İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə60/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   56   57   58   59   60   61   62   63   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
68 
avtomatik masaüstü hesablayıcı maşının əsasını təşkil edən mexanizmin işləmə 
prinsipini verir və həmin ildə də hazırladığı maşını Parisdə yerləşən “İncəsənət və 
sənətkarlıq” muzeyinə hədiyyə verir. Sonrakı illərdə alim hazırladığı hesablama 
maşınına köməkçi qurğu kimi əlavə edilən “vuran-bölən” qurğusunu hazırlayır. 
Müəyyən çətinliklərlə üzləşən alim hazırladığı qurğuların istehsalını həyata keçirə 
bilmir, nəticədə bu qurğunu da həmin müzeyə bağışlayır. 
Pafnutiy Lvoviç Çebişev və onun icad etdiyi mexanizm 
1912-ci ildə isə rus alimi, hərbçi A.N.Krılov dörd dərəcəli differensial 
tənlikləri həll etmək üçün əlverişli olan mexaniki inteqrator düzəldir. 
 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 69 

 
 
A.N.Krılov və onun hazırladığı mexaniki inteqrator 
Universal hesablama maşınının yaradılması ideyası görkəmli ingilis alimi 
Çarlz Bebbicə mənsubdur. Bu ideyaya görə hesablama maşını “dəyirman”dan 
(yəni, riyazi-məntiqi qurğudan) və “anbar”dan (yəni, yaddaş qurğusundan) ibarət 
olmalı idi. 
Çarlz Bebbic və onun hazırladığı mexaniki hesablama maşını 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
70 
Bundan əlavə verilənləri maşına daxil etmək üçün perfokartdan istifadə 
edilməli idi. XIX əsrin birinci yarısında, təxminən 1830-cu ildə alim 40 il zəhmət 
çəkərək proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan 
hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərilir. Maşına programın 
perfokartlardan daxil edilməsi, verilənlərin və nəticələrin isə yaddaşda saxlanması 
nəzərdə tutulurdu. 
Verilənlərin hesablama maşınına daxil edilməsi üçün perfokart hazırlayan qurğu 
Lakin o zamanlar texnikanın səviyyəsi bu cür mürəkkəb maşını yaratmağa 
imkan vermədi. Amma Ç. Bebbicin fikirləri sonradan universal kompüterlərin 
yaradılmasının əsasını qoydu. 
QEYD
: 1906-cı ildə Çarlz Bebbicin oğlu Henri Bebbic R.W.Munro firmasının 
köməkliyi ilə atasının buxar ilə işləyən analitik hesablama maşınının yeni variantını 
hazırlayır. Analitik maşın nöqsansız işləsədə belə maşının istehsalı baş tutmur, 
Ç.Bebbicin analitik maşını tam olaraq işıq üzü görmür.
XIX əsrin sonunda German Hollerit perforator, nəzarət və çeşidləyici 
maşınlar sistemi yaratdı ki, bu da ilk dəfə 1887-ci ildə statistika məsələsinin 
həllinə tətbiq edildi. 1896-cı ildə G.Hollerit maşınları ABŞ-da əhalinin siyahıya 
alınmasında istifadə edildi və əmək məhsuldarlığını 4 dəfə artırdı. 1911-ci ildə 
German Hollerit IBM (

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin