Ümumi prosedurun çağırılması. Ümumi prosedur digər prosedur tərəfindən çağırılır.
Ümumi prosedur ya Call operatoru ilə, ya da öz adı ilə çağırılır.
Call operatoru ilə çağırma zamanı sintaksis aşağıdakı kimi olmalıdır:
Call ProsedurAdı(ParametrlərSiyahısı) Prosedurun öz adı ilə çağırılması zamanı isə sintaksis:
ProsedurAdıParametrlərSiyahısı kimi, yəni, parametrlərin siyahısı mötərizəsiz yazılmalıdır.
Bölmə 6. Kompüter sistemlərinin proqram təminatı
Proqram təminatı haqqında ümumi məlumat
Kompüterin işi proqramla iarəetmə prinsipinə əsaslanır. Yəni kompüter əvvəlcədən hazırlanmış proqramda nəzərdə tutulmuş əməliyyatları yerinə-yetirir. Bu prinsip kompüterin universallığını təmin edir. Belə ki, hər bir müəyyən vaxt momentində seçilmiş proqrama uyğun məsələ həll edilir. Bu məsələ başa çatdıqdan sonra yaddaşa başqa proqram yüklənir və i.a.
Proqram – məsələnin həll alqoritminin kompüterin anladığı dildə yazılmış əmrlər və ya operatorlar ardıcıllığıdır. Hər bir kompüter proqramının son məqsədi aparat vasitələrnin idarə edilməsindən ibarətdir.
Məsələlərin kompüterdə normal həlli üçün proqram səhvlərdən təmizlənməli, əlavə işlənmələrə ehtiyac duymamalı və mevafiq sənədləşməyə malik olmalıdır. Buna görə də kompüterdə işləmək baxımından, ―proqram təminatı‖ (software) termini tez-tez istifadə edilir ki, bu da verilənlərin email sisteminin fəaliyyətinə dair proqramlar, prosedur və qaydalar, həmçinin sənədləşmələr çoxluğudur.
Kompüterdə proqram və aparat təminatları qırılmaz əlaqədə və qarşılıqlı təsirdə işləyir. Hesablayıcı sistemin proqram təminatının tərkibi proqram konfiqurasiyası adlanır. Proqramlar arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki,proqram təminatını təşkil edən əsas proqramlar çoxluğunun işi aşağı səviyyə proqramlarına əsaslanır.
Proqramlararası interfeys dedikdə, proqram təminatının bir-biri ilə əlaqəli olan bir- neçə səviyyədə paylanması nəzərdə tutulur. Proqram təminatının səviyyələri bir piramida təşkil edir ki, burada da hər bir səviyyə özündən əvvəlki səviyyələr üzərində yerləşir. Bu piramidanın zirvəsində tətbiqi səviyyə, bunun altında xidmətedici səviyyə, bunun altında sistem səviyyəsi və piramidanın oturcağında baza səviyyəsi yerləşir.