İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə77/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   156
nformatikanin saslari

Tətbiqi səviyyə.


Bu səviyyənin proqram təminatı istehsal, yaradıcılıq, əyləncə və öyrətmə məsələlərinin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar kompleksindən ibarətdir. Tətbiqi proqramlarla sistem proqramları arasında sıx qarşılıqlı əlaqə mövcuddur.
Hesablayıcı sistemin universallığı, tətbiqi proqramlara əlçatanlıq və kompüterin funksional imkan genişliyi mövcud əməliyyat sisteminin tipindən, onun nüvəsində yerləşdirilmiş sistem vasitələrindən və insan-proqram-avadanlıq kompleksinin qarşılıqlı təsirindən bbirbaşa asılıdır.

Tətbiqi proqram təminatının təsnifatı


  1. Mətn redaktorları. Mətn redaktorunun əsas funksiyaları – mətn verilənlərinin daxil edilməsi və redaktə olunmasıdır. Verilənlərin daxil edilməsi, çıxarılması və saxlanması üçün mətn redaktoru sistem proqram təminatından istifadə edir. Proqram təminatı ilə tanışlıq və kompüterlə işləmək vərdişlərinə yiyələnmək tətbiqi proqramların bu sinfi ilə başlayır.

  2. Mətn prosessorları. Bunlar mətni formatlaşdırmağa, başqa sözlə, rəsmi formaya gətirməyə imkan verir. Mətn prosessorlarının əsas vasitələri hazır sənədin tərkib hissələri olan mətn, şəkil, cədvəl və digər obyektlərin qarşılıqlı təsirini, həmçinin redaktə və formatlaşdırma işinin avtomatlaşdırılmasını təmin edirlər. Sənədlərlə işləməyin müasir stili (üslubu) 2 yanaşmadan ibarətdir: 1) kağız sənədlərlə iş, 2) elektron sənədlərlə iş. Bu sənədlərin formatlaşdırılması metodları fərqli olsa da mətn prosessorları hər iki sənədi uğurla işləməyə imkan verir.

  3. Qrafik redaktorlar. Qrafik şəkillərin yaradılması və emalı üçün nəzərdə tutulmuş geniş proqramlar sinfi mövcuddur. Bunların 3 kateqoriyası fərqləndirilir: 1) rastr redaktorları, 2) vektor redaktorları, 3) 3-D redaktorları –(üçölşülü qrafika).

Rastr redaktorlarında qrafik obyekt nöqtələr (rastrlar) kombinasiyası şəklində təqdim edilir ki, bu nöqtələrin də hər birinin öz rəngi və parlaqlığı vardır. Bu yanaşma o hallarda səmərəlidir ki, qrafik təsvirdə rənglərin sayı çoxdur və rənglər barədəki informasiya forma
barədəki informasiyadan daha vacibdir. Bu yanaşma fotoqrafiya və poliqrafiya (mətbəə) şəkilləri üçün xarakterikdir.
Vektor redaktorları şəkilə aid verilənlərin təqdim edilməsi üsulu ilə fərqlənir. Burada obyekt nöqtə deyil, xəttdir. Hər bir xətt 3-cü dərəcəli riyazi əyri kimi təsəvvür edilir və düsturla ifadə olunur. Bu halda verilənlər yaddaşda az yer tutur. Lakin şəklin ekrana çıxarılması mürəkkəb hesablamalar tələb etdiyindən güclü hesablayıcı sistemlərin olmasını tələb edir. Bu yanaşma reklamların və nəşriyyat məhsullarının cildlərinin hazırlanmasında geniş tətbiq edilir.

  1. Verilənlər bazasının idarə edilməsi sistemləri (VBİS-lər). Verilənlər bazası dedikdə, cədvəl strukturları şəklində təşkil edilmiş iri verilənlər massivləri nəzərdə tutulur. VBİS-in əsas funksiyaları aşağıdakılardan ibarətdir:

-boş VB strukturlarının yaradılması;
-verilənlərin strukturlara doldurulması və digər bazalarda olan cədvəllərdən verilənlərin idxal edilməsi vasitələrinin mövcud olması;
-verilənlərə müraciət imkanı və axtarış və filtrasiya vasitələrinin mmövcud olması.
Şəbəkə texnologiyalarının geniş yayılması ilə bağlı olaraq müasir VBİS-lərdən uzaqda (İnternet serverlərində) yerləşən paylanmış resurslarla işləmək imkanıın olması tələb edilir.

  1. Elektron cədvəllər. Bunlar müxtəlif tip verilənlərin saxlanması və emalı üçün vasitələr kompleksi təqdim edir. Əsas aksent verilənlərin dəyişdirilməsinə yönəldilsə də ədədi verilənlər üzərində işləmək üçün geniş spektrdə vasitələrə malikdir. Elektron cədvəllərin əsas xüsusiyyəti riyazi və ya məntiqi düsturlarla verilmiş əlaqələndirilmiş yuvaların məzmununu avtomatik dəyişdirə bilməkdir. Elektron cədvəllər mühasibat uçotunda, maliyyə və ticarət bazarlarının təhlilində, iri həcmli ədədi verilənlərin müntəzəm təkrarlanan hesablamalarının avtomatlaşdırılmasında geniş tətbiq edilir.


  2. Yüklə 1,28 Mb.

    Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin