İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə107/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   156
nformatikanin saslari

Şəkil 10. Alınacaq maaşın hesablanması

E3 hücrəsinə yuxarıda göstərdiyimiz ifadəni daxil etdiyiniz zaman, hücrə içərisində ifadənin özü deyil, nəticəsi görünəcəkdir. İfadənin özü isə ancaq bu hücrə aktiv olduğu (yəni, seçildiyi) zaman formul çubuğunda (formula bar) görünə bilər.


Şəkildə sütun adlarının yuxarısında, sol tərəfdə E3 yazılmış sahəyə ünvan sahəsi və ya ad sahəsi deyilir. Hansı hücrədə olduğunuzu müəyyənləşdirmək üçün heç də həmin hücrənin yerləşdiyi sütun adına və sətir nömrəsinə baxmağa ehtiyac yoxdur. Bunun əvəzinə ünvan sahəsinə baxaraq hücrə ünvanını görmək kifayətdir. Ünvan sahəsinin sağında, =D3*0.66 ifadəsinin göründüyü yerə formul çubuğu deyilir.
 Formulları yazarkən mütləq ―=― işarəsi ilə başlamaq lazımdır. Bu işarə ilə başlamayan formul ifadələri mətn kimi qəbul edilir və hücrə içərisində nəticə deyil, formulun özü görünür.
 Kəsr ədədləri daxil edərkən ―.― (nöqtə) və ya ―,― (vergül) işarəsindən istifadə edilə bilər. Bu da Windows-un parametrlərinin necə qurulmasından asılıdır. Bu parametr- ləri Control Panel (Панель управление-İdarə Etmə Paneli) pəncərəsindəki Regional Setting (Ölkə Qurmaları) piktoqramı üzərində ikiqat sıxaraq açılacaq dialoq pəncərəsində dəyişdirə bilərsiniz.
İlk sıradakı şəxs üçün alınacaq maaşı hesabladıqdan sonra, növbəti hər şəxs üçün oxşar formulları tək-tək daxil etmək lazım gəlmir. E3 hücrəsindəki formulu aşağıdakı hücrələrə köçürərək, digər şəxslər üçün də alınacaq maaşları çox asanlıqla hesablaya bilərsiniz.

Sahə ünvanı.


Sahə ünvanı iki və daha artıq hücrə ünvanını ifadə edən və bir ünvan formasıdır. Məsələn, ümumi və ya alınacaq maaşın cəmini tapmaq istədikdə alt-alta yerləşmiş bu hücrələrin genişlik ünvanından istifadə edəcəksiniz. Bu əməliyyatı aparmaq üçün sahə ünvanından istifadə etmək məcburiyyətində deyilsiniz, ümumi və ya alınacaq maaşların ən aşağısındakı boş hücrələrə aşağıdakı ifadəni daxil edə bilərsiniz:
=D3+D4+D5+D6
=E3+E4+E5+E6
Bir neçə şəxs üçün bu formada yazmaq mümkündür. Ancaq siyahıda yüzlərlə şəxs olarsa, bu ifadəni yazmaq çətin olur. Bu halda sahə ünvanından və standart funksiyalardan istifadə etmək məqsədəuyğundur:
=SUM(D3:D6)
=SUM(E3:E6)
Buradakı D3:D6 və E3:E6 ifadələri bir sahə ünvanıdır. D3:D6 ifadəsi D3 ilə D6 arasındakı bütün hücrələri göstərir, yəni, D3, D4, D5, D6. Sahə ünvanı bu şəkildə də verilə bilər: D3:E6. Bu ifadə isə növbəti hücrələri göstərir: D3, D4, D5, D6, E3, E4, E5, E6.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin