Bu layihəni \textbook\VB\prjVB7\ adı ilə saxlamalı.
Daxiletmə və çıxarma funksiyaları.
İnputBox112funksiyası. Bu, verilənləri dialoq panelindən daxil etmək üçündür. Bu funksiyanın arqumentləri 3 sətirdən ibarətdir və funksiyanın aldığı qiymət də sətirdir: İnputBox (Dəvət$,Başlıq$,[Susma$]). Bu funksiya icra edilərkən ekrana mətn sahəsi olan dialoq paneli açılır. Panelin başlıq sətrində Başlıq$ arqumentinin, panelin özündə isə Dəvət$ arqumentinin qiyməti çap edilir. Üçüncü arqument Susma$ varsa, cap edilir, yoxdursa, ona aid pəncərə açılmır. Bu funksiyanın qiyməti istifadəçinin mətn sahəsinə daxil etdiyi sətrdən ibarətdir.
MsgBox113 funksiyası. Bu funksiya xəbəri forma üzərinə deyil, xüsusi xəbərlər
panelinə çıxarır. Bunun qiymətini hər hansı dəyişənə mənimsətmək mümkündür. MsgBox funksiyasının sintaksisi aşağıdakı kimidir:
MsgBox(Xəbər$[,ƏdədiKod1+ƏdədiKod2][,Başlıq$]) Xəbər$ sətri xəbərlər panelinə çıxarılır. Panelin xarici görünüşünü ƏdədiKod1+ƏdədiKod2 arqumenti təyin edir. Başlıq$ sətri panelin sərlövhəsinə çıxarılır. Kvadrat mötərizədəki arqumentlər məcburi deyillər. ƏdədiKod1 piktoqramı,ƏdədiKod2 düymələr yığımını təyin edir. Məsələn:
İki ədədi kodun cəmi (ƏdədiKod1+ƏdədiKod2) olan bir ədədlə eyni vaxtda həm piktoqramı, həm də düymələr yığımını təyin etmək olar. Məsələn, 36 ədədinə 32+4 kimi baxmaqla, ? piktoqramını və Да, Нет düymələrini panel üzərinə çıxarmaq mümkündür. Düymə basılan kimi MsgBox funksiyasının qiyməti hesablanır. Funksiyanın qiyməti basılan düymədən asılıdır. Məsələn:
Basılan düymə
Funksiyanın qiyməti
OK
1
Отмена
2
Стоп
3
Повтор
4
Пропустить
5
Да
6
Нет
7
İndi biliyi yoxlayan layihə yaradaq. Bunun alqoritmi aşağıdakı əməliyyatları özündə birləşdirməlidir:
Sualı ekrana çıxarmaq;
Klaviaturadan daxil edilən cavabı yadda saxlamaq;
Daxil ediləni düzgün cavabla müqayisə etmək və bu şərtin ödənib-ödənmə- məsindən asılı olaraq müxtəlif əməllərin reallaşdırılması.
Əvvəlcə İnputBox və MsgBox funksiyalarından istifadə etməklə biliyi yoxlanılanı qeydiyyata almağı reallaşdırmaq lazımdır.
Forma üzərində cmd1düyməsi yerləşdirməli və Captionxassəsi üçün ―Yoxlamanı başla‖ qiymətini verməli. Sonra isə cmd1_Click() hadisəvi prosedurunu hazırlamalı.
İnputBox funksiyası ilə adını və soyadını soruşub strA sətri dəyişəninə mənimsətməli. MsgBox funksiyasının köməyi ilə qeydiyyataalmanın nəticəsini ekrana çıxarmalı. Bu işi yerinə yetirmək üçün aşağıdakı proqram kodunu yazmalı:
Dim strA As String, bytB AsByte Subcmd1_Click()
strA= inputBox(―Adınızı və Soyadınızı daxil edin:‖,‖Qeydiyyat‖)
bytB= MsgBox(―Hörmətli ― + strA+ ―, biliyinizin yoxlanması üçün hazırsınızmı?‖, 36, ―Qeydiyyat bitdi‖)
End Sub
Layihəni icraya buraxmalı və ―Yoxlamanı başla‖ düyməsini basmalı. Qeydiyyat panelinin mətn sahəsində ad və soyadı daxil etməli.
MsgBox funksiyasının ikinci arqumenti (36) ? piktoqramını və Да, Нет düymələrini panel üzərinə çıxarır. Да düyməsi üçün bytB ədədi dəyişəninə 6, Нет düyməsi üçün 7 mənimsədilməlidir.
Şərt operatorunun köməyi ilə proqramdan çıxmaq və ya yoxlamanı davam etdirmək olar. Bunun üçün: İf bytB =7 Then End yazmaq kifayətdir.
Sual İnputBox funksiyasının köməyi ilə verilir. Cavabın düzgünlüyü İf...Then...Else şərti keçid operatorunun köməyi ilə yoxlanır. Cavabın düzgün olub-olmaması barədə informasiyanı MsgBox funksiyası ikinci arqumentin 0 qiymətində OK düyməsi ilə ekrana çıxarır.
Aşağıdakı proqram kodu düzgün cavabları yığır. Yanlış cavabların sayı bytNədədi dəyişənində yığılır:
strC = İnputBox(―1 bayt neçə bitdir?‖, ―Birinci sual‖)