Vurma və bölmə əməliyyatlarını yerinə yetirən “.” və “:” işarələri alman 
riyaziyyatçısı Leybnis tərəfindən təklif olunmuşdur və XVII əsrdən başlayaraq 
istifadə olunmağa başlanıldı. İşarələrdən istifadəyə qədər vurmanı M 
(multiplication) kimi, bölməni isə D (division) kimi hərflərindən istifadə etməklə 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin