İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə94/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   156
nformatikanin saslari

Dialoq paneli. Dialoq paneli cürbəcür elementlərdən təşkil oluna biləndir. Dialoq panelinin imkanlarına fayl axtarışı timsalında baxaq.
İçliklər. Dialoq panelindəki boş sətirlərə içlik deyilir.
Əmr düymələri. İcra ediləcək əmr düymənin üstündə yazılıb.
Mətn sahələri. Buna bəzən redaktə sahəsi də deyilir. Müəyyən mətni daxil etməyə imkan verir.
Siyahılar. Müəyyən saylı kəmiyyətlərin seçilməsinə imkan verir. Açılan siyahılar sağ ucunda aşağıya yönəlmiş ox (üçbucaq) olan içlik və ya mətn sahəsidir.
Dəyişdirici açarlar. Bunlar bir-birini inkar edən iki variantdan birini seçməyə imkan verir. Kiçik ağ dairənin içində nöqtə varsa, həmin əmr qoşulmuşdur, yoxdursa, qoşulmamışdır.
Bayraqlar. Bu, hər hansı bir parametrə müəyyən qiymət vermək üçündür. Bayraq quş qoymaq kimi işləyir.
Sayğaclar. Sayğaclar bir cüt üçbucaq (ox) şəklindədir, parametri artırıb-azaltmaq üçündür. Məsələn, səhifənin solundan boş buraxılan sahəni artırıb-azaldan üçbucaqlar.
Sürünkəclər. Bunlar müəyyən parametrin (məsələn, səsin) sürüşən qaydada dəyiş- dirilməsi üçündür.
Aidi (kontekst) menyü. Windows əməliyyat sistemində istifadə edilən obyekt-istinad yanaşması disklərə, qovluqlara və fayllara obyekt kimi baxmağa imkan verir. Obyektlər müəyyən xassələrə malikdir və onların üzərində müəyyən əməliyyatlar aparmaq mümkün- dür.
Məsələn, sənədlər157 müəyyən həcmə malik olur, onların üzünü köçürmək, yerini və adını dəyişmək mümkündür. Pəncərənin ölçüsü var və bu ölçünü dəyişmək olar.
Hər bir obyektin özünəməxsus konkret xassələri olsa da və bunların üzərində fərqli əməliyyatlar icra edilsə də obyektlərlə iş texnologiyasının interfeysi universaldır. Obyektlərin xassələri və bu xassələr üzərində aparılması mümkün olan əməllər barədə informasiya almaq üçün aidi menyüdən istifadə edilir. Aidi menyü mışın sağ düyməsi ilə açılır.
6.4. Windows 7

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin