İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə92/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   156
nformatikanin saslari

Windows qrafik interfeysi

Hal-hazırda bütün fərdi kompüterlər qrafik interfeysli əməliyyat sistemləri ilə işləyir. Qrafik interfeys insanla maşın dialoqunu pəncərədə menyü və idarəetmə elementlərindən istifadə etməklə təşkil etməyə imkan verir.


Mışla iş. Qrafik interfeyslə işləmək üçün mışdan və digər koordinatlı daxiletmə qurğularından istifadə edilir. Mışla iş sol və sağ düymələrlə işləməyi və mışı hərəkət etdirməyi nəzərdə tutur. Sol düymə daxiletmə, sağ düymə əlavə imkanlar üçündür.
İşçi stol. Ekranın əsas hissəsini işçi stol tutur. İşçi stolda nişanlar və yarlıklar yerləşir. Yarlıkın aşağı sol küncündə ox işarəsi olur. Nişan və yarlıklar fayllara cəld müraciəti mümkün edir. Nişanlar işçi stolda Windows qurulduqdan sonra görünür. Ekranın sol hissəsində adətən Mənim kompüterim (Мой компьютер), Şəbəkə əhatəsi (Сетевое окружение), Səbət (Корзина) və Mənim sənədlərim (Мои документы) nişanları yerləşir.
Disklərə, printerə, tez-tez istifadə edilən sənədlərə cəld müraciət etmək üçün işçi stolda yarlıklar yaratmaq məqsədəuyğundur. Yarlık nişandan onunla fərqlənir ki, o, faktiki olaraq işçi stolda yerləşməyən, başqa qovluqda yerləşən obyekti göstərir. Yarlıkdakı ox göstərir ki, yarlık obyektin özünü deyil, ona iqtibası ifadə edir. Obyektin nişanını işçi stola sürüməklə həmin obyektin yarlıkı yaradılır.
Məsələ paneli. Ekranın aşağısında məsələ paneli yerləşir. Məsələ panelinin sol ucunda Start (Пуск) düyməsi, bundan sağda isə açılmış pəncərələrin düymələri, indikatorlar və saat yerləşir.
Start düyməsi baş menyünü açmağa imkan verir. Baş menyüdən kompüterin bütün resurslarına müraciət mümkündür.
Windows çoxməsələli əməliyyat sistemidir. Eyni zamanda bir neçə proqram əlavəsi ilə işləməyə imkan verir. İşə buraxılmış hər bir proqram əlavəsinin məsələ panelində düyməsi yaranır. Proqramdan-proqrama keçmək üçün məsələ panelindəki düyməni basmaq kifayətdir. İş gedən pəncərənin düyməsi batıq görünür.
Məsələ panelinin sağ ucunda saat yerləşir. Saatdan solda sistemin vəziyyət indikatorları yerləşir. Məsələn, Az indikatoru göstərir ki, klaviaturanın Azərbaycan hərfləri qoşulmuşdur.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin