İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə104/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   156
nformatikanin saslari

Sətir və sütunlar.


Bildiyiniz kimi, cədvəllər sətir və sütunlardan ibarət olur. Excel XP-də görəcəyiniz işlər əsasən cədvəllərlə bağlıdır. Qarşınızda sətirlərdən və sütunlardan ibarət geniş bir sahə vardır. Bu sətir və sütunların kəsişdikləri yerlər də hücrələrdir168.
Bir işçi səhifədə neçə sətir sütun vardır? - Microsoft Excel XP işçi səhifələrinin hər birində 65536 sətir və 256 sütun vardır. Sətir və sütunların sayını bir- birinə vurduqda, bir işçi səhifədə 16777216 ədəd hücrə olduğu aydın olur. Ancaq bu rəqəm Sizin üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Çünki heç bir vaxt 65536 sətirdən və 256 sütundan ibarət bir cədvəl tərtib edəcəyiniz yəqin deyildir.
İşçi səhifədə hər sətrin bir nömrəsi və hər sütunun da bir adı vardır. Əslində istər nömrə, istərsə də ad olsun, bunlar sətir və sütun başlıqları adlanır. İşçi sahə parametrlərini dəyişdirərək sətir nömrələri və sütun adları əvəzinə başqa adlardan da istifadə edə bilərsiniz.
Sətir nömrələri və sütun adları olmadan işinizi planlaşdırmağınız və nəzarət altına almağınız mümkün deyildir. Hər hansı bir məlumatın səhifənin harasında olduğunu müəyyən etmək və digər məlumatlarla əlaqələndirmək üçün bunlardan mütləq istifadə etmək məcburiyyətindəsiniz.
Bir işçi səhifədə 256 sütun olduğunu bildirmişdik. Sütunlar hərflərlə adlandırılır. İlk sütun A, sonrakı B, daha sonrakı C və s. kimi adlandırılır. Z sütunundan sonrakı sütunlar
168 xanalar
iki hərflə: AA, AB, AC və s. kimi adlandırılır. AZ sütunundan sonra BA, BB, BC, ..., BZ kimi davam edir və bu qayda ilə sonuncu sütunun adı IV olur.
Sətirlərin nömrəsi isə rəqəmlərlə 1, 2, 3 və s. göstərilir. Axırıncı sətrin nömrəsi 65536-

dır.

Sətir və sütunlar üzərində hansı əməliyyatları apara bilərsiniz? - İki


sətir/sütun arasına yeni sətirlər/sütunlar əlavə edə, mövcud sətir/sütunu silə, sətir/sütunları gizlədə, sətirlərin yüksəkliyini və sütunların genişliyini istədiyiniz kimi dəyişdirə bilərsiniz.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin