İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


calculi  adlandırırdılar. Yəqin ki, müasir dövrdə istifadə  olunan hesablama alətinə bu baxımdan  kalkulyator



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə54/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   50   51   52   53   54   55   56   57   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

calculi 
adlandırırdılar. Yəqin ki, müasir dövrdə istifadə 
olunan hesablama alətinə bu baxımdan 
kalkulyator
adını vermişlər.
Müasir dövrdə istifadə olunan onluq say sistemi bu qaydaya əsaslanaraq 
yaranmışdır. 
Əkinçiliyin, heyvandarlığın, sənətkarlığın və ticarətin inkişafı ilə əlaqədar 
olaraq hesablama aparmağa olan tələbat günü-gündən artırdı. Artıq insanlar 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
58 
yaddaşlarında daha çox məlumat saxlamağa məcbur olurdular. Bunun üçün əvvəl 
qeyd edildiyi kimi xırda daşlar və ağac parçaları ilə hesablamaların aparılması 
yaramırdı. Odur ki, hesabat aparmaq üçün müəyyən say simvolları tələb 
olunurdu. 
Vavilon (Babilistan), Misir, sonralar isə Yunanıstanda ədədləri göstərmək 
üçün müəyyən işarələrdən istifadə etməyə başlayırlar. Amma ədədlərin yazılışı o 
qədər də mükəmməl deyildi, onlardan istifadə edərək əməliyyat aparmaq yalnız 
xüsusi savada malik adamlara nəsib idi. 
QEYD
: İlk olaraq rəqəmlərin onluq say sistemində yazılması Hindistanda 
baş vermişdir. Bu təxminən bizim eranın beşinci yuzilliyinə təsadüf edir. O dövrdə 
hindli alim Ariabxata astronomiyada hesabatların aparılmasına həsr etdiyi 
“Ariabxatim” adlı elmi əsərində onluq say sistemi nəzəriyyəsini verir və ondan 
istifadə yollarını şərh edir. Təxminən 100 il sonra digər hindli alim hesabatların 
aparılmasında onluqlardan və yüzlüklərdən istifadə olunması yollarını izah edir və 
ən əsası “sıfır” anlayışını verir.
Maraqlıdır ki, istifadə edilən bütün rəqəmlər (1-dən 9-a kimi) öz yazılış 
formalarını dəyişsələr də, dəyişməyən ancaq “sıfır” olmuşdur. 
Ərəblər Hindistanı zəbt etdikdən sonra rəqəmləri öz ölkələrinə gətirirlər və 
həmin vaxtdan sonra rəqəmlər bütün dünyada ərəb rəqəmləri kimi tanınırlar. Bu 
işdə həlledici rolu böyük özbək alımı Məhəmməd ibn Musa əL-Xorəzmi (IX əsrin 
başlanğıcı) oynayır. Rəqəmlərin yazılış qaydası öncə latın dilində Şərqi Avropaya 
(XII əsr), oradan isə İtaliyaya daxil olur. Avropalılar hesablamaların aparılmasında 
istifadə etdiyi rəqəmləri “ərəb” rəqəmləri adlandırırdılar. İndiki zamanda da 
rəqəmlər belə adlandırılır. 
Ərəb rəqəmlərinin Avropada təbliği italiyalı riyaziyyatçı Leonardo 
Fibonaççinin adı ilə bağlıdır. 1202-ci ildə alımin yazdığı “Abak haqqında kitab” 
əsərində doqquz hind işarəsinin 9,8,7,6,5,4,3,2,1 ardıcıllığı ilə düzüldüyü barədə 
məlumat verilir və qeyd edilir ki, ərəbcə 
zephirum
adlanan işarənin köməyi ilə 
istənilən sayda rəqəm yazmaq mümkündür. Alimin apardığı təbliğat avropa 
alımlərinə (professorlar heyyətinə) o qədər də maraqlı olmur və nəticədə onlar 
hesablama işlərində ümumiyyətlə şübhəli rəqəm sayılan “0”-dan istifadə 
etməməyi məsləhət görürlər və hesablama işlərini qədimdən qalma antiq sistemin 
köməyi ilə və ya abakdan istifadə etməklə həyata keçirməyə üstünlük verirlər. O 
ərəfədə italiyalı riyaziyyatçı Ceronimo Kardan (1501-1576-cı illər) “0”-dan istifadə 
etmədən kvadrat və kub tənliklərinin həll edilməsini (hesablama son dərəcə çətin 
həyata keçirilsə də belə) nümayiş etdirir. Buna baxmayaraq, ərəb hesablama 
sistemindən tacirlər və bankirlər hesablama aparan zaman geniş istifadə edirlər 
və bunun ticarət etmək üçün əvəzsiz sistem olduğunu yüksək səviyyələrdə 
dəfələrlə qeyd edirlər. Ərəb hesablama sisteminin avropa elmində qəti tətbiq 
olunması XVIII əsrin başlanğıcına təsadüf edir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin