İ N F O R M A T İ K A
____________________________________________________________ 63
Görkəmli alim V.Şikkard və onun hesablama mexanizmi
1642-ci ildə fransız mexaniki Blez Paskal dörd riyazi əməli (vurma, bölmə,
toplama, çıxma) yerinə yetirə bilən çarxlı mexaniki hesablama maşını düzəldir və
bir il sonra bu maşını nümayiş etdirir. Bu maşından o dövrdə vergilərin yığılması
zamanı hesabatlar aparmaq üçün müvəffəqiyyətlə istifadə edilirdi.
Blez Paskal və onun hazırladığı çarxlı hesablama maşını
İqtisadi məsələlərin həllində istifadə edilən çarxlı hesablama maşını o
dövrdə cəmiyyətin buna hazır olmaması üzündən geniş tətbiq tapmamışdır.
Elmi araşdırmalar nəticəsində
sonralar məlum olur ki, hesab əməllərini
yerinə yetirə biləcək mexaniki hesablama maşınının iş prinsipini V.Şikkarddan və