Kompüterdə çoxlu proqram işlədikdə, hansı proqramın operativ yaddaşın harasında yerləşdiyini izləmək çox vacibdir. Bu, ƏS-in yaddaşın idarə edilməsi funksiyası adlanır. ƏS yaddaşın boş hissəsini dolu hissəsindən ayırmağı bacarır. Yeni proqram işə buraxılarkən ƏS yaddaşı idarə edən utilitdən boş sahə olub-olmadığını öyrənir və bu proqram üçün lazım olan yaddaş sahəsini ayırmağı tələb edir. Utilit yaddaşda boş sahə axtarır, tapan kimi tələb olunan ölçüdə yer olub-olmadığını araşdırır, varsa, yer ayırır. Bəzən işləyən proqram ƏS-dən əlavə yaddaş sahəsi tələb edir ki, dinamik verilənlər deyilən aralıq nəticələri yerləşdirsin. Bu iş də yaddaşı idarə edən utilitin vəzifəsidir. Dinamik verilənlərə ehtiyac qalmadıqda onlar silinir. Yaddaşı idarə edən utilit həmçinin tutulmuş sahəni başqa proqramlardan qoruyur. Yaxşı məlum olan Əs-lərin hamısında operativ yaddaşın məntiqi modelindən istifadə edilir ki, buna da virtual yaddaş deyilir. Virtualyaddaş– ƏS-in istifadəçilər və proqramlar üçün yaratdığı ideal kompüterin yaddaşıdır. Virtual yaddaş vinçesterdə yaradılır. Yəni, bu və ya digər proqrama operativ yaddaşda yer çatmadıqda vinçesterin müəyyən hissəsi virtual yaddaş adı ilə müvəqqəti istifadəyə cəlb edilir. Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir.
Fayl sisteminin idarə edilməsi.
Proqramların xarici yaddaşda yerləşən verilənlərə müraciət etməsini təşkil etmək üçün ƏS mürəkkəb fayl sistemindən istifadə edir. Fayldedikdə, xarici yaddaşda vahid məntiqi obyekt şəklində saxlanan və müəyyən proqramlar üçün lazım olan verilənlər yığımı153 nəzərdə tutulur. ƏS üçün fayl elə bir struktur vahididir ki, proqram istifadəçiləri
onun üzərində yaratmaq, ləğvetmək, operativyaddaşaoxumaq, dəyişdirilmişverilənləriyenidənyazmaq,simvoladlıfayllaramüraciətetmək,digəristifadəçilərinfayllarınamüraciətetmək,özfayllarınamüraciətetməyiidarəetmək,pozulmahallarındafayllarıbərpa etmək kimi tipik əməliyyatlar apara bilir.
Fayl sistemi kompüterdə saxlanan disk—kataloq—fayl iyerarxiyasına malik verilən modelidır. Fayl fiziki diskdə saxlansa da, fiziki disk məntiqi disklərə bölündüyündən, faktiki olaraq məntiqi diskdə yerləşir. Hər bir diskdə yerləşən faylların siyahısı154olur. Fiziki diskin məntiqi disklərə bölünməsi disklərə və kataloqlara da fayl kimi baxmağa imkan verir. Beləliklə, fayl sistemi dedikdə 3 səviyyəli fayllar iyerarxiyası nəzərdə tutulur. Fayl məntiqi vahid olsa da fiziki cəhətdən müxtəlif saylı fraqmentlər şəklində saxlana bilir. Bir fayla aid fraqmentlər eyni adla saxlanır və həmin ada əsasən FATxüsusi cədvəli (FAT –File Allocation Table) vasitəsilə müəyyən edilir. FAT cədvəlində, həmçinin fayla icazəsiz müdaxilə edilməsinin qarşısını almaq üçün əlavə əlamətlər də saxlanır. Fayla çoxsaylı müraciət səviyyələri mövcuddur:
kataloqdan heç nə oxumaq mümkün olmur;
faylın və sahibinin adını oxumaq və sahibinə müraciət etmək mümkün olur; faylı işə qoşmaq mümkün olsa da üzünü köçürmək mümkün olmur;
faylın məzmunu ilə tanış olmaq mümkün olsa da, onu dəyişmək mümkün olmur; faylın məzmununu yalnız sona əlavəetmə şəklində dəyişmək mümkündür;
fayl üzərində istənilən iş aparmaq mümkün olsa da başqa istifadəçilərin müraciət etmək statusunu dəyişmək mümkün olmur;
fayl üzərində istənilən iş aparmaq mümkündür.