İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə97/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   156
nformatikanin saslari

Blokldırıcılar. Antivirus bloklaşdırıcıları ―virus təhlükəsi‖ situasiyasını161 istifadə- çiyə xəbər verən proqramlardır. Kompüterin BİOS-undakı bloklaşdırıcı daha geniş tətbiq edilir. Bloklaşdırıcının əsas üstünlüyü virusu vaxtında aşkarlayıb qarşısını almaqdan ibarətdir.


    1. Tətbiqi proqram təminatı


Tətbiqi proqram təminatını 2 qrupa bölürlər: 1) proqramlaşdırma sistemləri və 2) proqram əlavələri.


Proqramlaşdırma sistemləri peşəkar proqramçılar üçündür, müxtəlif proqramlaşdırma dillərində proqramlar yazmağa imkan verir. Hal-hazırda vizual proqramlaşdırma sistemləri162 geniş tətbiq edilir.
Proqram əlavələri müəyyən əməliyyat sisteminin idarəsi altında fəaliyyət göstərir. Məsələn, mətn redaktoru Word Windows əməliyyat sisteminin proqram əlavəsidir. Proqram əlavələri mətni, qrafik, ədədi, audio- və video-informasiyanı emal etməyə, həmçinin kompüter şəbəkələri ilə işləməyə imkan verir.
160 məsələn, ADinf
161 diskin yükləyici sektoruna yazma belə situasiyadır.
Hər bir istifadəçi praktiki olaraq ümumi təyinatlı proqram əlavələri ilə işləməyə ehtiyac duyur. Buraya: mətn redaktoru, qrafik redaktor, elektron cədvəl, verilənlər bazasının idarəetmə sistemi (VBİS), həmçinin multimediya - təqdimatlar yaratmaq üçün olan əlavələr aiddir. Hal-hazırda geniş yayılmış ümumi təyinatlı proqram əlavələrindən biri Microsoft Offisse proqramıdır.
Qlobal və lokal şəbəkələrin sürətli inkişafı ilə bağlı olaraq müxtəlif kommunikasiya proqramlarının əhəmiyyəti artır. Kommunikasiya proqramları artıq əməliyyat sistemlərinin tərkib elementinə çevrilmişdir.
Xüsusi təyinatlı proqram əlavələri müxtəlif fəaliyyət sahələrində çalışan peşəkar istifadəçilər üçün nəzərdə tutulmuşdur. Buraya: kompüter qrafikası sistemləri, avtomat- laşdırılmış layihələşdirmə sistemləri (САПР163), mühasibat proqramları, kompüter lüğətləri, avtomatik tərcümə sistemləri və s. aiddir.
İstifadəçilərin bir qismi öyrətmə proqramlarından istifadə etməklə öz təhsillərini artırırlar. Buraya: xarıcı dil proqramları, repetitor-proqramlar, müxtəlif fənnlər üzrə testlər aiddir.
Lazer disklərindəki müxtəlif multimediya proqram əlavələri164 böyük əhəmiyyət kəsb

edir.
İstifadəçilərin əksəriyyəti kompüterlə tanışlığa kompüter oyunları ilə başlayır.

Buraya: məntiqi oyunlar, strateji oyunlar, idman oyunları və s. aiddir.
Antivirus proqramları da ayrıca bir qrup təşkil edir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin