Şəkil 9. Sadə bir maaş cədvəli
Bu riyazi əlaqəni qurduqdan sonra, bunu Excel XP cədvəlinə çevirmək lazım gəlir. E sütununda, D sütunundakı hər ümumi maaşın yanında alınacaq maaşı necə göstərəcəksiniz? Bu əməliyyat əslində çox asanlıqla yerinə yetirilir. E sütunundakı uyğun hücrələrə yuxarıda göstərilən riyazi əlaqəni bir formul şəklində daxil etmək kifayətdir.
Hücrə ünvanlarından və formullardan istifadə etməyin əhəmiyyəti və əslində Excel XP-nin əsas məntiqi budur: formul yerləşmiş bir hücrədəki məlumatlar, onun əlaqələndirildiyi digər hücrələrdəki məlumatlar dəyişdirildiyi zaman avtomatik olaraq yenidən hesablanır. Məsələn, ümumi maaşların hər hansı biri dəyişdirildikdə, ona uyğun olan alınacaq maaş da yenidən hesablanacaqdır.
Bir hücrənin ünvanı.
Excel XP hücrələrinə ad, soyad, maaş və s. kimi hərf və rəqəm məlumatları daxil etdikdə, bəzi məlumatların da öz-özünə yaradılmasını və görünməsini istəyə bilərsiniz. Bu cür məlumatlar digər mövcud məlumatlarla əlaqələndirilmə yolu ilə yaradıla bilər. Bunun üçün yaradılacaq məlumatların digər məlumatlarla riyazi əlaqəsini qurmaq və formullar şəklində ifadə etmək lazımdır.
Formullar məlumatlar arasında əlaqə quraraq yeni məlumatlar yaratmaq üçündür. Bir formulun yazılışında, hansı məlumatlarla əlaqə qurulacağı, o məlumatın yerləşdiyi hücrənin işçi səhifə üzərindəki yeri, yəni, ünvanı göstərilə bilər.
Yuxarıda göstərdiyimiz misalda alınacaq maaşı hesablamaq üçün aşağıdakına uyğun bir ifadə yazmağınız lazımdır:
AlınacaqMaaş = ÜmumiMaaş * 0.66
İşçi səhifədə məlumatların yerləşdiyi hücrələrin ünvanlarını nəzərə alaraq bu ifadəni aşağıdakı kimi göstərə bilərsiniz:
E3 = D3 * 0.66
Bu ifadə yalnız birinci sırada yerləşən şəxs üçün münasibdir. Digər şəxslər üçün də oxşar ifadələr yazılmalıdır:
E4 = D4 * 0.66 E5 = D5 * 0.66
Yaxşı, bu ifadələri haraya və hansı formada daxil edəcəksiniz? Belə hərəkət etməlisiniz: E3 hücrəsini sıxaraq aktivləşdirməli, sonra içərisinə aşağıdakı ifadəni daxil etməlisiniz (şəkil 10.):
= D3 * 0.66
Göründüyü kimi, burada E3 hücrəsindəki məlumatı yaratmaq üçün sol tərəfindəki D3 hücrəsində yerləşən məlumatdan istifadə etdiniz. Bu baxımdan deyə bilərik ki, Excel XP- də hər hansı bir məlumatla əlaqə qurmaq üçün o məlumatın yerləşdiyi hücrənin səhifədəki yerindən, adından, ünvanından istifadə etmək lazım gəlir.
Ünvanlar hücrənin yerləşdiyi sütunun adı və sətir nömrəsinin yan-yana yerləşməsi ilə göstərilir.
Dostları ilə paylaş: |