İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə59/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   55   56   57   58   59   60   61   62   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
66 
 
Vilqodt Teofil Odner və onun hazırladığı arifmometr 
1886-cı ildə mexanik Dorr Felt ilk kalkulyator yaradır və onu “Komptometr” 
adlandırır. Qurğuya verilənlər klavişlərin köməkliyi ilə daxil edilirdi. Nəticədə 
hesablama əməliyyatını aparmaq həddindən artıq asanlaşırdı. Ədədlərin 
klavişlərin köməkliyi ilə qurğuya daxil edilməsi operator tərəfindən elə sürətlə 
yerinə yetirilirdi ki, hesablamanın nəticəsi hətta keçən əsrin ortalarında istehsal 
olunan ilk elektron hesablama maşınlarından da sürətlə alınırdı.
Hesablama alətini çox vaxt arifmometrin gələcək nəsli də adlandırırdılar. 
Komptometr ədədlər üzərində toplama, çıxma, vurma və bölmə əməliyyatlarını 
böyük sürətlə yerinə yetirə bilirdi. 1889-cu ildə Dorr Felt yaradığı qurğuya patent 
alır. Təkmilləşdirilmiş qurğu artıq alınmış nəticəni çap da edə bilirdi. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 67 
V. Y. Bunyakovskiy və onun hazırladığı “Rus özühesablayan” qurğusu 
Keçən əsrin 30-cu illərində hesablama qurğusunun elektrik ötürücüsü ilə 
işləyən variantı hazırlanır (qurğuya “K” şərti adı verilir). 1961-ci ildə ixtiraçının 
adını daşıyan D.Felt şirkəti “komptometr”in iş prinsipinə əsaslanaraq işləyən 
ANITA Mark VII elektron kalkulyatorunun külli istehsalına başlayır. 
 
Dorr Feltin yaratdığı komptometrlər 
(ortada nəticəni çap edə biləcək qurğu, sağda ANITA Mark VII elektron 
kalkulyatoru) 
Məşhur rus riyaziyyatçısı Pafnutiy Lvoviç Çebişev öz tədqiqatlarını əsasən üç 
istiqamətdə aparırdı: ədədlər nəzəriyyəsi, ehtimal nəzəriyyəsi və mexanizmlər 
nəzəriyyəsi. Alim 1876-cı ildə Fransada keçirilən 5-ci sessiyada “Fasiləsiz hərəkət 
edən cəmləyici maşın” adlı məruzə ilə çıxış edir və hesablama maşınının 
nümayişini təşkil edir. 1878-ci ildə P.L.Çebişev müasir dövrdə istifadə edilən 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin