İnformatikanin əsaslari


Fayl sisteminin idarə edilməsi



Yüklə 1,28 Mb.
səhifə81/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   156
nformatikanin saslari

Fayl sisteminin idarə edilməsi. Kompüterin işi, müəyyən mənada, qurğular arasında fayl mübadiləsindən ibarətdir. Buna görə də əməliyyat sistemində fayl sistemini idarə edən proqram modulları vardır.
Əmr prosessoru. ƏS-in vacib tərkib hissəsi olan əmr prosessoru istifadəçi əmrini icra etmək üçün nəzərdə tutrulmuş xüsusi proqramdır. İstifadəçi icraya hazır proqramı işə buraxmaq, fayl üzərində hər hansı əməliyyat129 aparmaq, sənədi çapa çıxarmaq və s. barədə əmr prosessoruna əmr verə bilər. ƏS həmin əmri icra etməlidir.
Qurğu drayverləri. Kompüterin magistralına müxtəlif qurğular130 qoşulur. Hər bir
qurğu müəyyən funksiya131 icra edir və texniki cəhətdən, yəni işləmə prinsipi baxımından qurğular kəskin fərqlənirlər. Həmin qurğuları idarə etmək və onların arasında informasiya mübadiləsini həyata keçirmək üçün ƏS-in tərkibində qurğu drayverləri adlı xüsusi proqramlar vardır. Qurğu drayverləri həm də aid olduqları qurğuların müəyyən parametr- lərini sazlamaq üçün istifadə edilir. Hər qurğunun öz drayveri vardır.
Plug and Play132 texnologiyası kompüterə yeni qurğuların qoşulmasını və konfiqura-
siyasını avtomatlaşdırmağa imkan vermişdir. Windows qurularkən qurğunun tipini və modelini təyin edərək ona müvafiq drayver qoşur. Kompüter işə qoşulan kimi drayverlər operativ yaddaşa yüklənir. İstifadəçi drayveri əl ilə qura bilər.
Qrafik interfeys. İstifadəçinin işini sadələşdirmək üçün müasir ƏS-lərdə, o cümlədən, Windows əməliyyat sistemində qrafik istifadəçi interfeysi yaradan proqram modulları vardır. Bu, istifadəçi əmrini mışla daxil etmək imkanı yaratmışdır.
Servis proqramları. ƏS-in tərkib elementlərindən biri də servis proqramları və ya utilitlərdir. Bu proqramlar disklərə xidmət etmək133, fayllar üzərində əməliyyatlar apar- maq134, kompüter şəbəkələri ilə işləmək və s. imkanı verir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin